Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Koreya Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmalar İnstitutu və AMEA Tarix İnstitutu ilə birgəKoreya-Azərbaycan II Humanitar Forumu keçirilib. Forum Koreyada Tekstil Mərkəzində, Azərbaycanda isə “Hayat Regency” otelində vebinar şəklində keçirilib və YouTube-da canlı yayımlanıb.

Koreya-Azərbaycan Humanitar Forumu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra keçirilən ilk tədbirdir ki, bu il ikinci dəfəgerçəkləşib. Forumun təşkilatçısı olan Avrasiya-Türk Araşdırmaları İnstitutunun rəhbəri, koreyalı professor Eunkyung OH(O Inqyonq) gələn il yəni, 2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olması münasibətilə hər iki ölkənin Xarici İşlər Nazirliyi humanitar elmlər forumunun birgə və müntəzəm əsasda keçiriləcəyinə ümidvar olduğunu bildirib. Eləcə də,qabaqcıl elm və texnologiyanın bəşəriyyətin gələcəyi kimi qəbul edildiyi 4-cü sənaye inqilabı dövründə Azərbaycanla əməkdaşlıq və humanitar elmlərin müzakirə edilməsinin səbəbini,Azərbaycan və Koreyanın tarix boyu formalaşdırdığı mədəni yaxınlığı kəşf edərək yeni əlaqələrin təzahürünə zəmin yaratmaq üçün humanitar elmlərin tədqiqatçılarının sehrinə ehtiyac olduğunu vurğulamışdır. “Hər iki ölkə mədəni birlik yaratmalı və ondan 4-cü sənaye inqilabının hərəkətverici qüvvəsi kimi istifadə etməlidir” - fikrini vurğulayan professor Eunkyung OH  qeyd etmişdir ki, bu Koreya-Azərbaycan Formunun əsas məğzidir. 

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Dong-op isə “xalqlarımız fərqli yaşayış məskənlərində yaşasalar, fərqli tarixə, fərqli dilə sahib olsalar da, düşünürəm ki, Humanitar forumda keçirilən mübadilə sayəsində xalqalar arasında müdadilə və qarşılıqlı anlaşma daha da artacaq və xalqlarımız bir-birini daha yaxın hiss edəcək” – deyə çıxış edib.

Bundan əlavə, Azərbaycan Respublikasının Koreyadakı səfiri Rəmzi Teymurov yaxın gələcəkdə Azərbaycan-Koreya humanitar forumlarının təşkili ilə yanaşı, Azərbaycan-Koreya və Türk dünyası-Koreya formatlarında müxtəlif humanitar mövzular üzrə elmi-praktiki konfransların keçirilməsinin şahidi olacağımızı qeyd edib. “Koreya yarımadası ilə Qafqazı birləşdirən, mübadilə və tərəfdaşlığa töhfə verən humanitar elmlər” mövzusunda olan bu forum Koreya və Azərbaycanın mədəniyyətlərini humanitar sahədə müqayisə etmək və mədəni birliyin yaradılması yollarını axtarmaq məqsədi daşıyırdı.

Humanitar Forum “Dil-Ədəbiyyat” və “Tarix-Mədəniyyət” olmaqla iki sessiyada keçirilib, hər bir sahə üzrə müxtəlif mövzular təqdim və müzakirə edilib. Xüsusilə, Koreya və Azərbaycan arasında müqayisəli ədəbiyyat araşdırmasının nəticələri ilk dəfə olaraq bu forumda açıqlanaraq diqqət çəkib. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, bu cür tədbirlərin  iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına bir töhfə olduğunu qeyd etmiş və Azərbaycan-Koreya əlaqələrinin çoxcəhətli spektrini genişləndirəcəyi və gələcək vəzifələrə işıq salacağını ifadə edib. “Mən hesab edirəm ki, bu keçirilən Beynəlxalq Konfransda burada dinlənilən məruzələr, aparılacaq müzakirələr bizim bundan sonrakı əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə kömək edəcək” – deyə akademik əlavə edib.

Seul Milli Universitetinin professoru Banq Minhonun“Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin koreyalı şair Şin Donq-yup’un yaradıcılığı ilə müqayisəli təhlili”, professor Bədirxan Əhmədlinin “Kim Jiha və Xəlil Rza Ulutürkün yaradıcılığında demokratik və milli mücadilənin inikası”, filologiya üzrə fəlsəfə doktoru Teyyub Quliyevin “Koreya və türk dillərində leksik paralelliklər”, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan şəhərlərinin inkişafında böyük İpək yolunun əhəmiyyəti (XII-XV əsrlər), sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əliyevin “Azərbaycan və Cənubi Koreya arasında müasir incəsənət sahəsində layihələrin inteqral formatı”, professor Kim Conq-ilin “Koreya və Azərbaycan mütəxəssisləri ilə birgə aparılan arxeoloji qazıntılara dair gələcək inkişaf planı” və başqa məruzələr dinlənilib. Müzakirə zamanı professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Sunah Choi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa,filologiya üzrə fəlsəfə doktoru Younq-Hee Lee və başqaları çıxış ediblər.

Azərbaycan dövləti 2021-ci ili Azərbaycanın dahi yazıçısı Nizami Gəncəvi ili elan edib. Bunu qeyd etmək üçün Avrasiya-Türk Araşdırmalar İnstitutu dekabrın sonunda Nizami Gəncəvi xüsusi sayının nəşri ilə yanaşı, şairə dair xüsusi mühazirə də keçirməyi planlaşdırır. Həmçinin 2022-ci ilin yanvar ayında pulsuz Azərbaycan dili kursu da təşkil olunacaqdır. Dongduk Qadınlar Universitetinin Avrasiya-Türk Araşdırmaları İnsitutu 2016-cı ildə yarandığı gündən etibarən Özbəkistan da daxil olmaqla türk ölkələri ilə bağlı müxtəlif akademik fəaliyyətlər həyata keçirməkdədir.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.