Fəxri Uğurlu: “İndi cəmiyyətin kitabla əlaqəsi itib”
10.08.21

“Hazırda 20 il bundan əvvələ nisbətən kitaba olan maraq qat-qat yaxşıdır. 1990-cı illərdə insanlar kitaba, romana marağın öldüyünü düşünürdü. Ancaq sonradan məlum oldu ki, janr ölməyib, onu dəfn etməyə çalışanlar bir az tələsiblər”.

Bu fikirləri açıqlamasında yazıçı-publisist Fəxri Uğurlu 9 avqust - Kitabsevərlər Günü münasibətilə danışarkən bildirib.

Onun sözlərinə görə, kitabın əvvəlki dövrlərdə yüksək inkişafının səbəblərindən biri tirajın çox olmasında idi: “Əvvəllər milyon tirajla çap olunan kitablar var idi. İndi cəmiyyətin kitabla əlaqəsi itib. Təkcə bizdə deyil, dünyanın hər yerində vəziyyət belədir”.

Yazıçı-publisist deyib ki, onun kitablarını oxuyan gənclərin əksəriyyəti ədəbiyyatla məşğul olanlardır: “Qeyri-sahələrdən ədəbiyyata maraq göstərənlər çox azdır. Bu maraqsızlığın əsas səbəbi internet dövrünün hökmranlıq etməsidir. Əvvəllər gənclərin əyləncə növləri çox az idi. Ona görə də kitaba meyillənirdilər. İndi onları bu qədər texnologiyanın əhatəsində kitab oxumağa cəlb etmək çox çətindir. Bunu etmək üçün kitabımızı əvvəlcə dünya səviyyəsində tanıtmalıyıq. Onların dünya ölkələri arasında oxunmasına cəhd etmək lazımdır. Əminəm ki, bundan sonra insanlar öz ədəbiyyatımıza daha çox maraq göstərəcəklər. Çünki bu, dünya səviyyəsində sınanmış bir təcrübədir”.

F.Uğurlu gənclərin dünya ədəbiyyatına milli ədəbiyyatdan daha çox maraq göstərməsi məsələsinə də toxunub: “Gənclər arasında ədəbiyyatın müxtəlif sahələrinə marağı olanlar var. Onları müşahidə edirəm, yeri gələndə nəsə öyrənirəm. Ancaq gənclərə düzgün istiqamət vermək lazımdır. Bəzən bizə müraciət edirlər ki, oxumağa hardan başlayaq. Onlara başlanğıc kimi folkloru, milli ədəbiyyatı məsləhət görmək lazımdır. Bu da ən azından dilin inkişaf etməsinə görə vacibdir. Yalnız bundan sonra dünya ədəbiyyatına keçmək daha məqsədəuyğundur. Əgər bacarırlarsa, paralel şəkildə də oxuya bilərlər”, - deyə o vurğulayıb. /Report/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.