Kənan Hacı - Yazı sənətinin tarixi
27.11.21

Bu günlərdə gənc yazar dostumuz Elvin Rizvangillə yazı sənətiylə bağlı maraqlı bir söhbətimiz oldu. Elvin dedi ki, Türkiyədə yazı sənətiylə bağlı onlarla, yüzlərlə kitablar nəşr olunur və universitetlərdə yaradıcılıq fakultələri fəaliyyət göstərir, özəl yazı sənəti atelyeləri istedadlı gənclərin yaradıcı potensialını üzə çıxarmaq üçün imkanlar yaradır. Əlbəttə, dünyanın başqa ölkələrində də bu fakultələr, atelyelər mövcuddur. Xüsusən, ssenari kursları çoxluq təşkil edir və bu konuda xeyli kitablar yazılır.

Xatırlayıram, Xalq yazıçısı Kamal Abdullanın rəhbərliyi dövründə Bakı Slavyan Universitetində yaradıcılıq fakultəsi fəaliyyət göstərirdi və həmin fakultədə Rəhim Əliyev, Aydın Talıbzadə, Niyazi Mehdi, Rüstəm Kamal, Əli Şirin Şükürlü kimi düşüncə adamları dərs deyirdilər. Onların mühazirələrini dinləyən tələbələr ədəbiyyatın bəlli kanonlarını mənimsəyir, mifologiyanı, dünya və Şərq ədəbiyyatını dərindən öyrənirdilər, dünya ədəbi prosesində baş verənlərlərdən, yeni tendensiyalardan xəbərdar olurdular. Əyalətlərdən istedadlı gənclər gəlirdi və yaradıcılıq fakultəsi onlar üçün ədəbiyyata açılan bir pəncərə idi. Bu fakultə ədəbi təhsilin nə qədər önəmli olduğunu göstərdi. Əlbəttə, filoloji təhsil öz yerində, amma bilavasitə yazıçı yetişdirmək filoloq yetişdirməkdən qat-qat çətindir. Bu fakultənin işində yaxından iştirak edən şəxs kimi (fakultənin Elmi Şurasının üzvü kimi əksər iclaslarda, tədbirlərdə iştirak etmişəm) deyə bilərəm ki, Kamal müəllim orda sağlam bir mühit yaratmışdı. Gənclər ustad dərslərinə sevə-sevə gəlirdilər, yaradıcı auranın içinə düşürdülər, yaradıcılığın sirlərinə yiyələnirdilər. Həmin fakultənin məzunları dediklərimi təsdiq edə bilərlər.

Təəssüf ki, bu fakultə müəyyən səbəblərdən fəaliyyətini dayandırdı. Bu yaxınlarda Kamal müəllim müsahibələrindən birində yaradıcılıq fakultəsinin hansısa formada Dillər Universitetində yenidən fəaliyyət göstərəcəyini dilə gətirdi. Əlbəttə, könül istərdi ki, bu arzu yaxın gələcəkdə gerçəkləşsin.

İçində yazmaq ehtiyacı hiss edən gənclərə mütləq bir yol xəritəsi lazımdır. Yol ayrıcında çaşqın vəziyyətdə qalan, hansı ədəbi mətnlərdən qidalanmağı bilməyən gənclər bəzən əllərinə nə keçdi oxuyurlar və bu da onları yanlış istiqamətə aparıb çıxarır. Yaradıcı düşüncənin formalaşması üçün vacib olan sistemli mütaliənin olmaması onların düşüncələrində də pərakəndəlik yaradır və nəticədə özülsüz, natamam mətnlər ortaya çıxır. Dağınıqlıq yazı sənətinin ən ciddi xəstəliyidir və bu, bilgisizlikdən doğur. Bütün günahları oxucunun üstünə atmaq işin ən asan tərəfidir. Oxucunu yazıçının düşüncə izini təqib edə bilməyəcək qədər tənbəl və yaxud səfeh olmasını söyləmək bizə heç nə qazandırmayacaq. Bir cümlə bəzən o qədər dolaşıq olur ki, oxucu cümlənin sonuna qaranəfəs özünü çatdırsa da əvvəli yadından çıxır. Nəticədə oxucu yazıçını yanlış anlayır. Dil pintiliyi bizim əksər yazarlarımızın əsərlərində özünü göstərir ki, bu da mütaliəsizlikdən və dili yaxşı bilməməkdən irəli gəlir. Nə qədər pis yazdıqlarının fərqində olan yazara rast gəlməzsiniz. Bütün yazarlar özündən razıdır. Bu isə sənətin birinci düşmənidir. Yalançı təriflər yazarda arxayınlıq hissi yaradır və nəticədə istedad ağacı qurumağa doğru gedir. Yazıçılıq bir faiz istedad, doxsan doqquz faiz zəhmət deməkdir. Yazmaq ağır və əzablı bir işdir, bu işin öhdəsindən yalnız sevgiylə gəlmək mümkündür. Bunun üçün həm də sənətin inkişaf tarixini izləmək lazım gəlir.

