“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq
20.09.21
Sentyabrın 27-də “Kopelhaus”da görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq.
Sərgi “Goethe-Zentrum Baku” və “Doklad” Müstəqil Sənət Platformasının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə dahi şairin “Yeddi gözəl” əsərindən ilhamlanaraq ərsəyə gələn instalyasiyalar yer alacaq. Sərgidə yeddi pavilyonda nümayiş ediləcək instalyasiyaların dizayneri Anar Skandar, vizual rəssamı Aqil Abdullayevdir.
Oktyabrın 3-dək açıq qalacaq sərginin kuratoru Alfons Hugdur. /Azərtac/
|