Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Növbəti erməni
məkrinə (fitnəsinə) – erməniləşdirmə faktına münasibət və yaxud, Ağdamda – Beşikdağ məbədinin əfsanəsi…
Əslində
reallıq nədir?
Qarabağ qədim zamanlarda əsasən türklər və
Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz
Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd,
Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin
Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət
nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni
vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə,
Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks
etdirir.
Albaniyada erkən orta əsrdə (IV əsrdə)
xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan
Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian
arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri
yaradılmışdır.
Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin
əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində
Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki
Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr)
və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng
kəndində Qandzasar məbədi (XIV əsr), Qərbi Azərbaycan (Hazırda Ermənistan
respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi,
Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi
alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Belə məbədlərdən
biri də, Ağdamda Beşikdağ alban-türk məbədidir.
Ağdam bölgəsinin Şahbulaq ərazisindəki Beşikdağının zirvəsindəki el
arasında Koroğlu qalası kimi tanınan, qədim Alban-türk məbədini erməniləşdiriblər...
Bəli,
uydurma əfsanə və yaxud, tarixin diqtə etdiyi reallıq… Bu yaxınlarda qəribə bir
faktla qarşılaşdım. İnternet üzərindən azad olunmuş yuxarı Qarabağda aparılmış
kosmik müşahidələri izləyərkən doğulub, böyüdüyüm Ağdam rayonunun Beşikdağ hövzəsində
qəribə bir foto ilə qarşılaşdım. Bu fotoda, şərqdən qərbə baxanda Beşikdağın sol
zirvəsində kilsə təsviri diqqətimi çəkdi. Bu nə kilsədi? Axı burada kilsə
olmamalıdır… El arasında “Koroğlu qalası” adlandırılan bu abidə onillər boyu
gözümüzün qabağında olubdur. Ahıl müdriklər danışardı ki, bu abidə yüzillər
boyu burda mövcud olub… Əvvəlllər, yəni, ilkin dövrlərdə zərdüşt məbədi, sonar
isə alban məbədi, Pənah xan dövründə isə gözətçi məntəqəsi olubdur… Hətta Pənah xan tərəfindən 1752-ci ildə Şuşa –
Pənahabad qalası tikiləndən sonra da, İbrahim xanın xanlığının süqutuna qədər
Şahbulaq qalası xanın qış iqamətgahı kimi və Beşikdağ gözətçi məntəqəsi həmişə
fəaliyyətdə olubdur...
Beşik dağının şimal qutaracağında Xaçıncay tərəfə,
Kəngərli kəndinə baxarında bir yaruslu 10-15
adam yerləşən böyük bir kaha da, “Koroğlu kahası” adlandırılırdı… Bu kahadan
Beşik dağının içərisinə doğru bir adamın keçəcəyi lağım var… Deyilənə görə, bu lağm
daha geniş bir kahaya keçiddir… Birinci kahada daşdan yonulma divan quruluşlu
iri yataq yeri, təbii su yığılmaq üçün ovdan var ki, bu da, sübut edir ki, bü kaha
xüsusi mühafizə dəstəsi üçün
istifadə olunmuşdur. Deyirlər
ki, məkrli ermənilər bu kahanın divarlarına
da, xaç işarəsi çəkiblər….
İndi isə Beşik dağındakı bu abidə ermənilərin
uydurduğu Tiqrnakert şəhərinin, üstündə də erməni xaçı olan “Erməni kilsəsi” kimi təqdim olunur… Beləliklə, ermənilər bu abidəni də
rekonstruksiya edərək erməniləşdiriblər…
Belə bir erməni məkrinin, fitnəsinin
mahiyyətini açmaq üçün tanıdığım mütəxəssislərlə - tarixçi, arxeoloq
dostlarımla məsləhətləşmələr apardım, həqiqəti ortaya çıxarmaq üçün eksklüziv
bir tədqiqat aparmaq qərarına gəldim ki, bu nəticələri sizlərlə bölüşürəm…
Beşik dağı haqqında
qısa məlumat:
Qarabağın ürəyi
sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu
günə qədər gəlib çatmışdır. Rayonun ərazisində aparılan arxeoloji tədqiqat işləri
sübut edir ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Ağdamın Üçoğlantəpə deyilən yerdə aparılan arxeoloji tədqiqatlardan aydın
olubdur ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni,
Eneolit dövründə (b.e.ə. VI–IV minilliyi əhatə edir, "mis dövrü"
adlanır və daş dövrünün sonu –
metal əsrinin başlangıcı hesab edilir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə
bələd olmuşlar...
Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində
ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda
yaranmış Albaniya quldar dövləti
idi. Yeni elmi araşdırmalarda "alban"
etnik adını qədim türk "alp"(cəsur, igid) sözü ilə bağlayırlar."Kitabi Dədə Qorqud"da bu etnosun "alpanlar" şəklində
yazılışı, "alp" köklü toponimlərin Quzey Azərbaycanda, həmçinin vaxtilə Alban dövlətinə daxil olan Cənubi Dağıstan və Şərqi Gürcüstanda qalması yuxarıdakı ehtimalı daha da qüvvətləndirir...
Alban hökmdarlarından Oroysun
adını "Kitabi Dədə Qorqud"dakı Uruz adı ilə müqayisə edirlər. Aran – Ağvan - Aquen – Ağoğlan – Ağdam (bu
etnonimlərin kökündə “Ağ” sözünün durmasını təsadüf hesab etmək olmaz) adı da
yalnız türk dillərində olması ilə izah olunur. Albanların Ay ilahəsinə daha çox
sitayiş etmələri haqqında Strabonun
verdiyi məlumat qədim türklərin "Ay Tenqri"sinə uyğun gəlir. Onlarla
belə dəlillər əsasında "alban" etnik adı daşıyanlar türkdilli
sayılırlar. Bəzi tədqiqatlara görə, burada yaşayan sakasenlər, onlarla qohum sayılan massagetlər, qarqarlar
da türk mənşəli olmuşlar...
Son dövrlərdə aparılan
sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının
türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir. O da, ehtimal edilir ki, Albaniyanın siyasi
konsolidasiyası artıq Əhəmənilər imperiyasının son
illərində və Makedoniyalı İsgəndərin işğalları
dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz
Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.
Bu tayfaların ən qədimləri
Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar ki, bunlardan biri
də, yüksək mədəniyyətə malik olan Qarqarlar
Ağdam ərazisindəki Qarqar çayı
hövzəsi boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk
formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Bu barədə məşhur tarixçilərin, tədqiqatçıların əsərlərində yetərincə mühüm
faktlar vardır və bu mənbələrdən aydın olur ki, türklər bu ərazilərin ən qədim,
aborigen-aftoxton əhalisi olmuşlar...[1]
Deməyim budur ki, Ağdam çoğrafi ərazisində
tarixən ermənilərin olması və məskunlaşması absurddur!! Həmçinin, burada və
Qarabağın dağ-yaylaq ərazisində olan xristian abidələri də, islamdan qabaq zərdüştizmi,
sonrada xristianlığı qəbul edən aborigen türk tayfalarına mənsubdur, o cümlədən
Beşik dağının zirvəsində olan abidə...[2]
Ağdam rayonu ərazisində çoxlu
tarixi mədəniyyət və incəsənt abidələri var. Buradakı Üzərlik Təpə abidəsi,
rayonun Xaçındarbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli
kəndindəki türbə və daş abidələr (XIV əsr),
Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr),
Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və
onun oğlunun türbəsi (XIX əsr),
Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri bunu aşkar sübut
edir...
Bunlardan biri də, Beşik
dağının zirvəsinə yerləşən, tikilmə tarixi IV-VII əsrə aid edilən, indi isə
qirqorianlaşdırılan Alban-türk Beşikdağ Alban-türk
məbədi xristian məbəd-abidəsidir. Mənbələrə görə,
bu məbəd tamamən Alban memarlıq üslubunda Arşakilər
sülaləsindən olan Qafqaz
Albaniyası hökmdarı II Vaçe tərəfindən, tamamilə Alban-Türk məbəd arxitekturasında inşa
etdirilmişdir...
