"Ulduz" jurnalının iyun sayı çap olunub
02.07.21
İsti iyunun sərin “Ulduz”u nəşr olunub.
“Ulduz” jurnalının iyun sayı Nübar Eldarqızının “Özüylə söhbəti və şeirləri”ylə açılır. “Ulduz” jurnalı ilə “525-¬ci qəzet”in birgə layihəsi olan “9-luq”da “Müharibə – Ədəbiyyat – Müharibə ədəbiyyatı” mövzusunda şair Musa Urud, nasir Günel Anarqızı, kinorejissor Rövşən İsax danışır. Tanınmış türk yazıçısı Bəxtiyar Aslanın “Ah, nə deyim, ömrüm, səni?!” yazısını Aygün Ələkbərzadənin tərcüməsində oxuya bilərsiniz. “Nəsr”də Tural Cəfərli, Arzu Murad, Vüsal Bağırlı, Fariz Yunisli, Məlahət Hümmətqızıdır. Gülşən Əliyeva – Kəngərli “Tribuna”da “Meditativ şeirin poetik imkanları”ndan yazır. “Debüt”də İntiqam Can, Aqil Bəkirdir. “Qısa fikirlər xəzinəsi” dühaların fikirlərini, “Hücrə” Emin Pirinin “Posttənqidçi” yazısını təqdim edir. “Ulduz”un bu sayında Əsəd Cahangirin “Xarıgülnar” poemasını oxuya bilərsiniz. “Şeir vaxtı”nda Elnur Uğur, Mahirə Nağıqızı, Kəmaləddin Qədimdir. Fərid Hüseyn Musa Yaqubun poeziyasından, Günel Eyvazlı “Xan qızı”ndan yazır. “Türk eli”ndə şeirləriylə Canər Gökcəoğludur. “Tərcümə saatı” Vasili Belovun “Atlar” hekayəsini Elçin Hüseynbəylinin, Helen Bannermanın “Qızıl pəncərə” hekayəsini Zəhra Namazlının tərüməsində təqdim edir. Qərib Mehdinin “Gülgünün rəngli muncuqları” sənədli hekayəsi, Rövşən Yerfinin “Şəhidlik zirvəsi” yazısı “Ulduz”un bu sayında yer alır. İlham Abbasov “Ədəbiyyat üzrə Nobel mükafatçıları” rubrikasında görkəmli Amerika dramaturqu Yucin O’Nildən yazır.
|