Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Azərbaycan uşaq mətbuatında rus ədəbiyyatı məsələləri (1906-1920)” kitabı çap olunub. Monoqrafiya mərhum görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovun xatirəsinə ithaf olunub.
Bu barədə Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, monoqrafiyanın elmi redaktoru institutun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli nəşrə “Azərbaycan-rus ədəbi əlaqələrinin araşdırılmasına həsr olunmuş dəyərli tədqiqat əsəri” sərlövhəli “Ön söz” yazıb.
“AFPoliqrAF” nəşriyyatında çap olunan kitabda XX əsrin əvvəllərində uşaq ədəbiyyatı materialları əsasında Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı və bədii tərcümə, eləcə də rus uşaq ədəbiyyatının Azərbaycan dilində ifadəsi məsələləri tədqiq olunub.
|