Ədəbiyyatda virus
24.08.21

Və ya pandemiya eramızdan əvvəl və sonra
 
Bu gün bütün dünya COVID-19 pandemiyasından əziyyət çəkir. Və bunun yeni bir şey olduğunu düşünənlər, əlbəttə ki, yanılırlar. Dünya yaranandan müxtəlif viruslar, xəstəliklər səbəbindən indiyə qədər milyonlarla insan dünyasını dəyişib. Bu cür viruslar zamanla ədəbiyyatda təzahürünü tapıb, əsərlər yazılıb, onlardan hətta bir çoxu bu gün dünya klassikasının ən gözəl nümunələrindən hesab olunurlar.
 
Eramızdan əvvəl
 
Hələ eramızdan əvvəl IX–VIII əsrlərdə Homer "İlliada”sında epidemiyadan söz açır. Əsər Troya müharibəsinin son onilliyində gedən konfliktlərdən bəhs edir. Və həmin zaman taun xəstəliyi dəhşətli dərəcədə yayılıb. Bu xəstəliyi işıq tanrısı Apollon kahinin qızını oğurlayan Arqos hökmdarı Aqamemnonu cəzalandırmaq üçün göndərib. Əsərin ana xətti qarşısıalınmaz bir bəla, böyük miqyaslı ölümlə nəticələnən xəstəlik, fəlakətlə bağlıdır. Sanki burada bəşəriyyətə bir mesaj ötürülür ki, bu cür xəstəliklər insanların bir-birinə qarşı pis münasibəti, etinasızlığı, soyuqqanlılığı, etibarsızlığı və ən əsası da, düşmənçiliyinin nəticəsində yaranır. Düşünürəm ki, süjet xəttində epidemiya olan, bizə qədər gəlib çatan ilk əsər elə "İlliada”dır. Amma bu o demək deyil ki, ona qədər də belə əsər yazılmayıb.
 
Kilsədə ölüm
 
İtalyan yazıçısı Covanni Bokkaççonun 1348-1351-ci illərdə yazıb ərsəyə gətirdiyi, dünya klassikasının ən gözəl nümunələrindən biri sayılan "Dekameron”da da yayılan xəstəlik xətti var. Əsərdə hadisələr 1348-ci ildə yayılan,  "qara ölüm” pandemiyası adlandırılan taun xəstəliyi vaxtı cərəyan edir. İki həftə ərzində davam edən izolyasiyada qəhrəmanlar mənəviyyat, sevgi, dostluq və ümumiyyətlə, həyat haqqında düşüncələri barədə danışırlar. Burada sanki oxuculara pandemiyaya başqa bir baxış bucağı təqdim olunur. Tibbi biliklərin az olması insanları kilsəyə üz tutmağa vadar edir. Bununla da, həm bir-birləri ilə yaxından təmasda olmaqla, həm də müxtəlif ayinləri yerinə yetirməklə xəstəliyin daha da sürətlə yayılmasına zəmin yaradırlar. İllər boyu qəbul olunmayan, hətta yandırılan bu əsərdə, əslində, müəllif dərk olunmayana, anlaşılmayana görməzə-bilməzə etiqadın, inamın cəfəngiyat və mənasızlığını bildirməyə çalışırdı.
 
Ölüm qorxusu-qoxusu

Aleksandr Sergeyeviç Puşkin də pandemiya mövzusundan yan keçməyib. O, 1830-cü ildə "Taun zamanı ziyafət” birpərdəli pyesini yazır. Pyesin əsas məğzi ölüm  qorxusudur. Ölüm qorxusunu obrazların hər biri müxtəlif cür yaşayır. Kimisi sevir, əylənir, yeyir-içir, kefindən qalmır, həyatını əvvəlki kimi davam etdirir, kimisi isə həyəcan və narahatlıq keçirir. Kimisi də kilsələrə üz tutur, gününü Allaha dua etməklə tamamlayır. Allahdan nə gəlsə, ona şükür edirlər. Bir dəstə adam isə dərdini-sərini şeirlər, nəğmələrlə tərənnüm edir. Sanki təsəllini bunda görürlər. Digərləri isə ölümlə barışmır. Mənəvi gücün, inamın sayəsində ölüm qorxusuna qalib gəlirlər. Keşiş isə onları bundan çəkindirməyə çalışır.

