Yetmiş dörd yaşın şeiri
22.04.22
FƏXRİ MÜSLÜM
YETMİŞ DÖRD YAŞIN ŞEİRİ
A, Fəxri Müslüm
Bu yetmiş dörd ilə sevinsən də sən, Acısı, bozu var a, Fəxri Müslüm. Yaxşı ki, yol-izin çox çalarlıdı,
Ulusu, sözü var a, Fəxri Müslüm.
Tanrı dağdan enmiş qıpçaq kimisən, Yada, düşmənə də, bıçaq kimisən, Tüstün burum-burum, ocaq kimisən,
Canında közü var a, Fəxri Müslüm.
Neçə yüz illərdi oxa bax, yaysız, Ay, Günəş tək doğar, ulduzlar saysız, Nə yaxşı könlündə barlı bir payız,
Bir də, bir yazı var a, Fəxri Müslüm.
Yaşının çal vaxtı Turan böyüyər, Elə, genişlənib sıran böyüyər, Yovşana tutulmuş aran böyüyər,
Yaylağa nazı var a, Fəxri Müslüm.
Daşınar buludlar gözündən keçər, Elə, misra-misra sözündən keçər, Hələ də, sirr olub özündən keçər,
Görünməz izi var a, Fəxri Müslüm.
Bu kədər, bu sevinc ömürdə qoşa, Yazılıb alına, yazılıb qaşa, Heç də, bilmək olmur nə gələr başa,
Sübhü, danüzü var a, Fəxri Müslüm.
Bu yetmiş dörd ilə sevinsən də sən, Acısı, bozu var a, Fəxri Müslüm. Yaxşı ki, yol-izin çox çalarlıdı,
Ulusu, sözü var a, Fəxri Müslüm.
21.04.2022.
|