Milli Televiziyamızın bu günü

21.04.21

İstər Ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə kütləvi informasiya vasitələrinə diqqət və qayğının nəticəsi göz önündədir. Orijinal ekran, efir ənənələri olan Azərbaycan Televiziyası da həmin sıradan kənarda qalmayıb.

 Milli televiziya və radiomuz son dövrlərdə nəzərə çarpan yeni keyfiyyətlər qazanıb.

İnkişaf göz önündədir. Televizyamız ilklərə imza atır. Qeyd edək ki, bu gün doğma televiziyamız inkişaf mərhələsinin kuliminasiya nöqtəsindədir. Radiomuza da eyni fikri şamil edirik. Radiomuzun sadiq dinləyiciləri istər ictimai-siyasi, istərsə də ədəbi-bədii, musiqili-əyləncəli verilişləri ötürmür, 95 yaşlı bu cihazın qarşısında dinşəkk kəsilirlər.

Televiziyamız son 2 ildə yenilikləri ilə bizi sevindirir və ekran qarşısında yaxın olmağa “məcbur" edir. Ənənəyə  sadiqlik və müasirlik vəhdət tapır televerilişlərdə. Beynəlxalq televiziyalara inteqrasiya müşahidə olunur. Deyərdik ki, uğurlarla kifayətlənmək olmaz, yenə də çalışmaq lazımdır. AzTV teleməkanımızın lideri olsa da, bu başqanlığı, uğur bayrağını əbədi əldə saxlamaq üçün daim çalışmaq, irəli getmək lazımdır.

Bu uğurlara imza atılmasında AzTV-nin rəhbəri Rövşən Məmmədovun rolu böyükdür. Hər gün saatlarla ekranda olan Rövşən Məmmədov rəhbər olana qədər AzTV-də “Günün nəbzi”, “Əsas Məsələ” və “Həftə” verilişlərini aparan dəyərli alim, peşəkar telejurnalistdir. Rövşən bəy eyni zamanda Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışıb. 15 yanvar 2019-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. İndiyədək AzTV-yə sədrlik edən yeganə şəxsdir ki, həm veriliş aparır, həm də həftə ərzində baş verən hadisələrin analitik təhlilini təqdim edir.

Ekran-efir məkanımızda bir məktəb, bir nümunə olan AzTV dövlət dili olan Azərbaycan dili ilə yanaşı, xarici dillərdə  yeni formatda, yeni layihələr ortaya qoyur.

Hadisələrin obyektiv təqdimi, fərqli üslub, yeni yanaşma tərzi, orijinal baxış,  gənclərə meydan verilməsi ana televiziyamınızın ənənəyə sadiq novator tərəfləridir. Öncə AzTV, “Mədəniyyət” və “İdman” kanallarının loqosu yeniləndi. Dövlət başçısının iştirakı ilə ölkədə keçirilən mötəbər beynəlxalq tədbirlər birbaşa yayımlandı.

Prezident İlham Əliyevin tapşırığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Bədii Şura yaradıldı. Aprelin 12-də “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Bədii Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

AzTV sədri Rövşən Məmmədov iki ildən bir seçilən Bədii Şuranın işinin 3 kanalın fəaliyyətinə nəzarət etmək olduğunu deyib: “Bu gün Azərbaycan televiziyasında aparılan islahatlar müasir tələblərə cavab versə də, biz üzərimizə götürdüyümüz öhdəliklərə nə dərəcədə əməl etdiyimizi kənar gözlərlə görmək istəyirik. Buna görə də ayda iki dəfə Bədii Şura üzvlərini yığmağı planlaşdırırıq. Nəzərə alsaq ki, pandemiya şəraitindəyik, hələlik ayda bir dəfə də təşkil etmək olar. Gələcəkdə iclasları videoformatda da təşkil edə bilərik. Yaxın iki il ərzində birgə fəaliyyətimiz zamanı tərifdən çox tənqidləri eşitmək istərdik”.

