Kristian Voqler - Yazıçının səyahəti
30.07.21

Hər bir maraqlı əhvalatın əsasında – nağıl, mif, roman, yaxud kinossenari üçün süjet olsun – qəhrəmanın daxili, yaxud zahiri səyahəti durur. Məşhur “Disney” kinostudiyasının ssenari şöbəsində çalışmış K.Voqlerin bestsellerə çevrilən “Yazıçının səyahəti. Ədəbiyyatda və kinoda mifoloji strukturlar” kitabı C.Kempbellin “Minsimalı qəhrəman” adlı məlum əsərində təsvir olunan mifoloji sxem əsasında qələmə alınıb. Sonralar yazıçılar və ssenariçilər üçün dərsliyə çevrilmiş bu bənzərsiz araşdırmada müəllif oxucuları mif və müasir tarixçə danışmaq sənəti arasındakı qeyri-müəyyən hüdudları saf-çürük etməyə həvəsləndirir, onları öz qəlbinin dərinliklərinə səyayətin çətinlikləri, həm də təhlükələri barədə məlumatlandırır, qələm və ekran ustalarına ağlagəlməz siqlətə malik olan təsvir üsulları təqdim edir. Nəriman Əbdülrəhmanlının tərcüməsində kirabdan bir parçanl təqdim edirik.

***

“Yazıçının səyahəti” kitabımın doğurduğu əks-səda suya atılmış daşın yaratdığı dairələr kimi hələ də zəifləməyib. Kitabın ikinci nəşrindən, az qala, on il ötsə də, oradakı ideyalar müxtəlif ölkələrin kinematoqrafik emalatxanalarında sınaqdan keçib. “Disney company”də ssenari məsələləri üzrə məsləhətçi və süjet quruluşu üzrə müəllim olanda formulə etdiyim anlayışlar gerçək aləmin yeni problemlərilə toqquşmaya məruz qaldı, bu da, ümidvaram ki, mənim nəzəriyyəmi yalnız möhkəmləndirdi. Məncə, kitabın yeni fəsilləri “qəhrəmanın səyahəti” ilə bağlı təsəvvürlərimin evolyusiyasını əks etdirir. Burada söhbət Hollivud və Avropa kino sənayesi ilə yaxından tanış olan şəxs kimi, üzərində mühazirəçi-nəzəriyyəçi, həm də təcrübə keçən mütəxəssis qismində işlədiyim süjetin inkişafına istiqamət verən həyati qüvvə, ziddiyyətlər qanunu, cismin müdrikliyi, katarsis və digər anlayışlar haqqında söz açılan fəsillərdən gedir. Bütün yeni materialı kitabın sonunda – “Səyahət prizmasından” fəslinin ardınca gələn əlavədə toplanıb.

Son doqquz ildə çox səyahət etmiş, nə ilə məşğul olmuşamsa – ya testlər, ya da nəşriyyat və prodüser layihələri üzərində iş olsun, - öz ideyalarımı təcrübədə gerçəkləşdirmişəm. Kitabın ikinci nəşrindən dərhal sonra dörd illiyə “20th Century Fox”a, karyeramın əvvəlində ssenari şöbəsinin analitiki kimi işlədiyim yerə qayıtdım. Bu dəfə qismətimə daha yüksək və daha məsuliyyətli vəzifə düşdü: “Fox-2000” studiyasının inkişaf məsələləri üzrə direktoru oldum. Mən  “Döyüşdə igidlik” (“Courage Under Fire”), “Vulkan” (“Volcano”), “Anna və kral” (“Anna and the King”), “Döyüş klubu” (“Fight Club”), “Nazik qırmızı xətt” (“The Thin Red Line”) kimi filmlərlə bağlı atraşdırmalarda və hazırlıqlarda iştirak etdim., где на заре своей карьеры работал аналитиком сценарного отдела. Cozef Kempbell və Karl Yunqun mifoloji modelləri və fəlsəfələrinə əsaslanan süjetqurma konsepsiyam indi tıəkcə animasiya filmlərində yox, həm də yhaşlılar auditoriyası üçün nəzərdə tutulan iribüdcəli bədii filmlərdə də sınaqdan keçirilib.