İnsanların ölümə qarşı münasibətinin fərqliliyinə baxmayaraq, küçədən meyit dolu arabanı keçən görəndə insanlar əməlli-başlı qorxuya düşürlər və ölümə inanmayanlar da, sanki ölüm qoxusunu duyur, xəstəliyin mövcudluğuna inanırlar.
 
Maskalı ölüm

Amerika yazıçısı Edqar Allan Po 1842-ci ildə "Qırmızı ölümün maskası” adlı əsərini qələmə alır. Əsər daha çox simvolizm üzərində qurulub. Ətrafda tüğyan edən epidemiyadan – "Qırmızı ölüm”dən qorunmaq üçün şahzadə Prospero saray xadimləri ilə birlikdə sarayda gizlənir. Orada  müxtəlif rənglərdə bəzədilmiş yeddi zalda maskaradlı ziyafət təşkil edir. Adi insanlar saray divarları xaricində xəstəlikdən qırıldıqları halda, bunlar kefindən qalmır, əylənir, xoş gün keçirirlər. Beləcə, sanki pandemiyanın səngiməsini gözləyir, bu bəladan sağ çıxmaq istəyirlər. Lakin sonda "Qırmızı ölüm”ə yoluxub dünyasını dəyişənin maskasında içəri daxil olan kəs əvvəlcə şahzadəni, sonra da bütün saray əhlinin ölümünə səbəb olur. Məlum olur ki, əslində maskanın altındakı heç də canlı insan deyil.
 
Uşaq qatili

Albert Kamünün 1947-ci ildə qələmə aldığı "Taun” əsərini qeyd etməmək mümkün deyil. Bəlkə də, bu mövzuda ən məşhur əsərdir. Əsərin qəhrəmanları – həkim, cinayətkar, məmur, gənc yazıçı-qrafoman, jurnalist şəhəri qəflətən bürüyən taun xəstəliyinin əsirinə çevrilirlər. Bu xəstəliyin bir dərmanı, çarəsi olmadığından, yoluxanları izolyasiya etməkdən və ölənlərin statistikasını aparmaqdan başqa əldən bir şey gəlmir. Yeni hazırlanmış dərmanınsa  heç bir xeyri olmur, əksinə, üzərində yoxlanılan adamlara daha da çox əzab verir. Romanda ürək parçalayan bir epizod var: yeni vasitə ilə sağaltmağa çalışdıqları uşağın əzablı ölüm səhnəsi. Bu, dünya tarixində təsvir olunmuş ən dəhşətli səhnələrdəndir.
 
Qarşıdurma

Epidemiya ilə bağlı əsərlərin içində Amerika yazıçısı Stiven Kinqin 1978-ci ildə qələmə aldığı "Qarşıdurma” romanı da özünəməxsusluğu ilə fərqlənir. Əsərdə ABŞ-ın məxfi laboratoriyasından təsadüf nəticəsində çox təhlükəli virus kənara çıxır. Bu, böyük bir faciəyə səbəb olur. Belə ki, bioloji silah kimi hazırlanan ölüm saçan qrip ştammı sürətlə yayılır. Və qısa müddətdə dünya, az qala, bomboş qalır. Qalan insanlar da iki qrupa bölünür. Bir qrup insanlar əvvəlki ideyalarına sadiq qalır və o cür də yaşayır. Digər qrup insanlarsa dünyaya hökmranlıq etmək niyyətində olan "Qara Adam”ın tərəfinə keçirlər. Və beləliklə, qarşıdurma başlayır.
Koronavirusun yayılması bu əsəri insanlara xatırladaraq sanki daha da məşhurlaşdırdı. İnsanlar əsərdə təsvir olunan hadisələrlə həyatda baş verənləri tutuşdurmağa başladılar və müəyyən oxşarlıqlardan vahiməyə düşdülər. Çoxsaylı suallara və müraciətlərə cavab olaraq Stiven Kinq şəxsi "Tvitter” hesabında bununla bağlı açıqlama vermək məcburiyyətində qalaraq bildirdi ki, COVID-19, əlbəttə ki, çox təhlükəlidir, amma onun əsərindəki virus qədər ağır deyil. Və hər kəsi ehtiyat tədbirləri görməyə dəvət etdi. Bununla da, insanlar arasında yaranan təşvişi müəyyən qədər sakitləşdirməyə çalışdı.  
 
