Ləman Abasova - Korona günlərində bədənin və ruhun eşqi 
09.08.21

Qəribə, səhv başa düşülə biləcək və ya tənqid hədəfi olacaq bir əsər idi "Vəba günlərində eşq" romanı. Qabriel Qarsia bizə xaotik hadisələrin cərəyan etdiyi dövrə  məxsus dünyanın qapılarını açır. Yazıçının qələmi ilə yeni-yeni tanış olursunuzsa, qapıdan girmədən öncə duymaqda olduğunuz tərəddüd qəbulonunandır. Zaman dolduqda - kitabın son vərəqini oxuyub bitirdikdə bağlanan qapaqla birgə çıxdığınız dünya ilə bağlı təəsüratlarınız  müəllifin qələmi kimi mürəkkəb olacaq. Əsəriya başdan-ayağa cəfəngiyyat adlandırıb beyninizin lazımsız məlumatlarla dolu qaranlıq zirzəmisinə atacaq, ya da qəlbinizin sehrli simlərini oynatdığı üçün rast gəlinməmiş dəyərdə bir iş kimi xatiratınıza qazıyacaqsınız.

“Vəba günlərində eşq” - Müəllif sanki eşqi romandakı maneə yaradan ünsürlərlə (vəba kimi qorxunc xəstəlik,  uzunmüddətli daxili müharibələr, cəmiyyətə xas qaydalar) paralel işləməklə bizə eşqin qarşısıalınmaz bir qüvvə olduğunu göstərməyə çalışır.  Eşq  əlamətləri ilə vəbadan seçilmir, onun da öz qurbanları var, Florento Arisa isə onlardan sadəcə biridir. Fermina Dasanı gördüyü ilk gündən eşqə yoluxan qəhrəmanımız  ömrünün son gününə kimi xəstəliyin daşıyıcısı olaraq qalır.

"Oğlan onun bəyənəcəyi kişi tipi deyildi, eynək şüşələrinin arxasındakı atılmış körpə görüntüsü, keşiş geyimi, mübhəm davranışı, rəftarı-bütün bunlar insanda maraq doğurur, amma marağın da eşqin min bir tələsindən olduğunu bilmirdi". Bu passajdan da göründüyü kimi, Florenta Arisanın ruhuna hakim kəsilən eşq, sirli aurası ilə bir çox qadın kimi Fermina Dasada damaraq oyadır, fəqət atasından aldığı zəif xarakter və solğun bir kölgəni xatırladan görkəmi son sözünü deyir. 3 illik məktublaşmanın bir nəticəyə gəldiyizamanda Florento Arisanın heyranlıq və rəğbətdən kənar görkəmi ilə ilk dəfə tam qarşılaşan Fermina Dasa dəhşətə gəlir. O, eşq adlandırdıqları bu oyunun bütöv bir illüziya, cəfəngiyyat olduğu qərarı ilə  son anda evlilik yolundan dönür. Fermina Dasanın onu tərk etməsindən sonra güclü eşqin iztirabları ilə sarsılan  aşiqimizin təslim olmayıb həyatda özünə yer tapması, güc-mənsəb əldə etməsi oxucuya təəccüb duyğusu aşılayır.

İlk eşqi üçün mühafizə etdiyi bakirliyi kim olduğunu  heç bir zaman öyrənə bilməyəcəyi, ehtiraslıbir qadın tərəfindən pozulan Florento Arisa şəhvətin və arzunun arsız qolları ilə tanış olur. (Kimi zamanlar Rosalba deyə xatırlayacağı bu qadın qəhrəmanımızın fərziyyəsivə arzusuna əsasən seçilmişdir.) Beləcə,  xəyali eşqə mübtəlalığın (metafiziki eşqin) yerini uzunmüddətli ehtiras (fiziki eşq) alır. 

Məşuqumuzun aşiqi üzü üstə buraxması, aşiqimizin ona qovuşmaq üçünqət etdiyi həyat yolunda eşq macəralarından geriyə qalmaması, nə az, nə çox düz 622 eşq macərası yaşaması kimi detalları gözardı etmədən Fermina Dasa və Florento Arisa arasındakı münasibət ieşq adlandırmaq olarmı?

Qeyd: (Florento Arisanın  içlərində özündən 50 yaş kiçik, qəyyumluğuna verilən bir qızla-Amerika ilə qurduğu münasibəti  humanist oxucularda ikrah oyada, onu yaddaşlarında sədaqətli aşiqdən daha çox vəsvəsəli, xəstəlikli bir insan, qadın düşkünü kimi qazıya da bilər.)

Ayrılığın üstündən elə də çox vaxt keçmədən  Fermina Dasa  şəhərin görkəmli adamlarından olan Xuvenal Urbino ilə evləndi. Florento Arisanın əksinə mükəmməl bir görkəmə, nüfuza və cazibəyə  sahibdi Xuvenal Urbino. Onunla evlənmək şəhərdəki qadınların çoxu üçün bir arzu, xəyal idi. Qısqanıldığı üçün təklənən Fermina Dasanın daxil olduğu yeni cəmiyyətdə nüfuz qazanması elə də çox çəkmir. Evlilikdə, bal ayından sonra ərinin bilmədiyi tərəfləri ilə tanış olan vəqəribə ailəsi ilə yaşamaq məcburiyyətində qalan Fermina üçün həyat cəhənnəmə çevrilir.

