Ləman L.R. - Susaq, sükutumuz danışsın
13.12.21
Susaq. Sükutumuz danışsın. Rəqs edək səssizliklə. Susa bilməzsən, bəlkə də. Səs eşidə bilməzsən. Səsi duyarsan! Rəqs et səssizliyinlə Bu səssizlikdə, Susaq ki, duyasan, Darıxdığımı.. Bir-birinə bağlı bu qəlbimizin Susaq ki, görəsən, Alışdığını… Yandırdın qəlbimi, eşqinlə birgə Gəl toxun qəlbimə Sabahın olum. Bir öpüş bəxş edim səssizliyimlə, Açılsın sabahlar, Günəşin olum. Gəl, rəqs et Günəşlə sabahlaracan. Bu səssizlik çağında, Çalış ki, duya bilək Qəlb səsimizi.. Bir-birinə bağlı əllərimizin Baxaq ki, görə bilək Titrəyişini… Rəqs et səssizliyinlə Susma, danış sən. Eşidim o səsi, sevirsə, sevirəm desin. Baxsın gözlərimə. sən əgər yoxsan, Sənsiz ölürəm, ölərəm desin. İşdir duya bilməsəm, o səsi bir gün, Bil ki, olmayacaq varlığım o gün.
|