Texniki-humanitar liseyə Lütfi Zadənin adı veriləcək.
30.06.21
Görkəmli elm xadimi Lütfi Zadənin xatirəsi əbədiləşdiriləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adı verilib.
Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.
Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
|