 Çox yaxşı haldır ki, görkəmli sənət xadimləri  yeni Bədii Şuraın tərkibinə daxil ediliblər: Xalq yazıçıları Anar, Kamal Abdulla, Xalq artistləri Ofeliya Sənani, Rasim  Balayev və b.   Bizə belə gəlir ki, yeni tərkibin irad və təklifləri, nəzarəti verilişlərin daha baxımlı və səviyyəli alınmasında böyük rol oynayacaq.

Azərbaycan, rus və ingilis dillərində gün ərzində 13 dəfə efir alan “Xəbərlər” xüsusi inkişaf mərhələsinə qədəm qoydu. Nəticəyönümlü “Mobil qrup” bəhrəsini verdi. “Şənbə reportaj”ı, AzTV-nin xaricdəki müxbirlərinin videomaterialları, “Xəbərlər”dən sonra dövlət əhəmiyyətli hadisələr haqqında xüsusi buraxılışların keyfiyyətindəki irəliləyişlər tamaşaçıların gözündən yayınmır. Eyni zamanda “İqtisadiyyat xəbərləri”, “Region xəbərləri”, “Mədəniyyət xəbərləri”nin yeni formatı da izləyicilərin zövqünə hesablanıb.

Hər bazar günü “Həftə” analitik informasiya proqramında aparıcının dolğun şərhləri, özünəməxsus yozumları həftənin real mənzərəsini yaradır.

      Xüsusilə, Vətən Müharibəsi dövründə əsas diqqət AzTV-yə yönəlmişdi. Ali Baş Komandanımızın xalqa müraciətləri isə bütün ölkənin diqqətini bir mərkəzə cəmləyirdi.

        Bu yaxınlarda, Novruz bayramı ərəfəsində populyar telejurnalist Səyyarə Səyyafın aparıcılığı ilə “Mədəniyyət” kanalının “Ovqat” verilişi yenidən tamaşaçılarına xoş ovqat bəxş etməyə başlayıb.

Azərbaycanın tanınmış incəsənət xadimləri, şair və yazıçılar, müxtəlif elm adamları verilişdə iştirak edir, öz yaradıcı düşüncələrini tamaşaçılarla bölüşürlər. Vaxtı ilə AZTV-də yaranan, pərvəriş tapan, tamaşaçılara xoş ovqat bəxş edən “Ovqat” verilişi yeni ekran həyatında tez bir zamanda populyarlıq qazandı. Bu veriliş həftənin üç günü tamaşaçıların görüşünə gəlir.

Ağrılı günlər də olub. 20 Yanvar faciəsində rus əsgərlərinin avtomatı başımızın üstündə inləyə-inləyə, ürəyimizdən qan axa-axa, lal fəryadla çalışmışıq. Bu gün isə doğma teleradiomuzdadır gözümüz. Cəbhədən canlı, operativ xəbərləri onlar yayımladılar. Xoş müjdələr ekranı, efiridir milli teleradiomuz. Qarabağ savaşında teleradiomuzun fəaliyyəti əvəzsizdir. Kollektivin rəhbəri, dəyərli alim, peşəkar telejurnalist Rövsən bəy özü də bayaq qeyd etdiyimiz kimi, hər gün saatlarla ekrandadır. Rövşən müəllim vətənsevər ziyalı qonaqları ilə hadisələrin geosiyasi, tarixi təhlillərini aparır, ermənilərin saxtakarlığını ifşa edir.

   Ötən gün cənab Prezidentin AZTV-yə verdiyi müsahibəsini həvəslə, maraqla seyr etdik. Bir daha Ali Baş Komandanımızla fəxr etdik.
YAŞA, YARAT, doğma radiomuz, ana televiziyamız! İnkişafın bizi qürurlandırır.
 QARABAĞ AZƏRBAYCANDIR!!!

VÜQAR ƏHMƏD
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor

GÜLNAR SƏMA
Azərbaycan Yazıçılar Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.