Onu da, bildirim ki, Erməni bənnalarından
qabaq saxtakarlığı erməni tarixçiləri edir, böyük saxtakarlıqla bu qəbildən
abidələrimizi erməniləşdirir, sonra da erməni bənnaları işə başlayırlar...
Bu
abidə Şərqdən – Şirvanın, Şəkinin, yuxarıdan isə Qarabağın bütün yüksəkliklərdən görünür. Buna görə də, bu abidə əvvəl keşikçi
qübbəsi kimi tikilibdir, necə
ki, Şabrandakı “Çıraqqala” təkin... Buradan həm, yuxarı dağlarda yerləşən “Gəncəsər”qalasına
(Xaçın knyazlığının mərkəzinə), həm də Şirvan zonasına od-ocaqla xəbərləşmə vasitəsi kimi istifadə
edilibdir. Hətta, İbrahim xanın Şahbulaq qalasında məskunlaşan cağlarda da,
artıq bu məbəd-abidə təmir edilərək keşikçi məntəqəsi kimi istifadə
edilibdir... Bizim ehtimalımıza görə, indi Beşikdağı adlanan bu dağın əvvəlki
adı Eşik (yəni son silsilə, ən eşikdə olan mənasında) və yaxud Keşik dağı
olubdur. Sonralar uşaq nənnisinə-beşiyinə oxşadığına görə Beşik adını
alıbdır... Belə ki, Beşikdağ sanki dağlıq və düzən Qarabağ arasında təbii sərhəd rolunu oynayır. Cənub-şərq tərəfdən ona Kür-Araz
ovalığı, qərb tərəfdən isə Qarabağ
yaylası birləşir... Yeri gəlmişkən,
qeyd edim ki, 30 il işğal altına olan Beşikdağ məbədi və dağın aşağı ətrafında
yerləşəm alban xristian qəbristanlığı haqqında vikipediya səhifələrində verilən
məlumatlar olduqca yanlışdır və erməni mənbələrindən alınmışdır...
Azərbaycanın digər dağ məntəqələrində
bu cürə abidələrin hamısı ilk öncə
keşikçi məntəqəsi kimi tikilibdir. “Keşikçi dağı” ifadəsi – adını təsadüfi
saymaq olmaz. Məsələn, Ağstafa rayonu ərazisində
yerləşən Keşikçidağ abidələr kompleksi, Aveydağ, Tatlı, Yuxarı Əskipara məbədləri
kimi ilk əvvəl keşikçi məntəqələri olmuş, sonralar funksiyalarını məbədlərə
vermişdir...
Bir cəhəti
də, qeyd etməyi vacib bilirəm! Bəzən kilsə ilə məbədi eyniləşdirirlər və
fikrimizcə bu kökündən yanlışdır... Məbəd kilsə deyil və arxitekturası tamamən
fərqlidir.... Məbəd Alban xristian türklərinə məxsus ibadətgahdır və Beşik
dağının zirvəsində tikilən əvvəl gözətçi məntəqəsi olan abidə, sonralar genişləndirilərək,
yenidən qurularaq Alban xristian türk məbədi olubdur... İslam dövründə isə xalq, birmənalı olaraq, bu
tipli abidələrin bir qismini Koroğlu qalası kimi anladıblar. Belə bir rekonstruksiya və metaformoza hadisəsi
Beşikdağı abidəsinin də başına gəlibdir...
Amma ən
böyük məkri və qəddarlığı ermənilər ediblər. 1994-cü
il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun
846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu.
Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu
ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi
ilə Ağdamın adını dəyişərək Akna qoyublar, Şahbulaqdan şimal-qərbdə dağın enişində yerləşən
qədim xristian-türk alban qəbrlərini, Pənah xanın
tikdirdiyi qalanı erməni abidəsi kimi dəyişdiriblər, muzey düzəldiblər, özlərindən
Tiqranagert şəhəri uydurublar... Beşikdağ məbədinin də adını Vankasar monastrı
qoyubkar... Yalan, məkr və saxtakarlıq, bax, budur!!