“Fox-2000” studiyasındakı mühit kino sənayesinin hərəkətverici qüvvəsinin öyrənilməsinə çox gözəl şərait yaratdı. Əvvəllər ssenariçilərin seçilməsi və sonradan əsasında filmlərin yaradıldığı layihələrin təsdiqi üzrə prinsipial qərarların qəbul edildiyi konfrans zallarındaolmamışdım. Həmin məkanlarda enerji qızmış lava kimi qaynayır, “Fox-2000” studiyasında işləyənədək isə onların yalnız əks-sədasını eşitmişdim. İndi isə hadisələrin lap qaynar yerinəı düşmüşdüm.

Əvvəllər heç yerdə bu qədər məxfi ciddi qaydalar və hər bir əməkdaşın şəxsi məsuliyyəti prinsipinə əsaslanan ciddi tələblərlə qarşılaşmamışdım. Heç bir şikayət və bəhanə qəbul olunmurdy. Eyni tələbkarlıq ssenarilərə də şamil olunurdu. Hər bir obraz, hər bir rəy, hər bir təklif sağlam düşüncəyə, məntiqə və şou-bines maraqlarına uyğun olaraq yoxlanırdı. Mənə kino sənayesi sahəsində kifayət qədər nüfuzlu mütəxəssislərlə, o cümlədən “Fox-2000” studiyasının yaradıcısı Laura Ziskin, bir çox istedadlı ssenariçilər, rejissorlar və prodüserlərlə işləmək nəsib oldu. Belə bir şəraitdə süjetlər, məqamlar və obrazların saf-çürük edilməsinin faydalı metodikalarını mənumsədim, həmin metodlar, fikrimcə, bu yenidən işlənmiş nəşrin yeni bölmələrini zənginləşdirdi.

“Fox-2000” studiyasında çalışanda, əsasən, tarixçənin təsir qüvvəsinin şahidi kimi, öz bədənimin reaksiyasına qulaq asmağı öyrəndim. Sezdim ki, tarixçələr mənim orqanizmimə müxtəlif cür təsir göstərir, həqiqətən, yaxşı olan ssenarilər eyni zamanda bir neçə bədən üzvümü stimullaşdırmağa qadirdir. Qarnışda sancı baş qaldırır, boğazım qovuşur, təngnəfəs olur, ürəyim şiddətlə döyünür, gözlərimdən yaş axır, ağzımdan gülüş qopurdu. Ssenari məndə bu cür fizioloji reaksiya doğurmurdusa, yalnız ağlıma təsir göstərdiyini, güman ki, auditoruyanın diqqətini çəkməyəcəyini başa düşürdüm. Bu barədə kitabın nədənin müdrikliyi haqqında fəslində söhbət açmışam.

Yaxşı şeylərin hamısı bir vaxt sona çatır. Mənim “Fox-2000” studiyasındakı işim də sona yetdi. Bundan sonra öz layihələrimi ərsəyə gətirmək istədim. Hamının sevdiyi ortaçağ Avropa əfsanələrinin qəhrəmanı Til Ulenşpigelin macəralarından bəhs edən multiplikasiya filmi üçün ssenari yamağa necə başladığımı özüm də çətinliklə sezdim: mühazirələr oxuduğum Münhendə prodüser Eberhard Yunkersdorf mənə yaxınlaşıb əməkdaşlıq təklif etdi. Sevinclə razılaşdım, axı Til uşaqlıq çağlarımda mənim sevimli personajlarımdan biri idi.
İşgüzar və cazibədar herr Yunkersdof beynəlmiləl komanda toplamışdı, həmin komanda ilə işləmək də mənə zövq verirdi. Eberhard məni hətta iki saundtrekə mətn yazmağa məcbur eləyə bildi – bu, o qədər də asan məsələ olmadı.Almaniyada multiplikasiya filmi “Til Ulenşpigel” adıilə ekranlara çıxdı. Umidvaram ki, tezliklə həmin filmin “zarafatcıl Til” (“Jester Till”) adlandırdığımız ingilisdilli versiyası da tamaşaçılara çatdırılacaq. Həmin layihədəki işim mənə çox şey öyrətdi, qazandığım təcrübədən kitabın üçüncü nəşrini çapa hazırlayan zaman istifadə etdim.

