UNESCO dünya təşkilatlarını Əfqanıstanda mədəni abidələri qorumağa çağırıb
19.08.21
UNESCO dünya təşkilatlarını Əfqanıstanda mədəni abidələri qorumağa çağırıb.
Bu barədə təşkilatın mətbuat xidmətindən Tom Malar xəbər verib.
“UNESCO Əfqanıstanda baş verən hadisələri diqqətlə izləyir və heyətin təhlükəsizliyini qorumaq üçün Birləşmiş Millətlər Təşkilatının tabeliyində olan agentliklərlə öz hərəkətini nizamlayır”, - deyə T.Malar bildirib.
“Əfqanıstanın ərazisində yerləşən zəngin mədəni irs dünya ictimaiyyəti üçün xüsusi dəyərə malikdir və bu irs qorunmalıdır”, - deyə T.Malar vurğulayıb.
Qeyd edib ki, söhbət ilk növbədə Kabildə yerləşən Əfqanıstan Milli Muzeyindən, Qəznidəki İslam Sənəti Muzeyindən, Cem minarəsindən, həmçinin Bamiyan vadisindəki digər arxeoloji tapıntılardan gedir. /Azərtac/
|