Kinoteatrların fəaliyyəti niyə bərpa edilmir?
18.08.21
Ötən ilin mart ayından Azərbaycanda koronavirus pandemiyası səbəbindən kinoteatrlar bağlanıb. Ancaq bu günədək restoranlar, iri ticarət mərkəzləri, idman zalları və məscidlər açıldığı halda, kinoteatrlar tamaşaçı üzünə həsrət qalıb.
"Report" xəbər verir ki, hazırda ölkə ərazisində yoluxanların sayının artdığı bir vaxtda kinoteatrların açılacağı mümkün görünmür. Halbuki pandemiya şəraitində vətəndaşların üzərindəki basqıdan xilas olması, psixoloji gərginliyi aradan qaldırması üçün kinoteatrların fəaliyyətə başlaması düzgün addım olardı.
"Baku TV" bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Onların əksəriyyəti kinoteatrlarda maska taxaraq belə film izləməyə razı olduqlarını söyləyiblər.
|