Nərmin Kamal - Gördüm mavi havada sərxoş aşiqlər...
04.08.21

Avanqard.net şair, esseist, yazıçı Nərmin Kamalın yeni şeirlərini təqdim edir.


Yeni Klinika

atam ayaqqabı fabrikində işləyirdi
anam qısqanırdı onu bütün qadınlara
ən çox da həkiminə fabrikin

bəzən alma, pirojna götürüb anam,
əlimdən tuturdu, ora gedirdik,
amma içəri girmir,
ağaclıqda gizlənirdik

mən orda yeyirdim özümçün
pavidlalı pirojna, alma,
anam baxırdı fabrikə, deyirdi -
aha, indi çıxacaq atan bir qadınla

atamsa tək çıxırdı,
kişilərlə çıxırdı,
bəzən də çıxmırdı

O niyə sənin halına qalır?!
Nə qədər həkimə gedirsən?!
Gündə təzyiq ölçdürürsən?!
evimizin adi sözü-söhbətiydi
o fabrik anamın gözündə o həkimdi

göstərə bilmədi atam
o qadınla heç bir işi yoxdu,
anam göstərə bilmədi var,
savaşa-savaşa, dalaşa-dalaşa ayrıldı onlar
unutdular bir-birini,
ya da unutmadılar

indi böyük qızam
baxıram şəhər böyüyüb
ayaqqabı fabriki olub Yeni Klinika
həmin ağaclıqdı, həmin bina
elə bil şişib o həkim, böyüyüb olub klinika,
elə bil artıb törəyib, qarnından çoxlu həkimlər çıxıb,
sehrli çubuğuyla o qadın
sexləri palatalara, dəzgahları “UZİ”lərə döndərib,
O fabrik necə ki anamın gözündə həkimdi,
Elə də olub böyük bir həkim.



Sərdabə

Öləndən sonra da
indiki evimdə yaşamaq istərdim
güllərimi suvarardım səhərlər,
muncuq düzərdim günortalar,
girlənərdim o yana, bu yana
darıxmazdım tək başıma axşamlar.

Öləndən sonra da
indiki kimi yaşayardım,
çıxmazdım bayıra, bacağa,
ürkütməzdim diriləri ölü canımla
söz verərdim kimsə bu işin sahibi, Ona,
pəncərəni də açmaz, boylanmazdım bir yana.

Madam ki ölüyəm, özümü aparardım ölü kimi,
nə yeməkdə olardı gözüm, nə eyş-işrətdə
qalardım evimdə - sanki qəbirdə
nə fərqi, ya torpağın altında, ya üstündə.

Öldümmü, mismarlardınız qapımı çalın-çarpaz,
gedərdiniz, lütfən,
sakitcə qalardım min il, milyon il bu evdə,
min il, milyon il bu evdə.



Peşmanlıq

Sən əvvəl qoymurdun sevəm səni,
Necə ki, dirilərin yuxusuna girən bəzi ölülər
“qayıt” deyirlər, “hələ cavansan”

Əl çəkmirdim mən,
Gedək, gedək – deyirdim, apar,
məni də özünlə apar

Sonra sən yaman bir ölütək gəldin
“hələ cavansan, qayıt” demədin, “tezdi” demədin,
demədin “səni evdə gözləyirlər”,
“Gəl” – dedin, “gedək mənimlə”

Getdim səninlə əl-ələ, süzdüm işıq dəhlizində
döndü başım özgə eynəyindən baxana
dünya necə bulanırsa elə

Düşdüm sənin diyarına, düşən kimi peşmanladım
Sən əslində beləymişsən
beləymiş sərhədin o üzü. Vurnuxdum

torda balıq tək vurnuxdum
gördüm mavi havada sərxoş aşiqlər
ünvan sorar tək keçdim qabaqlarına
dedim, necə dönüm geri, necə çıxım burdan?
necə atım başımdan bu eşqi?
Əsnədilər əlləri ağızlarında:
“Heüç neüücə”, “Heüç neücə”.



