Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub
14.10.21
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”ni nəşr edib. “Seçilmiş əsərlər” Ədəbiyyat İnstitutununElmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6 saylı qərarı ilə işıq üzü görüb. “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı ön sözünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir.
Kitabın məsləhətçisi Xalq yazıçısı Anar, redaktorufilologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır.Redaksiya heyətinə Anar, İsa Həbibbəyli, Qənirə Paşayeva, Elxan Zal, Səlim Babullaoğlu, Vaqif Əlixanlı, Bəsirə Əzizəliyeva, Xəyal Rza, İbrahim İlyaslı, Əkbər Qoşalı, Əfqan Nəsirli daxildir.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitab 250 səhifədir. Kitab Mahmud Kaşğari adına Beynəlxalq Fondun “İRS” seriyasında çap olunub. Seriyanın rəhbəri, tərcümə edəni və şərhlərin müəllifi Elxan Zal Qaraxanlıdır.
Kitabda Pakistan şairiMəhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsi yer alıb. Həmin şeirlər əsasən müəllifin “Karvan zınqırovunun səsi” və “Şərqin ismarıcı” kitablarından seçmələrdir. Həmçinin şairin “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” nəsri tərcümə edilərək kitaba daxil edilmişdir.
|