“Metafizika” jurnalının 2021/2-ci sayı işıq üzü görüb
17.06.21
“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar
jurnalının sayca 14-cu
nömrəsi işıq üzü görüb.
Nəşrin bu sayında Azərbaycan, türk, fars və ərəb dillərində məqalələr yer
alıb. Belə ki, jurnalın bu sayında 1. İbrahim Bağırov və Ələddin Məlikovun “Sədrəddin Şiraziyə görə nəfsin
hüdusu və onun bədənlə olan münasibəti” (türk dilində), 2. Rüstəm
Hacıyevin “Şirvan
torpağında Xızır və Musa izi”
(Azərb. dilində), 3.
Zeynəb Həcəmovanın “Sosial
qavrayış və qarşılıqlı təsirin emosional zəka ilə əlaqəsinin sosial-psixoloji təhlili” (Azərb. dilində), 4. Aişə Əbdülvahid əs-Seyidin “Ərəb və türk əlifbaları:
səs və yazı arasında”
(ərəb dilində), 5.
Bəhruz Gülmalıyevin “İbn
Sina yaradıcılığının elmi-fəlsəfi aspektləri” (Azərb. dilində), 6. Tərlan Seyfullayev
və Məhəmməd Həsən Zamaninin
“Azərbaycan şərqşünaslığında islamşünaslığın tarixi və təkamülü” (fars dilində) məqalələr yer alıb.
Jurnal “International
Index Copernicus”, “OCLC”, “Ideal Online”, “ISC”, “SID”, “Advanced Sciences
Index” və digər nüfuzlu bazalarda qeydiyyata alınıb.
Qeyd edək
ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın baş
redaktoru fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovdur. Altı
dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnal
rüblükdür və sosial-humanitar elmlər sahəsində məqalə qəbul edir.
http://science.gov.az/az/forms/doktora-nauk-instituta-filosofii-i-sotsiologii/3869
|