“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyədən 10 min nüsxə kitab gətirilib
15.07.21
Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyəti iyulun 14-dən 18-dək Azərbaycanda səfərdə olacaqlar.
Məlumata görə, səfər çərçivəsində qonaqlar iyulun 15-də Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Milli Kitabxana ilə birgə “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda dəyirmi masa keçiriləcək.
Elə həmin gün Milli Kitabxanada Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, Beynəlxalq Kitab Eyniləşdirmə standartları (İSBN, İSSN və s.) təcrübə mübadiləsi ilə əlaqədar işgüzar görüşlər keçiriləcək.
İyulun 16-da Milli Kitabxanada Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanmış 10 min nüsxə kitabın Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Milli Kitabxanaya təqdimat mərasimi keçiriləcək. /APA/
|