“Dünya ədəbiyyatı”nın “İsrail” sayı hazırlanıb

08.02.22

AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütünlüklə İsrail ədəbiyyatına həsr edilib.

Mərkəzin sədr müavini, dərginin baş redaktoru Seyfəddin Hüseynli 525.az-a bildirib ki, “Dünya ədəbiyyatı”nın “İsrail” sayında müxtəlif ədəbi nəsilləri və cərəyanları təmsil edən, fərqli janrlarda dəyərli əsərlər ortaya qoymuş 43 müəllifin yaradıcılığı öz əksini tapıb. S.Hüseynli deyir ki, dərginin bu sayında Azərbaycana bioqrafik cəhətdən birbaşa bağlı, mənşəcə dağ yəhudisi olan, daha sonra İsraildə və başqa ölkələrdə yaşayıb-yaradan ədiblərin də mətnlərinə, rəsm əsərlərinə, həmçinin onlarla bağlı nəzəri materiala yer verilib. Belə ki, dərgidə Benyamin Tammuz, Moşe Şmilyanski, Yakov Xurgin, Moşe Şamir, Savyon Librext, Yehudit Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen, Yehoşua Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Аtalla Mansur, Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, İsaak Başevits-Zinger, Albert Beni, Etqar Keret, Rahel Bluvşteyn, Qali-Dana Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr Davıdov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Somek, Rami Meir, Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham Şlonski, Lea Qoldberq, Şaul Çernixovski, Yehuda Amiçai, Ş.Tal, Aron Vergelis və Moşe Dor kimi sanballı ədəbi imzaların əsərləri toplanıb. 298 səhifəlik nəşrin üz qabığında və içərisində əslən Azərbaycandan olan tanınmış yəhudi şair və rəssam Rami Meirin rəsm əsərləri yerləşdirilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dərgidə yer verilmiş essesində İsrail ədiblərinin əsərlərindən ibarət olan nəşrin işıq üzü görməsindən duyduğu məmnunluq hissini ifadə edərək yazır: “Bir xalqın həyatından alınmış lövhələr və personajlar başqa bir xalqa da doğma gəlir. Güman edirəm ki, biz İsrail yazıçılarının əsərlərini Azərbaycan oxucusuna təqdim etdiyimiz kimi, bizim yazıçıların əsərləri də İsrail oxucularına çatdırılacaq və onlar da oxuduqlarını özlərinə doğma və yaxın biləcəklər”.

Nəşrin hazırlanmasında dəyərli məsləhətləri və dəstəyi ilə yaxından iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dərgidəki giriş yazısında “Dünya ədəbiyyatı”nın bu sayını Azərbaycan-İsrail mədəni əlaqələrində önəmli addım kimi dəyərləndirir: “Dünya ədəbiyyatı” dərgisinin bu yeni sayının Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrinin inkişafına dəyərli bir töhfə olacağına inanıram. Eyni zamanda inanıram ki, bu nəşr həm Azərbaycan oxucularının yəhudi ədəbiyyatçıları, İsrail ədəbiyyatı ilə daha yaxından tanışlığına vəsilə olacaq, həm də İsraildə Azərbaycan ədəbiyyatına dair yeni layihələrə rəvac verəcək. Dərgidə İsrail ədəbiyyatının parlaq nümayəndələrinin, yəhudi xalqının yaratdığı zəngin ədəbi-bədii xəzinənin qiymətli incilərinin tərcümələri yer alıb. Bu cəhət, təbii ki, ədəbi baxımdan təqdirəlayiq hal olmaqla yanaşı, nəşrin mənəvi-ictimai önəmini də artırır”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu dərgi üçün yazdığı essedə qeyd edir ki, “Dünya ədəbiyyatı”nın bu sayı, bir tərəfdən, dünyaya və ədəbiyyata böyük töhfələr vermiş bir xalqın ədəbiyyatına xüsusi müraciətdirsə, digər tərəfdən, Azərbaycanın haqq işinə mənəvi dəstəyilə seçilən İsrail xalqına hörmət və minnətdarlığın nişanəsidir: “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, tanınmış tərcüməçi və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin formalaşdırdığı yaradıcı komanda növbəti və vacib bir nəşrin öhdəsindən uğurla gəlib, ədəbi mühitimiz üçün ciddi bir hadisəyə imza atıb, dəyərli bir toplunu ərsəyə gətirib, eyni zamanda yəhudi ədəbiyyatının tədqiqatçıları üçün yeni ciddi mənbə yaradıb. İnanırıq ki, bu nəşr Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrinin yeni və çox qiymətli səhifəsi kimi yaddaşlarda qalacaq”. Dərgidəki nəsr əsərlərini - hekayələri Xalq yazıçısı Anar, Elçin Hüseynbəyli, Ayna Əlixanova, Cavanşir Yusifli, Məqsəd Nur, Dürdanə İbrahimova-Hüseynbəyli, Natiq Səfərov, Məhərrəm Qasımlı, Azad Yaşar və İlahə Əkbərin tərcüməsində təqdim olunur. Ədəbiyyatşünas Aron Vergelisin “İsrail ədəbiyyatının qaynaqları” məqaləsini Seyfəddin Hüseynli çevirib. Poeziya nümunələri - şeirlər isə Səlim Babullaoğlu, Əkbər Qoşalı, Afaq Şıxlı, Qismət Rüstəmov, Fərid Hüseyn və Giya Paçxataşvilinin tərcüməsində verilib.

Mətnlər əsasən rus və ingilis dillərindən çevrilsə də, məşhur İsrail yazıçısı Moşe Şmilyanskinin hekayələrini şərqşünas Ayna Əlixanova orijinaldan - ivrit dilindən tərcümə edib. Nəşrdə A.Əlixanovanın “Azərbaycandakı dağ yəhudilərinin bədii yaradıcılığında Nizami Gəncəvi izləri” məqaləsi də dərc olunub.

Nəşrin son səhifələri dərgidə əsərləri verilən İsrail ədibləri haqqında yığcam bioqrafik məlumatları əks etdirir.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.