“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edilib

13.07.21

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda ittifaqın elan etdiyi “Qarabağ Azərbaycandır” devizi ilə qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, ssenarilər üzrə yaradılmış münsiflər heyətinin bu tədbirin yekunları ilə bağlı gəldiyi nəticələr müzakirə edilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova bildirib ki, müsabiqəyə 48 ssenari təqdim olunub. Təəssüf ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmamışdır. Ssenari müsabiqəsinin münsiflər heyətinə Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib.

Münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ittifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov olub. Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıblar. Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animasiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir. Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər:

1. Ən yaxşı tammetrajlı film ssenarisi – “Xəzər dalğası”: Rzayev Elnur Vahid oğlu. (Mükafatı - 5000 manat)

2. Ən yaxşı qısametrajlı film ssenarisi – “Xarı bülbül”: Nəsibli Leyla Eyvaz qızı. (Mükafatı - 3000 manat)

Qeyd edək ki, müsabiqəsinin qalibləri olan Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır. /Azərtac/

Yenililklər
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.