Azərbaycanlı şair Serbiyada mükafat aldı, fəxri vətəndaş seçildi
Şair Fərid Hüseyn Serbiyada Balkan və ətrafı ölkələrdə böyük nüfuza malik olan "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb.
Onun adı qalib kimi Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.
Fərid Hüseyn beş şeiri ilə qatıldığı ədəbi müsabiqənin indiyəqədərki ən gənc laureatıdır.
Azərbaycanlı şair həm də Semska Mitrovika - İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və bununla bağlı sənədi şəhər meri ona təqdim edib. /Kulis.az/