Ramin Allahverdi - Elm nədir? Elmin əsas meyarları hansılardır?
27.01.22

ELM NƏDİR? ELMİN ƏSAS MEYARLARI (XÜSUSİYYƏTLƏRİ) HANSILARDIR?
 
Hazırda cəmiyyətimizdə və ümumilikdə Şərq (müsəlman) aləmində ELM anlayışı ilə bağlı onun mahiyyətini qətiyyən əks etdirməyən, hətta bəzən ona zidd olan fikirlər, mülahizələr meydan sulamaqdadır. Bəziləri az qalsın ki, dini, mifi, mövhumatı, xurafatı da bir Elm kimi təqdim etsinlər. Bunların bir qismi avvamlıqdan, təhsilsizlikdən, bilgisizlikdən irəli gəlsə də yaranmış vəziyyətdən məharətlə sui-istifadə edən maraqlı qüvvələr da çoxdur. Həmin maraqlı qüvvələr (xüsusilə insanların, kütlələrin dini inanclarından istifadə edən “dindarlar”, dini qüvvələr) əslində öz çirkin məqsədlərini (ələl-xüsüs əhalinin korafəhim qalmasını, təhsildən, elmdən uzaq düşərək asan şəkildə həmin dini qüvvələrin cəfəng ideyalarının köləsinə çevrilməsini təmin etmək məqsədilə) dini (hətta bəzən mövhumatı) məsələləri “ELM” qifayəsinə bürüməklə guya ki, əsl elmin məhz dinlə və s. bağlı olduğunu həyasıcasına iddia edirlər. Bu tələyə düşən “elm adamları” da tapılır ki, onların bu yalanlarına ayaq verirlər. Məhz bunun nəticəsidir ki, hətta bəzən “Qurani-Kərim” ən böyük elmdir deyən “elm adamları” – İslam təəsübkeşləri, inanclıları da peyda olurlar. Elmlə dini ayırd edə bilməyən (ELM və DİN mövzusunda növbəti yazımızda ətraflı yazacağıq) həmin bəzi “elm adamları” çox zaman ya sadəlövcəsinə öz dini inanclarından (müxtəlif maraqlı dini qüvvələrin incə manupuliyasiyası ilə), yaxud da qəsdən məhz məxsusi maraqları naminə bunu dilə gətirirlər.
 Bütün bu kimi məsələləri kökündən həll etmək üçün biz aşağıdakı sadə sualları obyektiv biçimdə cavablandırmalıyıq.
1) Elm nədir? Elm hansı meyarlara (xüsusiyyətlərinə) görə müəyyən edilir?
2) Elm olmayan nədir?    
1. Elm Latın dilindəki  “bilmək”, “bilik” mənalarını ifadə edən “scientia” sözündəndir, hazırda ingilis dilində “science” (“knowledge” – “bilik”) kimi işlədilməkdədir. Bütün akademik mənbələrə əsasən bilgiləri ümumiləşdirsək, “Elm nədir?” Sualına yığcam olaraq belə cavab verə bilərik: ELM – kainat, insanın özünün də daxil olduğu ətraf aləm, yəni gerçək dünya haqqında obyektiv, sistemli tәşkil olunmuş, eksperimentlərlə, faktlarla әsaslandırılmış biliklәrin әldә olunmasına istiqamәtlәnәn xüsusi növ idrak fәaliyyәtidir.
Elm – obyektiv fiziki dünya, eləcə də onun çeşidli hadisələri ilə əlaqəli olan qərəzsiz müşahidələr, ardıcıl təcrübələr, eksperimentlər tələb edən sistemləşdirilmiş bilgilərdir. Bütövlükdə, Elm ümumi həqiqətləri və ya fundamental qanunları (qanunauyğunluqları) əhatə edən biliklərin axtarışını və ortalığa çıxarılmasını əhatə edir.
Elm sübutlar, faktlar əsasında sistematik metodologiyaya uyğun olaraq təbii və ictimai-sosial dünya haqqında obyektiv qanunauyğunluqları, bilgiləri də öyrənərək müəyyənləşdirir və tətbiq edir.  
Elmin mahiyyətini daha aydın dərk etməkdən ötrü onun ən ümdə xüsusiyyətlərini, meyarlarını ortalığa çıxarmaq lazım gəlir. Akademik mənbələrin təhlili əsasında ümumiləşdirmələr aparılarkən Elmi səciyyələndirən başlıca meyarlar kimi aşağıdakılar birmənalı şəkildə müəyyən olunur:
1. Elm – (insanın xüsusi idrak fəaliyyəti olub) Kainata, mövcud gerçək aləmə onun qanunauyğunluqlarına dair bilgiləri maksimum obyektiv şəkildə təcrübələr, ekspermentlər aparmaqla, sistemli müşahidələr etməklə əldə edir.
Məsələn, tutaq ki, iddia olunur ki, su (kimyəvi tərkibi H2O) 100 dərəcə (C) temperaturda qaynayır. Bunun üçün dünyanın istəniln yerində metal qaba su töküb qızdırırıq, bu zaman müşahidə edirik ki, verilən istilik 100 dərəcə temperatura çatan kimi  su (kimyəvi tərkibi H2O) qaynadı. Bu obyektiv həqiqəti istəsək də, istəməsək də qəbul edirik.
2. Elm – bütün faktları sistematik, ardıcıl olaraq obyektiv metodlarla təhlil edir və mövcud obyektiv gerçəkliyə dair bilgiləri ortalığa qoyur.
Məsələn, tutaq ki, Pifaqor teoreminə görə düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. İstənilən ölçüdə düzbucaqlı üçbucaq üçün bu teorem obyektiv gerçək olan bilgini ortalığa qoyur. Kim istəsə, bunu həmin metodla yoxlaya bilər.
3. Elmin başlıca vəzifəsi obyektiv reallığı  əks etdirən qanunauyğunluqları (bilgiləri) üzə çıxarmaqdır.
Məsələn, yerin Cazibə Qanunu kainatın obyektiv qanunauyğunluqlarından biridir. Kütləsi az olan cisimlər, çox olanlar tərəfindən cəzb olunurlar.
4. Elmdə əldə olunan bilgilərin obyektiv gerçəkliyi, qanunauyğunluğu mümkün əks etdirməsi meyarı  0-100 faizlik intervalda ölçülmə ilə müəyyən edilir. İstənilən sahəyə Elm demək üçün onun ən azı 100 faizlik ölçüdə heç olmasa bir dənə Obyektiv Qanunu, yaxud qanunauyğunluğu olmalıdır. Əgər belə bir Qanunu yoxdursa, ona Elm deyə bilmirik (yeri gəlmişkən bugün bu səbəbdəndir ki, bəzi humanitar sahələrin Elm hesab edilməsi məsələsi mübahisəli olaraq qalır).
Məsələn, fizika, riyaziyyat və s. bu kimi dəqiq elmlərdə yüzlərlə obyektiv Qanunları  (Nyutonun qanunları, müxtəlif teoremlər, aksiomlar və s.) göstərə bilirik.
5. Elm – mükkəmməl deyil və inkişaf etməsi, obyektiv gerçəkliyi üzə çıxarması üçün daima bütün tənqidi yanaşmalara açıqdır. Başqa sözlə, Elm özünü mükəmməl saymayır və hər bir oppozitiv fikrə, düşüncəyə meydan tanıyır.
Məsələn, bir zamanlar atom ən kiçik zərrəcik hesab olunurdu. Lakin sonralar araşdırmalar sübüt etdi ki, atom özü də daha kiçik zərrəciklərə - elektron, proton və neytronlara bölünür. Yəni Elm bir zamanlar məhdud üsullarla əldə edilmiş bilgilərin özünü də yeni və fərqli üsüllarla təkrar-təkrar yoxlayır ki, bunun da nəticəsində əvvələr həqiqət kimi qəbul edilən nəzəriyyə, mülahizə və s. hətta bəzən tamamilə kökündən dəyişmiş olur.
6. Elm – skeptizm tələb edir. Elmdə hər bir fikrə, mülahizəyə, təcrübəyə və s. şübhə ilə yanaşılır. İstənilən məsələ (şey) sorğulanır. Elm üçün heç bir ehkam yoxdur. Hər şey sorğulana bilər və yalnız bu zaman əsl həqiqət, obyektiv gerçəklik üzə çıxarıla bilir.
2) Bəs, Elm olmayan nədir? Bu suala qısaca konkret cavab verə bilərik ki, Elm yuxarıda göstərdiyimiz meyarların (xüsusiyyətlərin) olmadığı bütün nəsnələrdir, sahələrdir.
Hər cür subyektiv gerçəklik Elm deyil (hər nədirsə, başqa şeydir, amma dəqiq Elm deyildir). İstənilən bir məsələdə əgər subyektiv gerçəklik payı artırsa,orada bir o qədər obyektiv gerçəklik azalır. Bu da o deməkdir ki, heç bir subyektiv gerçəklik Elm ola bilməz. Aşağıdakı iki sadə hökmə (iddaya) diqqət yetirək:
A) Dəmir parçası taxta parçasından möhkəmdir.
B) Dəmir parçası taxta parçasından qəşəngdir.  