Bu konuda bir dəfə geniş bir yazı da yazmışdım – “Başlanğıc üçün dopinq”. Yazının linkini burda yerləşdirirəm, maraqlananlar oxuya bilər. https://manera.az/index.php?newsid=8406

Həmin yazıda yazı laboratoriyamın bəzi gizlinlərini açmışdım. Bir neçə mətnin yaranma tarixçəsini yazmışdım. Məncə, yazıçılarımız öz tərcübələrini mütləq gənc yazarlarla bölüşməlidirlər. Mən gənclərlə çox sıx təmasda oluram və görürəm ki, onlar müəyyən baryerləri aşmaqda çətinlik çəkirlər, özlərinə qarşı güvən hissi yoxdur, uğursuzluqdan çəkinirlər. Bu maneəni adlamaq üçün dəstəyə, müəyyən məsləhətlərə ehtiyacları var. Bəzən də motivasiyanın olmaması, maddi sıxıntılar əl-qollarını işdən soyudur. Enerji bir neçə yerə parçalanır və zehni qidalanma zəifləyir. Sənət isə ruh düşgünlüyünü sevmir. Həyatda yalnız özünə inanan insanlar uğur qazanır.

İngilis sənət tarixçisi Ernst Kombric “Sənətin tarixi” kitabında yazır: “Əslində sənət deyə bir şey yoxdur, sadəcə, sənətçilər var. Sənət fərqli zamanlarda və yerlərdə fərqli nəsnələr anlamına gələ bilər”.

Bu, doğru bir təsbitdir. Sənət tarixinin nədən ibarət olduğunu incələməkdən öncə sənət anlamının özü haqqında düşünmək gərəkdir. Sənətin paramettləri sürətlə inkişaf edən tomlumsal, mədəni, tarixi dəyərlərlə birbaşa əlaqəlidir. Dəyişikliklər baş verdikcə bu parametrlər də başqa anlamlar qazanır. Estetik dəyərlərin zaman içində tədricən dəyişməsi bizim sənətə münasibətimizi də dəyişdirir. Biz indi Milton, Dante, Höte, Bayron kimi yaza bilmərik, heç Balzak, Dostoyevski, Zolya, Hüqo kimi yazmaq mümkün deyil. Çünki son iki yüz ildə bəşəriyyət böyük bir inkişaf yolu keçib. Çexovdan Sorokinə qədər, Floberdən Vaskesə, Hüseyn Rəhmi Gürpinardan Hakan Gündaya, Murat Menteşə qədər nəsr anlayışı müxtəlif izmlərdən keçərək forma və məzmun yeniliklərinə uğrayıb.

Təməl dəyərlər sistematik olaraq sorğulanmaqdadır və əvəzində yazı sənətində yeni kriteriyalar meydana çıxıb. Nəsrdə də, poeziyada da eskperimental mətnlər yaranır. Əbədi dəyərlər libasını dəyişir, mahiyyət isə dəyişmir. Biz bu əbədi dəyərlərə yeni libas biçmək üçün düşüncə baxımından sürətlə yenilənməliyik. Əks halda yeni mətnlər ortaya çıxmayacaq. İstedad xammaldır və onu gerçək məhsula çevirmək üçün uzun və davamlı çalışmalar lazımdır.

Düşünürəm ki, yazı sənətiylə ilgili kitablar bizim dilə tərcümə olunmalıdır. Yerli yazarlar da öz təcrübələrini qələmə almalıdırlar. Gənc yazarlar da bu kitablardan dərs vəsaiti kimi istifadə edəcək. Belə kitablara çox böyük ehtiyac var. Bu, yalnız ədəbiyyatın inkişafına xidmət edər.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.