Qars Baş Konsulluğunun təşkilatçılığı ilə İsveçdə Nizami haqqında beynəlxalq konfrans keçirilib
24.01.21
Azərbaycan Respublikası Qars Baş Konsulluğunun təşkilatçılığı ilə İsveçdə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə beynəlxalq konfrans keçirilmişdir.
Yanvarın 23-də tarixində Azərbaycan Respublikası Qars Baş Konsulluğu və Elger Elm və Tədris Mərkəzinin Türkiyənin Qars şəhərindəki təmsilçiləri həmyerlilərimiz Dos. Ellada Gərayzadə ilə Dos. İlkin Qulusoyun və İçveç Yöteböre Üniversitetinin professoru həmyerlimiz Səadət Kəriminin təşkilatçılığı ilə İsveçdə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Elm və Təhsil: dünən, bü gün və sabah” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransa 6 fərqli ölkədən 120 elm adamı məqalə ilə müraciət etmişdir.
“Zoom” proqramı vasitəsilə həyata keçirilən konfransın moderatoru Səadət Kərimi konfrans iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2021-ci ili Nizami Gəncəvi ili olaraq qeyd olunması haqqında sərəncam imzaladığını, bundan dolayı ilk təşəbbüsün də Azərbaycan Respublikası Qars Baş Konsulluğu ilə Elger Elm və Tədris Mərkəzindən gəldiyini dilə gətirmiş, Azərbaycan Kars Baş konsulu cənab Nuru Quliyevin də konfransda iştirak etdiyini bildirirək sözü ona vermişdir.
Baş konsul Nuru Quliyev konfrans iştirakçılarına uğurlar arzulayaraq Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı müstəsna rolunu bütün dünyaya çatdırmaq məqsədilə belə bir konfransın xarici ölkədə keçirilməsinin əhəmiyyətindən bəhs etmiş və ilk olaraq Elger Elm və Tədris Mərkəzi ilə birlikdə belə bir addım atıldığını vurğulamış, konfrans iştirakçılarına təşəkkür edərək konsulluq olaraq lazımı dəstəyi hər zaman verə biləcəyini demişdir.
Daha sonra konfrans iştirakçıları sıra ilə Nizami Gəncəvi və onun ədəbi irsi haqqında bir-birindən maraqlı çıxışlar etmiş, qarşılıqlı fikir mübadiləsi aparmışlar. Çıxışların sonunda Dos. Ellada Gərayzadə konfrans materillarının online və çap şəklində konfrans iştirakçılarına göndəriləcəyini bildirmişdir.
|