Bunu da, xatırladaq ki, hətta XIX əsrin əvvəllərinə qədər Qarabağ
dağlarında yerləşən məbədlər hələ də, Alban məbədgahı kimi fəaliyyət göstərmiş,
ermənilərin dabanyalama xisləti ilə uzun müddət saxtakarlıq işi aparılandan
sonra Rusya çarlığının təsiri ilə
1836-cı ildə bu abidələr Rusiya Müqəddəs
Sinodu tərəfindən ləğv edilmiş, Alban
monastrına məxsus bütün mülk və əhali Erməni Qriqoryan Kilsəsinin
tabe edilərək erməniləşdirilmiş, bütün Alban dini kitbları, əlyazmaları məhv
edilmiş, məbədgahlar isə kilsələşdirilmişdir...
Bundan sonra Qarabağda Alban
Patriarxı İsraelin başçılğı ilə qiyam başlayır. Qiyam yatırılır, Alban
patriarxı İsrael isə ölkədən qovulur. Tezliklə patriarx İsrael vəfat edir və
bundan sonra Erməni Arxiyepiskou Hovannes Qraf İvan Qudoviçə yazdığı məktubda
Qarabağ və Gəncədəki Alban Məbədgahları klsələşdirilərək mülkləri və
dindarlarının Eçmiədzinin tabeliyinə verilməsini xahiş edir və buna nail
olur...
İndi bu məkri, Beşikdağdakı
qədim abidəmizin də başına gətiriblər ki, sonralar əllərində dəstəvuz etsinlər
ki, guya bu torpaqlar ermənilərə məxsusdur...
Bu qeydlərimlə bildirmək istəyirəm
ki, Ağdamın Beşikdağındakı qədim abidələrimiz,
həmçinin, ümumiyyətlə, Qarabağda erməni məkrinə məruz qalmış bütün qədim ibadətgahlar
öz ilkin vəziyyətinə salınmalı, tarixi gerçəklik bərpa olunmalıdır... Bəli, bütün Qarabağda yerləşən tarixi məbədlər Qafqaz Albaniyası dövrünün nadir abidələrindəndir. Saxtakarlıqların qarşısı
alınmalı, abidələr əvvəlki – ilkin vəziyyətlərinə gətirilməlidir. Tarixi
abidələri saxtlaşdıraraq özününküləşdirmək – erməniləşdirmək cəhdlərinə
birdəfəlik son qoyulmalı, tarixi varisiyimizə yiyə durmalıyıq!
Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas.
08.01.2022.
[1] Bax: Ямпольский 3. И. К изучению летописи Кавказской Албаний Изв. АН
Азерб. ССР, серия общ. наук. 1957, № 9; Тревер К. В. Очерки по истории и
культуре Кавказской Албании. М. — Л., 1959; Буниятов 3. М. Азербайджан в
VII—IX вв. Баку, 1965; Баскаков Н. А. Введение в изучение
тюркских языков. М., 1969; Гукасян Ворошил. Тюркизмы в "Истории албан".
В сб. : Структура и история тюркских языков. Баку, 1970; Алиев К- Г.
Этюды о населении древнего Азербайджана. "К проб-леме этногенеза
Азербайджанского народа". Баку, 1984; Мамедова
Фарида. Политическая история и историческая география Албании. Баку, 1985; Q. Qeybulayev – Qarabağın etnik tarixi, Bakı,
1993; Джафаров
Ю. Р. Гунны и Азербайджан. Баку, 1993; Q.
Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994; Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. Bakı: 2006. Hətta VII əsr coğrafiyası mənbələrində Arsaxdakı Uti əyalətinin mahal adlarının (Aranrot, Tiri, Rot-Pasian, Aluyen,
Tuçkatak, Qardman və Şakaşen) hamısı türkmənşəlidir...
|