“Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” kitabı çap olunub
16.09.21
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın Moskvanın “U Nikitskix vorot” nəşriyyatı tərəfindən “Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” (“Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”) adlı kitabı işıq üzü görüb.
Kitabın rəyçiləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, M.A.Qorki adına Ədəbiyyat İnstitutunun direktoru Vadim Polonskidir.
Beş fəsildən ibarət kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunub. /Azərtac/
|