“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca 17-ci nömrəsi işıq üzü görüb.
Nəşrin bu sayında Azərbaycan dili ilə yanaşı başqa dillərdə də məqalələr yer alıb. Belə ki, jurnalda “Sədrəddin Şirazinin fəlsəfi çevrilişi”, “Xarici dil öyrənməyin əsasları”, “Azərbaycanın elm tarixi üzrə yazılı qaynaqları (X-XIV əsrlər)”, “Yunus Əmrə fəlsəfəsində insan problemi”, “Dövlətin ərazi bütövlüyü və “xalqların öz müqəddəratını təyinetmə hüququ” prinsipi”, “Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin təkmilləşdirilməsi məsələsi haqqında”, “Məhkəmə ekspertizası sübutlarının tədqiqində keyfiyyət standartları”, “Nihilizmdən qurtulmanın mümkünlüyü və Mürtəza Mütəhhərinin hikmət paradiqması”, “Həzrət Musa və Xızırın hekayəsinin şübhələrə cavab verməsi ilə tədqiqi” adlı məqalələr öz əksini tapıb.
Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın baş redaktoru dosent Ələddin Məlikovdur. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalələrin qəbul edildiyi jurnalda fəlsəfi, sosioloji, psixoloji, tarix, hüquq, siyasi elmlər, iqtisadiyyat, filologiya və pedaqogika tədqiqatlarına həsr edilən araşdırmalara yer verilir. Metafizika jurnalı “International Index Copernicus”, “İdeal Online”, “Ebsco”, “TEİ”, “CiteFactor”, “SID”, “Advanced Science Index” və digər nüfuzlu impakt faktorlu indekslərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında “Ali Attestasiya Komissiyası”nın tövsiyə etdiyi elmi nəşrlər sırasında da qeydiyyata alınıb.
Bu sayın məqalələrini buradan oxuya və yükləyə bilərsiniz.
http://metafizikajurnali.az/az/mundericat/93
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
|