Hansı cümlədəki fikir (hökm, iddia) elmidir, başqa sözlə, obyektiv gerçəkliyi əks etdirir? Bunu müəyyən etmək eksperment etmək lazımdır. Beləliklə, A) cümləsindəki fikri sübut etmək üçün həm bir qədər eyni ölçüdə dəmir parçası, həm də taxta parçası götürürəm və sadə bir eksperiment aparıram. Əvvəlcə dəmir parçası ilə taxta parçasını yaxşıca döyəcləyirəm. Təcrübə nəticəsində müəyyənləşir ki, taxta parçası nisbətən yumşaq olduğuna görə əzik-əzik olub, dəmir parçasında isə möhkəm olduğu üçün belə bir əziklik əmələ gəlməyib. Daha sonra taxta parçası ilə dəmir parçasını döyəcləyirəm. Təcrübə nəticəsində müəyyənləşir ki, yenə də taxta parçası (döyəcləyən hissəsi) əzik-əzik olub, əksinə dəmir parçasında isə heç bir əziklik yoxdur. Beləliklə, obyektiv gerçəklik müəyyən edildi ki, bəli, dəmir parçası taxta parçasından möhkəmdir.
İndi  isə B) cümləsindəki fikri sübut etməyə çalışaq. Bunu müəyyənləşdirən ölçmə aləti mənim zövqümdür. Bəli, mənim zövqümə görə, dəmir parçası cazibədardır və s. ona görə də, taxta parçasından qəşəngdir. Gəlin, sorğulayaq: mənim zövqüm obyektivdirmi? Əlbəttə, xeyr. Mənim zövqüm subyektiv meyar olduğuna görə, bu cümlədəki fikir elmi deyil, yəni obyektiv gerçəkliyi əks etdirməyir. Başqasının da zövqünə görə taxta parçası (incədir və s. olduğuna görə) dəmir parçasından qəşəngdir və s.
N.D.Tisonun (Neil Degrasse Tyson) təbirincə desək, “Elmin yaxşı tərəfi odur ki, ona inansan da, inanmasan da, həqiqətdir (The good thing about science is that it’s true whether or not you believe in it).

Ramin Allahverdi
Filologiya üzrə fəlsəfə doktoru

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.