İspan epidemiyası

Tarixdə ən kütləvi və ən dəhşətli epidemiyalardan biri I Dünya müharibəsindən sonra yayılıb. "İspan qripi” adlanan bu virusa dünyada 550 milyondan çox adam yoluxub, onlardan 100 milyona yaxını vəfat edib. Lakin bu epidemiyadan, vəba və taun kimi, ədəbiyyatda elə də çox yazılmayıb. Bunun təzahürləri  Amerika ədəbiyyatında Avropa ədəbiyyatından daha çox görünür. Uill Keserin "Bizlərdən biri”, Tomas Vulfun "Evinə bax, mələk” və s. kimi əsərlərində bu epidemiya haqda məlumatlara rast gəlinir.
 
Vərəmli ədəbiyyat

İspan epidemiyasına çox diqqət göstərilməsə də, vərəm, ədəbiyyatda böyük marağa səbəb olub. F.Dostoyevski, L.Tolstoy, M.Lermontov, A.Çexov, İ.Turgenyev və s. yazıçıların qəhrəmanları vərəmdən əziyyət çəkib. Bunlardan başqa, Balzakın "Şaqren dərisi”, Dümanın "Kameliyalı qadın”, Çexovun "Saxalin adası”, Moemin "Sanatoriya”, Tomas Mannın "Sehrli dağ” və s. əsərlərini də misal çəkmək olar.   Vəba epidemiyası da dünya ədəbiyyatında mövzu olaraq çox işlənib. İvan Turgenevin "Atalar və oğullar”, Fyodor Dostoyevskinin "Şeytanlar”, Nikolay Qoqolun "Ölü canlar”, Maksim Qorkinin "Orlovlar ailəsi” buna misal ola bilər.
 
Yalançı virus

Yazıçılar hər zaman mövcud xəstəliklərdən deyil, bəzən də özlərinin uydurduğu viruslardan gözəl əsərlər yazıblar. Yuxarıda qeyd etdiyim kimi, Stiven Kinqin  "Qarşıdurma” əsəri buna parlaq misaldır. Amma bundan başqa da ədəbi nümunələr var. Məsələn, məşhur ispan yazıçısı Jose Saramaqo 1995-ci ildə qələmə aldığı "Korluq” əsərində insan təbiətinin həssaslığını uydurduğu korluq pandemiyası vasitəsilə ortaya qoyub. Amma bunu müasir dövr üçün "uydurma” saya bilərik. Sabah nə olacağını isə...
 
Bu günün virusu

Dünya yaranan vaxtdan bu günə qədər, lap elə əvvəldə də qeyd etdiyim kimi, adını bilib-bilmədiyimiz saysız-hesabsız viruslar, xəstəliklər yayılıb, milyonlarla insan dünyasını dəyişib. Bu gün də COVID-19, üstəgəl də, müxtəlif adda və ladda tüğyan edən virusların insan həyatına təcavüz etdiyi bir dövrdür. Yəni bu cür epidemiya bəşəriyyətdə ilk hadisə deyil. Və dünyanın buna da qalib gələcəyinə, xilas olacağına inanıram. Təbii ki, bununla bağlı da dünya ədəbiyyatında yeni əsərlər yaranır və yaranacaq da. Lakin onların hansılarının klassikaya çevriləcəyi məsələsinə gəlincə, əlbəttə ki, buna müəyyən qədər vaxt, zaman lazımdır. /Kaspi.az/
 

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.