Gənc yazarın ilk şeirlər kitabı çap olunacaq
11.01.21
Gənc yazar Eşqin Məmmədovun şeirlər kitabı işıq üzü görəcək
Bu barədə müəllif özü məlumat verib. Kitab “Sonuncu gül” adlanır və şairin oxuculara təqdim edəcəyi ilk bədii kitabıdır. Kitabda müxtəlif zamanlarda yazılmış şeirlər toplanıb.
Qeyd edək ki, Eşqin Nazir oğlu Məmmədov 11 dekabr 1993-cü ildə, Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunudur. Gənc şairin şeirləri müxtəlif ədəbiyyat portallarında, o cümlədən Türkiyənin “Şehir“, “Edebice“, “Hecetaşları “ və başqa dərgilərində çap olunub. İlk çap edilmiş şeiri “Günahsız“ adlanır. İxtisasca tarixçi olan müəllif bədii yaradıcılıqla yanaşı, elmi fəaliyyətlə də məşğul olur. “Antropogenez və ibtidai icma tarixi” adlı kitabı nəşr edilib.
|