Fiziki harmoniyanı daxildə qoruya bilməyən evli cütlük, nəhayət, evliliyin sürdürülməsi üçün xoşbəxtlikdən daha çox anlaşmağın, yola gedə bilməyin önəmli olduğu nəticəsinə gəldikdən sonra hər şey öz axarına düşür. Xuvenal Urbinonun ölməzdən öncə dediyi  son sözləri- "Tanrı şahidim olsun ki səni çox sevdim" oxucuda  güclü təəsürat yaradır, fəqət mulan qadınla və çox-çox sonradan üstü açılan Fermina Dasanın ən yaxın rəfiqəsi ilə edilən  xəyanət Urbinonun sözlərindəki səmimiyyəti sorğuladır. Münasibətlərinin başlanğıcında da biz Xuvenal Urbinonun məktublarında Florento Arisadakına bənzər  ehtiras, şövq görmürük. Elə sadalanan bu xüsuslar Xuvenal Urbinonun duyğularını oxucu üçün aydınlaşdırır. Bu eşq deyildi, olsa-olsa bəyənmə ola bilərdi, ya da birgə keçən uzun illərdən qaynaqlanan bağlılıq...

Günahkarlıq hissini duyduğu hücum mövqeyini alan, öz bildiyindən dönməyən dediyim-dedik xarakteri ilə maraq doğuran Fermina Dasa həyat yoldaşı ilə yaxşı-pis ömür sürərkən ilk eşqini yadına salmasa  da,  Florento Arisa ilə bağlı eşitdiyi xəbərlərə biganə qalmır, uğurlarına bəlkə də, ən çox sevinən insanlardan biri olur. Çox güman ki bu səmimi sevinc qazanılan  hər uğurun  vicdan ağrısını bir parça dindirməsindən irəli gəlir.

“İnsan sevdiyi əşyalarla birgə ölməlidir"  düşüncəsi ilə ərinin ölümündən sonra ona aid, onu xatırlada biləcək hər şeyi yandırması Fermina Dasanın  həyata qaldığı yerdən davam etmə  yolu, üslubu idi.

51 il 9 ay 4 günün sonunda ölümün pəncəsinin altında yenidən birləşmə fürsətləri doğulan cütlüyün duyğuları oxucunu düşünməyə vadar edir. İnsanların bir-birinə ən çox ehtiyac duyduğu zamandır qocalıq. Bunu Fermina Dasanın Xuveral Urbino ilə də, Florento Arosa ilə də münasibətlərində şahid oluruq. Fəqət birinci münasibətdə ehtiyac təktərəfli, ikincidə isə qarşılıqlıdır. Ömür yoldaşını itirən Fermina Dasa  yanlızlıq uçurumundan düşməyin astanasında ikən Florento Arisa illərdir durduğu pusqudan çıxaraq  buna mane olur.  Sevgilisinin səbrlə güvənini qazanaraq ehtiyac duyduğu həm söhbətinə, dostuna çevrilir.

Uzun sürən səy-cəhdlər uğurla nəticələnir, aşiqlərin qovuşması üçün  11 günlük gəmi səyahəti təşkil olunur. Florento Arisa eşqinə qovuşacağı günün gələcəyinə o qədər dərindən inanırdı ki, onun üçün cavanlığından bəri böyük hazırlıqlar görüb planlar tərtib etmişdi, gözdən qaçırılan tək şey amansız qocalıq idisə də, bu məşum düşmən özünü ikisindən də əksik etmədiyi üçünortada bir problem yox idi. Bir-birlərini qocalığın gətirdiyi əksikliklər ilə birgə qəbul etdikləri üçün böyük bir anlayış və rahatlığa sahib idilər. “Nə özlərini evli kimi hiss edirdilər nə də gec qalmış sevgililər kimi, evliliyin, uzun, tükədici münasibətlərin kənarına çıxmağı bacarmış, eşqin özəyinə çatmışdılar”. Bəlkə də, ölümün yaxınlaşan addım səslərinin fərqində olmaları idi onlara eşqin mahiyyətini öyrədən, keçən hər günü bir əsrə bərabər qılan.

Nəhayətdə, roman koronalı günlərdə də bədənin və ruhun eşqinin vəhdətdə kamil olduğunu göstərir. Fiziki eşq bərabərdir metafiziki eşqə...

Roman oxucunun beynində  bir çox suallar yaradır: Həqiqi eşq nədir? Bədənsiz eşq nə qədər keçrəlidir? İnsan  həyatı boyunca neçə dəfə aşiq ola bilər? Eşqin özəyinə enməyi bacaranlar kimlərdir? İnsan doğuşdanmı eşqlə doğulur, yoxsa ona yaşadıqcamı yiyələnir?

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.