"Ulduz"un 2022-ci ildə ilk sayı çap olunub
27.01.22

YENİ İLİN İLK "ULDUZ"U PARLADI


"Ulduz" jurnalının 2022-ci ildə ilk sayı çap olunub.
Dərgidə ilk olaraq, Səlim Babullaoğlunun "Yanvar: Qarın şərhi" adlı şeiri,  ardından isə  gənc yazar Orxan Cuvarlının özüylə söhbəti və hekayəsi təqdim edilib. "Qısa fikirlər xəzinəsi"ni Məhəmməd Əmin Rəsulzadənin kəlamları bəzəyir. "Yası masası"nın bu dəfəki qonağı dərginin qocaman əməkdaşı, rəssam Ədalət Həsəndir. "Şeir vaxtı"nda Gülnar Ümid,  Bəsti Məmməd, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlu, Aysel Nəsirzadə və Zöhrab Mehdinin poeziya nümunləri dərc olunub.
Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"ninin cari mövzusu "Mənim personajlarım"dır. Günel Hacıyevanın "Lili möhtəşəm qadın idi", Zəka Vilayətoğlunun "Çöhrəgülü", Çinarə Ömrayın "Hamiləlik testi",   Firuz Mustafanın "Bülbül yuvası" kimi hekayələri xüsusi maraq kəsb edir.  Eminqueyin "Məmməd Arazın sufi həqiqətinə çatmış "Dünya"sı"  adlı essesi Məmməd Arazın "Dünya sənin, dünya mənim" şeirinin bədii təhlilini gerçəkləşdirir. 
Tarix üzrə fəlsəfə doktoru Leyla Abbasovanın Sevinc Nuruqızının "Ağca və Cubbulu" əsərinin quruluşu, redaktəsi, nəşri məsələlərini özündə ehtiva yazısı  diqqət çəkir. Xuraman Hüseynzadənin "Uzaqlar yordu məni..." adlı tənqidi yazısı Nazim Əhmədli yaradıcılığına işıq tutur. Şəfa Vəlinin "Əvvəldən yeri Yuxarıbaş olub" başlıqlı müsahibəsində Xalq şairi B.Vahabzadənin Şəkidəki ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli söhbətə çəkilir. 
"Təbriz eli" rubrikasında Pərvanə Məmmədlinin "İstərəm Vətənimdə qanım rəngli bir kilidlə azadlığa yollar açam" başlıqlı yazısı, "Türk eli" rubrikasında isə Cahit Günayın şeirləri təqdim olunur.  
"Dərgidə kitab"da Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanı, "Sərgi"də isə Ədalət Həsənin qrafik rəsmləri yer alıb.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.