Çörək

Arxadan təlaşla çağırdılar məni:
- Çörək al!!!
Çörəkmi? Nə yaxşı!
başqa söz də ola bilərdi
bu təlaşın yanınca

Nə yaxşı, kimsə ölməyib,
dostlardan, qohumlardan
pişik də düşməyib eyvandan

Dava başlamayıb təzədən,
bombalanmayacaq şəhər bir azdan

Nə yaxşı gəlib qovan yoxdu komamızdan
Bu şəhər bizimdi, qaçın deyən yoxdu

Kəsməyiblər kiminsə başını
Öldürüb yandırmayıblar bir tanışı

Sadəcə bir çörək, nə yaxşı,
Gələndə alacam, alacam gələndə.



Hanı?

Ərimin babası komaya düşcək
yığdım şeylərini qara torbaya
atdım məhləmizin zibilqabına

Üçmü ay keçdi, beşmi, sağaldı baba,
qayıtdı xərəklə çıxdığı evə
öz ayağıyla

Dedi hanı mənim protez dişlərim?
Hanı kəmərim?
Hanı mayka-tumanım?
Hanı üzqırxanım?
Hanı ayaqqabılarım?
Hanı mənim eynəyim?
Hanı ətirim?
Hanı mil-mil köynəyim?

/Kulis.az/

Yenililklər
20.09.21
“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq
20.09.21
“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub
20.09.21
Olesya Dmitriyeva - Gəl mənə ilham ver, ey qoca rəssam
20.09.21
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
17.09.21
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
17.09.21
Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı təkliflərə münasibət bildirib
17.09.21

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

16.09.21
Azərbaycan və Özbəkistan birgə filmlər çəkəcək
16.09.21
Anar Kərimov Özbəkistanda Beynəlxalq Mədəniyyət Forumuna qatılıb
16.09.21
“Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” kitabı çap olunub
16.09.21
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
15.09.21
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.21
Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” - Müsahibə
15.09.21
Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin təqdimatı keçirilib
15.09.21
Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub
14.09.21
Əməkdar artist Yaqub Zurufçu vəfat edib
13.09.21
Həyat yoldaşı: “Yaqub Zurufçunun vəziyyətində heç bir dəyişiklik yoxdur”
13.09.21
Nüşabə Araslının “Nizami  Gəncəvi və türk ədəbiyyatı” kitabı nəşr olunub
13.09.21
Bakıda “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq
13.09.21
“Metafizika” jurnalının 2021/3-cü sayı işıq üzü görüb
13.09.21
Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
10.09.21
“Suğra və oğulları” filmi dünya premyerasına hazırlaşır
10.09.21
Serbiyada keçirilən iki ədəbiyyat festivalında ölkəmiz də təmsil olunur
09.09.21
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
09.09.21
Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib
09.09.21
Növbəti “Qızıl şir” mükafatı Ceymi Li Kertisə verilib
08.09.21
Bakı növbəti dəfə Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək
08.09.21
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlanılıb
08.09.21
“Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab işıq üzü görüb
07.09.21
Gənc Tamaşaçılar Teatrı: "Biz bütün tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq"
07.09.21
Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”
07.09.21
Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub
03.09.21
ƏSA Teatrı 5 yaşını qeyd edir
03.09.21
Ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılacaq
02.09.21
Gənc yazarın yeni kitabı işıq üzü görüb
02.09.21
Roberto Benini “Qızıl şir” mükafatına layiq görülüb
01.09.21
Bakıda VI “Animafilm” festivalı keçiriləcək
01.09.21
Ceyms Bond haqqında yeni filmin final treyleri ekrana çıxıb
01.09.21
Azad Qaradərəli - Uçuqlama
31.08.21
“Xosrov və Şirin” bədii teleserialının çəkilişləri başa çatıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.