"Ulduz" jurnalının mart sayı nəşr olunub
01.04.22

"Ulduz" jurnalının mart sayı  işıq üzü görüb. Dərginin sözügedən  sayı Şamil Ənvəroğlunun özüylə söhbəti və esseləri ilə açılır. "Şeir vaxtı"nda  Allahşükür Ağa, Aysel Xanlarqızı Səfərli,  Aysel Fikrət kimi yazarların şeirləri, "Nəsr"də isə Günel Natiq, Məmməd Məmmədli, Furqan, Zəhra Namazlı və Tağı Türkün hekayələri təqdim edilir. 

Filologiya elmləri doktoru Cəlal Məmmədovun tərtib  və tərcümə etdiyi “Qısa fikirlər xəzinəsi”ni bu dəfə Jül Renar, Bertran Rassel, Rey Bredberi, Ali İzzətbeqoviç və Karlos Kastanedanın kəlamları bəzəyir. 

Zahid Avşarın uşaq şeirləri jurnalın “Böyükdən uşağa” bölümündə yer alıb. 

"Tərcümə  saatı"nda Fərid Hüseynin tərcüməsində serbiyalı Nina Simiç Paniçin, Əkbər Qoşalının uyğunlaşdırmasında Özbəkistan şairi Qeyrət Məcidin şeirləri, eləcə də Kamran Nəzirlinin tərcüməsində Pakistan yazıçısı Məhəmməd Zahid Rifatın "Zahid" hekayəsi yer alıb. "Yazı masası"nın budəfəki qonağı şair Qəşəm Nəcəfzadədir. Namiq Hacıheydərlinin "Turanın başkəndi-Ötükən" başlıqlı araşdırma yazısı Hun İmperiyasının və Göytürk dövlətinin paytaxtı olmuş  eyniadlı tarixi şəhərdən bəhs edir. 

Bundan əlavə, oxucular "Debüt" rubrikasında gənc yazarlar Fatehin və Fuad  Novruzlunun şeirləri ilə, eləcə də Maya İmranın "Dəli" hekayəsi ilə tanış olacaqlar. Tənqidçi Vaqif Yusiflinin  "Qayıdış" başlıqlı  yazısı şairə Nübar Eldarqızının yaradıcılığına işıq tutur. Tural Cəfərlinin "Esse" rubrikasında yer almış yazısında isə şair Elçin İsgəndərzadənin yaradıcılığına nəzər salınır. Dramaturq Əli Əmirli ənənəvi "Ustad dərsləri"nin VI mövzusunu belə adlandırıb: "Yaxşı pyes yaxşı dialoqlardan ibarətdir". Nadir Yalçının "Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliğinə mühüm töhfə" başlıqlı yazısı  Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin böyük ədibə həsr edilmiş "Əbədiyyət yolçusu" adlı kitabının  təqdimat mərasimindən bəhs edir.  

"Dərgidə kitab" rubrikasında Seyfəddin Hüseynlinin esseləri, "Dərgidə sərgi" rubrikasında isə gənc rəssam Tünzalə Sadıq qızının rəsmləri yer alıb. 

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.