Dilçiliyə dair yeni kitablar nəşr olunub
13.07.21
Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının professoru Əbülfəz Rəcəblinin “Frazeologiya” və “Koqnitiv dilçilik” adlı iki yeni kitabı nəşr olunub.
BDU-nun Filologiya fakültəsindən bildiriblər ki, “Frazeologiya” kitabında müvafiq sahənin nəzəri məsələləri tədqiqata cəlb olunub, “Koqnitiv dilçilik” kitabında isə aidiyyəti istiqamətdə problemlər nəzərdən keçirilib, kateqoriyalaşdırma, konseptuallaşdırma məsələləri araşdırılıb. /Azərtac/
|