Xalq şairi Sabir Rüstəmxanlı: Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası tarixi hadisədir
31.08.21
Şuşanın işğaldan azad edilməsi, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin parlaq səhifəsidir.
Bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində Xalq şairi Sabir Rüstəmxanlı söyləyib. O deyib: “Əslində, Şuşanın işğaldan azad olunması gücünü əsgərlərimizə bəxş edən Şuşanın ruhu idi, tarixi idi. Şəhid edilmiş vətəndaşlarımızın intiqamını almaq ehtirası idi. O qəhrəmanlığın nəticəsində poeziyamız da öz ənənəsini bərpa etdi, bu ənənə Vaqifin sözü, Şuşanın özü kimi əbədi olacaq”. /Azərtac/
|