Növbəti işim Ceyms Kirkvudun pyesi və romanın ekranlaşdırması olan  “P.S. Sizim pişiyiniz ölüb” (Р.S. Your Cat Is Dead) icraçı prodüserlik idi. Ssenari müəllifi, rejissor və aktor Stiv Qutenberq idi.Kino sənayesinin daha bir məbədi olan montaj otağında bir neçə ay keçirməli oldum, bu da mənə böyük sevinc bəxş elədi. Qaranlıqda əyləşib ekrana baxa-baxa və rəsmləri rəqsə məcbur eləyə-eləyə günlərimi orada keçirmək mənə zövq verirdi.Həmin məqamı özüm üçün suyun altına baş vurmaq adlandırırdım, həmin heyrətamiz aləmdə də fikirlərim cəmləşir, düşüncələrimi həmkarlarıma çatdırmaq üçün lazımi sözlər tapırdım. Mənim üçün montaj prosesi və yazıçılığın oxşarlığı aydın idi, onları kombinə eləmək imkanları da açıq-aşkar formalaşırdı. Yeni prinsipləri mənimsəməyim köhnə nəzəriyyələrimi əməlli-başlı möhkəmləndirməyə yardım etdi.

Montaj üzərində iş müəyyən cəhətləri ilə mənə ağacdan gəmi –vikinqlərin əgdaha görkəmli gözəl qayıqları - qayrılmasını xatırladırdı. Süjetin əsası – kili, qovşaq hadisələr – yan tərəfləri, ayrı-ayrı səhnələr və dialoq xəttləri – üzlüyü və avadanlığı, tamaşaçı marağı okeanında uzaq səfərə çıxacaq ideya qayığınızın son konstruksiyalarını təşkil edirdi.

Montaj otağında işləyəndə auditiriyanın diqqətini necə və nəyin üzərində cəmləşdirmək məsələsinə daha ciddi əhəmiyyət verməyə başladım. Başa düşdüm ki, sən demə, sokuslaşdırılmış diqqət bizim aləmimizdə nadir hadisədir. Buna görə, tamaşaçı kino-teatra gəlməklə və filmimiz üzündən iki saatlığa dünyada hər şeyi unutmaqla bizə böyük hörmət göstərir. İnsanın qavrayış imkanları məhduddur, həmin imkanları da əbəs yerə istismar etməyə dəyməz.: diqqəti vacib məqamlar üzərində maksimum dərəcədə cəmləşdirməyə nail olmaq üçün artıq şeylərin hamısından imtina etmək lazımdır. Peplikaları, pauzaları, bəzən də bütöv epizodları kəsəndə qalan materialın nə qədər qazandığını hiss edirdim: elə bil, xırda, yayğın qığılcımlar biləşib filmin əsas məqamlarını işıqlandıran parlaq şüaya çevrilirdi.

