Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21

Yazıçı Əkrəm Əylisinin məlum müsahibəsini oxudum. Bəri başdan deyim ki, Əkrəm Əylisli müasir Azərbaycan ədəbiyyatında danılmaz yeri olan sənətkardır. Onun “Kür qırağının meşələri” əsəri, digər hekayə və povestləri (Heç də hamısı yox!) oxucu sevgisini haqq edib.

Müsahibə ənənəvi əkrəmçilik üslubunda baş tutub. 84 yaşlı yazıçının (Allah ona can sağlığı versin!) gəldiyi nəticələr məni məyus elədi. Hələ də çığallığından çıxa bilməyib, bu yaşda özünə qarşı olan yad münasibətdən gileylənir. Qocaman yazıçının kiməsə yad olmağı və ya ona qarşı olan mənfi münasibət, hesab edirəm ki, “Kür qırağının meşələri”nin müəllifi üçün narahatedici nüans olmalı deyil. Daima gileyləndiyi həmkarlıarı həmişə onun yaradıcılığını etiraf edib. Haqqında xaricdə məqalələrin yazılmasını təkrar-təkrar hər imkanda deyir. 84 yaşında yazıçının özünü öyməsi və hamıdan yaxşı olmaq iddiasına nə hacət? Zatən Əkrəm Əkə həmkarları içində ən yaxşı olanlar sırasında başda gəlir.

Əkrəm Əylislinin Türk ədəbiyyatı haqqında dedikləri ya qərəzdir, ya da Türk ədəbiyyatı haqqında qədərincə bilgisi yoxdur, oxumaq imkanı olmayıb. Türk ədəbiyyatı Rus ədəbiyyatı ilə müqaisədə geridə qala bilər, lakin Azərbaycan ədəbiyyatından heç də zəif deyil. Türk ədəbiyyatı təkcə Nazim Hikmətdən ibarət deyil.

Əkrəm Əylisli deyir: “Türkiyə ədəbiyyatı - içi Orxan Pamuk qarışıq – məncə Azərbaycan ədəbiyyatından xeyli zəifdir”.

Əhməd Haşim, Yəhya Kamal Bəyatlı kimi türk modern şeirini yaradanlar hansı Azərbaycan şairindən zəifdir? Hadinin, Cavidin təsirləndiyi Tofiq Fikrət hansı Azərbaycan şairindən zəifdir? Azərbaycan ədəbiyyatının bütöv bir nəslinə təsir edən Məhməd Əmin Yurdaqul hansı Azərbaycan şairindən zəifdir? Oğuz Atay, Əziz Nesin, Səbahəddin Əli, Əhməd Həmdi Tanpınar, Yaşar Kamal, Orxan Pamuk, Yusuf Atılqan, Halit Ziya Uşaklıgil, Ömər Seyfəddin hansı Azərbaycan yazıçısından zəifdir? Bu yazarlar Türkiyədən kənarda nəşriyyatların çap edib satdığı və pul qazandığı yazarlardır. Bu sözləri Azərbaycan ədəbiyyatı haqqında demək olarmı?!

Əkrəm Əylisli deyir: “Türkiyənin nə Mirzə Fətəlisi, nə Mirzə Cəlili, nə də Sabiri var. Bu ölkədə Nazim Hikməti əvəz edəcək heç bir ədəbi fiqur uzun illərdən bəri hələ ki, meydana çıxmayıb”.

Anlaya bilmirəm ki, ömrünün müdrik çağında olan Əkrəm Baba niyə bu cür düşünsün? Mirzə Fətəli, Mirzə Cəlil, Sabir ölçü vahidi deyil ki, onu hər bir ölkəyə tətbiq edəsən. 18, 19 və 20-ci əsrdə inkişaf yolu keçən bütün xalqların özünün Mirzə Fətəlisi, Mirzə Cəlili, Sabiri var. Qonşu Gürcüstandan tutmuş uzaq Tanzanyaya qədər hər bir ölkənin Mirzə Fətəlisi, Mirzə Cəlili və Sabiri olub. Bu yaşda bu nə düşüncədir, anlamaq olmur. Konkret olaraq Türkiyəyə gəldikdə isə onların Namik Kamal, Ziya Paşa, İbrahim Şinasi, Cənab Şəhabəddin kimi aydınları, yazarları, maarifçiləri olub. Avropada oxumuş, yüksək təhsil almış bu yazarlar Mirzə Fətəli, Mirzə Cəlil və Sabirdən hansı cəhətlərinə görə geri qalır?

Bu suallara Əkrəm Əylisli cavab verə bilərmi? Təkcə Rus ədəbiyyatını oxumaqla iş bitmir...

Uilyam Folkner Ernest Heminqueyin “Qoca və dəniz” əsərini oxuyandan sonra deyib ki, Heminquey bu əsərdə Allahı tapdı. Obrazı şəkildə deyilən bu müdrik sözləri yada salanda Əkrəm Əylisli haqqında isə yalnız bunları demək olar: Əkrəm Əylisli ömrünün müdrik yaşında gəlib çıxdığı nəticələr həqiqətdən çox uzaqdır.

Sonda qocaman yazıçıya uzun yaşamağı, sağlam yaşamağı arzu edirəm.

Avanqard.net

Yenililklər
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
29.09.23
Qənirə Paşayevanın vəfatı ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun başsağlığı verib
27.09.23
Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir
26.09.23
Səxavət Sahil - Ölüm nəğmələri - Şeirlər
26.09.23
Mahir Qarayev: “Yesenin, Axmatova bu imiş? Bəs deyirlər, Svetayeva...” - MÜSAHİBƏ
26.09.23
“DokuBaku” VII Beynəlxalq Sənədli Filmlər Festivalı başlayıb
26.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan Milli Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24.09.23
Azad Qaradərəlinin əsərlərinin III cildliyinin təqdimat və müzakirəsi olub
23.09.23
Zərdüşt Əlizadə - Mütləq kamillik həsrəti
21.09.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
21.09.23
“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub
21.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
19.09.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Amsterdamda qədim türk yazılarına dair yeni sərgi açıb
29.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib
13.08.23
Azad Qaradərəli - Vay-vayımız, Türkmənçayımız
13.08.23
Azad Qaradrəlinin əsərlərinin cildlər üzrə nəşrinə başlanıb
04.08.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla işbirliyi əlaqələrini daha da gücləndirir
30.07.23
Azad Qaradərli - Dekadansmı, renessansmı?
22.07.23
“Ədəbi Proses – 10 il” elmi-yaradıcılıq müşavirəsinin yubiley tədbiri keçirilib
18.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Vaqif Poeziya Günləri çərçivəsində yeni kitabını təqdim edib
12.07.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub
08.07.23
Günay Əfəndiyeva Qoşulmama Hərəkatının Nazirlər görüşündə çıxış edib
05.07.23
Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb
03.07.23
 “Kitabqurdu” I Yay Oxu Marafonuna start verilib
03.07.23
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə İsveçrə Konfederasiyasında konsert təşkil olunub
25.06.23
Diplomatik korpusun səfir və nümayəndələri Laçına səfər edib
19.06.23
“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib
19.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mükafatlandırılma mərasimi keçirilib
16.06.23
“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi
16.06.23
Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi
16.06.23
I Yay Oxu Marafonu keçiriləcək
14.06.23
Süleyman Çələbinin “Mövlud” kitabınınm təqdimat mərasimi keçirilib
14.06.23
“Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.