“Ulduz”un avqust sayı nəşr olunub
20.08.21
“Ulduz”un avqust sayı Nargisin “Özüylə söhbəti və şeirləri”ylə açılır. “Müzakirə saatı”nda “Nizami Gəncəvi və çağdaş ədəbi gənclik” mövzusunu gənc yazarlar müzakirə edir. “Yazı masası”nın qonağı şair Səlim Babullaoğludur. “Ulduz”un bu sayından “Əli Əmirli – Ustad dərsləri” başlayır. “Təbriz eli” Nurəddin Muqəddəmin (Aydın Duman) hekayəsini təqdim edir. “Nəsr”də Simran Qədimdir. “Şeir vaxtı”nda Xalid Mahmud, Sabir Yusifoğlu, Arzu Hüseyn, Orxan Yaşardır. “Tənqid” Elnarə Akimovanın “Modern sənət prinsipləri kontekstində Nizami”, Vaqif Yusiflinin “Ədəbi fraqmentlər: Zərdüşt Şəfini oxuyandan sonra” yazısını təqdim edir. “Tribuna”da İradə Aytel Rəşad Məcid yaradıcılığından, Bilal Alarlı “Şeirimizin şəhid obrazi – Əkbər Hüseynli”dən yazır. “Ulduz”un avqust sayında Mahirə Nağıqızının Aşıq Ələsgər yaradıcılığından yazısını, Xatirə Rəhimbəyli, Günay Ümid, Süleyman Abdulla, Aləmzar Sadıqqızı, Mütalib Tahiroğlu, Nazilə Gültacın şeirlərini, İlahm Qəhrəmanın bayatılarını oxuya bilərsiniz. Nizami Tağısoyun “Abay yaradıcılığı dünya ədəbiyyatşünaslığında və başqa dillərə tərcümə müstəvisində” araşdırması da bu sayda yer alır. Gülnar Səma “Aysel Xanlarqızının “Darıxan şeirlər”indən söz açır. “Dərgidə kitab”da “Mirzə əfsanəsi”ylə Ələmdar Cabbarlıdır.
|