Olesya Dmitriyeva - Gəl mənə ilham ver, ey qoca rəssam
20.09.21



Avanqard.net  Rusiya Federasiyasının Buryatiya Respublikasından olan şairə Olesya Dmitriyevanın şeirlərini təqdim edir.

Hörmətli baş redaktor!

Olesya Dmitriyeva gənc şairdir. 1982-ci ildə Rusiya Federasiyasının Buryatiya (Buryad) Respublikasının Baykal gölü ətrafında Xilok çayının sahilində yerləşən Tobalqa kəndində anadan olub. İxtisasca iqtisadçıdır və ali iqtisadi idarəçilik təhsili alıb. Gənc yaşlarından poeziya ilə maraqlanır və şeirlər yazır. Şeirləri yerli ədəbi orqanlarda çap olunur. İstedadlı şair O.Dmitriyeva poeziyanı həyatının bir parçası hesab edir: “Şeir mənim üçün üzümə toxunan isti günəş şüasıdır, ruhumun nəğməsidir, dənizdən gəlib saçlarıma toxunan küləyin nəfəsidir. Şeir mənim üçün gücdür; yaşa və qalib gəl... Şeir mənim üçün sevgidir, sevgi isə həyatın başlanğıcıdır. Düşüncələrimdə daim doğma kəndimizin üstündə uçuram və şeirlərimə mahnı oxuyuram...”

Olesya Dmitriyevanın bir neçə şeirini şair Nurafizin tərcüməsində “Avanqard”ın oxucularına təqdim edirəm.

Bədirxan Əhmədli, professor



*** 
Gəl mənə ilham ver, ey qoca rəssam,  
Süzül qaranlıqdan nur tək qəsdimə. 
Yol keçən bu yüzün, minin içində, 
Həyatımı köçür kətan üstünə... 
 
Çox çətin olsa da indi hər nə var,      
Xoşbəxtliyə oxşar bir söz yoxdu ha. 
Mayakımsan mənim, ey qoca rəssam, 
Zəfərimə talismansan sən daha...   
 
Gəl mənə ilham ver, ey qoca rəssam, 
Sən götür fırçanı küləkdə fırla. 
Ömrüm əvəzləndi daim çiçəklə, 
Əsməcə tutmamış məni qucaqla... 
 
                    

*** 
Toxundum düşüncə naxışlarına, 
Ruhun uçuşu yox... eşq  yoxdu - laldı... 
Tütək kölgəsində ehtiras qaçaq, 
Notlar havadaca asılı qaldı. 
 
Zərflərə qoyulmuş həsrətlər ki var, 
Mumla möhürlənib sarğısı-səsi. 
Yalnız  yaxşılarçün müdrik əhd ilə,  
Nurda dövr eləyir bir səs haləsi... 
 
Həsrət göynək çəkir qəlbin təkində, 
Ürək alınmaz ki, şəkillə ələ.  
Hər şey olduğu tək getmir, üstəlik, 
Payız da hörümçək torudu belə...  
 
Çağırıb, gözləyib, yola salmıram 
O nuru - umurdum üz-üzə gələk. 
Soyuqdur, qucuram çiyinlərimi, 
Yalnız mən özüməm və... bir də külək... 
 


*** 
Şərabın ip-incə dadıyla nəfəs 
Alırdı şipşirin məxməri gecə. 
Arfanın boyunca  uzanan kölgə 
Ruhu oxudurdu simin dilincə... 
 
Bəlkə də ilğımdır... bəlkə həqiqət, 
Bəlkə də nəfəsdi cənnət donunda. 
Ya da bir ömürlük kitab kimiydi, 
Həyat vərəqləndi burda bir anda... 
 
Sayrışan, sürüşən boz parıltılar, -     
Bir də cisimlərin aramsız rəqsi. 
İkimiz bir yerdə elə gerçəyik, 
Bizlə dan üzünün gəncləşər səsi... 
 


*** 
Sən mənim əlimdən bərk yapış, bərk tut, 
Nüfuz et, sıx məni əsrlər boyu. 
Səninlə uçmağım asan olacaq, 
Səninlə yox olur qorxunun hoyu... 
 
Səni istəyinlə nəfəs alıram, 
Ruhla bədənimin bütövlüyündə... 
Qaranlıq soyuğun rütubətində, 
Əbədi qalxansan ağrım önündə... 
 
Ürək döyüntünün ritmi boyunca, 
Tarazlıq saxlarıq eyni dalğada. 
Fırtına qopsa da sınan deyilik, 
Bizim müharibə deyildir bu da... 
 
Şübhə tozundan və zamandan keçib, 
Külək gülləriylə qovuşar tənim... 
Sən mənim əbədi  müdrikim, gəncim, 
Xəyal aləmində səsimsən mənim... 
 


*** 
Yolar yarpaqları bu erkən payız, 
Çoşğundur, asanca küsdürər, fəqət. 
Olanı dəyişmə - köməyi dəyməz, 
Ona göz yaşını göstər, ya gizlət... 
 
Yaşamaq, yerimək və xəstə düşmək, 
Yığsın var gücümü sağ qalmaq meylim... 
Xoşbəxtlik naminə növbəti ödənc, 
Daxıla atılır... lazımdır... neylim... 
 
Külək yelləyəcək sınıq qəlbini, 
Bir az da dayanıb... gedəcəm ora. 
Tezcə yamaq vurub, mahnı deyəcəm -  
İstərdim tez çatım oktyabra... 
 


*** 
Haqlısan, həyasız saç sancağıtək, 
Yox, mən ağlamıram... sən - sınaq  yeri. 
Səbəbsiz qəm  isə yalnız bəhanə, 
Toxunmaz eyhamlı təbəssümləri. 
 
Boz tellər... amma ki onlar səbəbmi? 
Gözəl qocalanlar zor xoşbəxt olar. 
Şəkil və ehtiras maskalarına 
Möhtacdır demirəm, nə ki, kişi var... 
 
Sakitcə gedəcəm, aldıqlarımdan 
Artıq xərcləməmək haqqımı tanı. 
İnan ki, inadkarlıq yaman güc verir, 
Sıxır bir qapıya oyun adamı... 
 
Sevgi və səadət diləməyəcəyəm, 
Arzu etdiyinə layiqdir hər kəs. 
Ömrünün sahibi, canım... Gözləmə, 
Tövbəsiz, bildiyin kimi yaşa, gəz... 
 


*** 
Pis havalar əsəbləri gərəndə... 
Dalğalar da kükrəyəndə qayada, 
Eşq yolunda oda, suya girirəm... 
Azdı qadın qəlbi üçün dünya da... 
 
Gecə yağış seltək axıb... uçuş yox.. 
Qismət yoxmuş, səfərim baş tutmadı... 
Uçmaq həvəsiylə qəhvə içirəm, 
Sizin görüşünsə iş olub adı... 
 
Asma hücrələrdə yatır süpürgəm, 
Dövr etsin yuxuda, oyanar haçan. 
Büküb çiyələyi zərif söz ilə, 
Ay nurunda bir bəxt falı açacam...

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.