Ülviyyə Heydərova Beynəlxalq Ədəbiyyat Festivalının qalibi olub
30.07.21
Yazıçı Ülviyyə Heydərova Vilnüsdə keçirilən “Baltiyskiy Qamayun” V Beynəlxalq Ədəbiyyat Festivalının qalibi olub.
Müsabiqədə “Nəsr” nominasiyası üzrə 5 ölkədən 18 müəllif iştirak edib, 5 müəllif qalib seçilib.
Ülviyyə Heydərova yarışmada “Külək” hekayə ilə iştirak edib.
Qaliblərin mükafatlandırma mərasimi noyabrın 20-də - Festivalın ikinci mərhələsində baş tutacaq.
Xatırladaq ki, rusca yazan və ya rus dilinə tərcümə olunan müəlliflərin iştirak etdiyi festivalı Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərin Beynəlxalq Assosiasiyası keçirir.
Tədbir böyük rus yazıçı Fyodor Dostoyevskinin 200 illiyinə həsr olunub.
|