İsfar Sarabski Parisdə iki gün konsert verib
08.11.21
Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombards” caz klubunda Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabskinin konserti olub.
Solo konsertində İ.Sarabski “Planet” albomunu təqdim edib. Gənc pianoçu P.İ. Çaykovskinin, Səid Rüstəmovun və digər bəstəkarların əsərlərini özünəməxsus caz üslubunda təqdim edib. Onun “Qarabağ atları” bəstəsi böyük maraqla qarşılanıb.
İ.Sarabski kompozisiyaları ilə fransız cazsevərləri ovsunlayıb. Onlar azərbaycanlı pianoçunu sürəkli alqışlarla yenidən səhnəyə dəvət ediblər.
Xatırladaq ki, İ. Sarabski yeni “Planet” albomu ilə Avropa turnesinə çıxıb. Parisdə 2 günlük konsertdən sonra o, Niderland, İsveçrə və Çexiyada konsert verəcək. /Azərtac/
|