“P.S. Sizin pişiyiniz ölüb” filmi kino-teatrlarda nümayiş etdirildi, sonra isə DVD formasında yayıldı. Həmin layihə üzərində işimi başa çatdırıb özümü bir müddət müxtəlif kino-tele studiyaların müxtəlif maarifçilik proqramları çərçivəsində seminarların keçirilməsinə həs etdim. Bu yaxınlarda Hollivuda qayıtdım, “Paramount Pictures”də işə girdim, eyni zamanda da başqa kino şirkətlərinə konsultasiya xidməti göstəörirəm. Özümü məndən ötrü daha bir yeni fəaliyyət növündə də sınaqdan keçirməli oldum:yapon manqaları üslubunda “Qarğa kəlləsi” (“Ravenskull”) komikslər silsiləsinin birinci buraxılışı üçün mətn yazdım. Bu janr kinematoqrafa doğmadır, mənim işim də filmə ssnenari yazılmasını xatırladırdı, amma vizula cəhətə daha böyük diqqət yetirmək lazım gəlirdi.

Nəhayət, son bir neçə il ərzində baxışlarıma təsir göstərən məqamdan söhbət açsaq, çimərlikdə gəzə-gəzə əşyaların təbiəti və onların məqsədli əlaqələri barədə düşündüyüm dəyərli vaxtımı qeyd etməyə bilmərəm. Ulduzların və Günəşin göydə necə hərəkət etdiuklərini, Ayın haradan peyda olduğunu başa düşməyə çalışırdım.Mənə elə gəlirdi, sanki Kainatın səsləri ilkin kosmik səsin dəfələrlə təkrar olunan əks-sədasıdır. Yox, mən Böyük Partlayış barədə deyil, naməlum Böyük Qonq, bir nöqtədən başlamış yaradıcılıq vibrasiyası barədə danışıram: dalbadal gələn dalğalar, ətrafımızdakı hər şey, o cümlədən, “Yazıçının səyahəti” də həmin  nöqtədən başlayıb. Günəşin çıxmasına və batmasına tamaşa edib fikrən adalardan və dağ zirvələrindən öz Stounhencimi qururdum. Dağ zirvələrinə, Günəşin keçdiyi yola baxa-baxa sevimli personajlarımın kiçik tarixçələrinin həmin nəhəng ümumi tarixçədə hansı yeri tutduğu və orada mənə hansı yerin ayrıldığı barədə düşünürdüm. Ümidvaram ki, kainatın sonsuz xəritəsində siz də öz yerinizi tapacaqsınız. Bu konsepsiyanı yenilik kimi qəbul eləyənrə uğurlu yol arzulayıram. Qoy həmin konsepsiya şəxsi yaradıcılıq səyahətinizdə köməyinizə çatsın.

Кristofer Voqler,
Venesiya-Kaliforniya

Yenililklər
29.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
29.11.22
"II Sumqayıt Kitab Sərgisi keçiriləcək"
23.11.22
Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
22.11.22
İntiqam Yaşar Tunisdə Beynəlxalq Poeziya Festivalında ölkəmizi təmsil edəcək
22.11.22
“Hayrettin Hoca” monoqrafiyası  nəşr edilib.
18.11.22
Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyi keçirildi
17.11.22
Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuştədbir keçirilib
15.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib
14.11.22
Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
13.11.22
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
10.11.22
“II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək
10.11.22
Tıxaclarda qalıbdı şad xəbərlər… - YENİ İMZA - Səbuhidən şeirlər
03.11.22
“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub
03.11.22
Azad Qaradərəli - Xalq şairinin ölümü
31.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva Karaimləri” adlı konfrans keçirilib
27.10.22
“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub.
25.10.22
Tanınmış nəşriyyatların redaktorları bir arada
25.10.22
Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib
25.10.22
Azad Qaradərəli - Zori Balayanın azərbaycanlı vəkilləri yaxud ayı kimin əmisi oğludur?
21.10.22
Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub
19.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir
17.10.22
“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
12.10.22
Türk Dünyası Naşrilər Birliyi yaradıldı
09.10.22
Azad Qaradərəli - Yoxdan var və vardan yox olmağın poetik izləri
07.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni nəşrini təqdim edib
06.10.22
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib
04.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.