Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsərində türklər
28.12.20

Atakişiyeva Həcər Aslan qızı

    Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Salyanda anadan olub. Əli bəy Hüseynzadənin babası Qafqazın şeyxülislamı olan Axund Əhməd Səlyani idi. O, babasının himayəsində böyümüşdür. Əli bəy Hüseynzadə türk, fars, ərəb, alman və rus dillərini mükəmməl şəkildə bilmişdir. XX əsrin əvvəllərində nəşr olunan "Füyuzat" jurnalının Azərbaycan ictimai fikrinin inkişafında mühüm xidmətləri olmuşdur. Əli bəy Hüseynzadə "Füyuzat" məktəbini də yaratmağa nail olmuşdur. "Türkləşmək, islamlaşmaq, müasirləşmək" Əli bəy Hüseynzadənin həyat amalı idi. Əli bəy Hüseynzadə öz məqalələrində yazırdı ki, bütün türklər vahid millətdirlər və buna görə də vahid dildən, yazıdan istifadə etməlidirlər. Əli bəy Hüseynzadə 1940-cı ildə Türkiyənin İstanbul şəhərində mühacir kimi vəfat edib.
    Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsəri Azərbaycan ədəbiyyatı üçün çox qiymətlidir. Əli bəy Hüseynzadə 1926-cı ildə Bakıda çağırılmış Bakı türkoloji qurultayında Fuad Köprülü ilə birgə iştirak etmişdir. Onun qurultaydakı məruzəsi 1926-cı ildə Bakıda çap olunmuşdur. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində Türkoloji nədir? sualına cavabda bildirir ki, türkologiya Türk dilində danışan xalqların dilindən, ədəbiyyatından, həyat tərzindən, tarixindən və s. bəhs edən elmdir. Türk xalqlarının mədəni, ədəbi əlaqələrinin yaradılmasında türkologiyanın böyük əhəmiyyəti var.
Əli bəy Hüseynzadə P.Y.Çaadayevin “Dəlinin mədhiyyəsi” əsərini rəhbər tutaraq, Rusiya tarixinə, pravoslavlığa qarşı tənqidi fikirlər söyləyən, geridə qalmış Rusiyanı qabaqcıl Qərbə qarşı qoyaraq yazırdı ki: “Digər millətlərin tarixi gerçəkdən onların hürriyyət tarixidir. Rusiyanın tarixi isə ancaq köləliyin, diktatorluğun tarixidir” Rusiya Avropaya yaxınlaşmalı və Avropanın bir parçası olmalıdır. Çaadayevin fikrincə, Rusiya Katolik Qərbdən ayrılmaqla həqiqi dindən uzaq düşmüşdür. Ona görə pravoslav kilsəsindən fərqli olaraq, katolisizm tarixdə mütərəqqi hadisə olmuşdur. Əli bəy Hüseynzadə Firdovsinin “Şahnamə” əsərinin qəhrəmanlarından olan Səyavuşu türklərin Əfrasiyab nəslindən olduğunu bildirir. Firdovsinin Səyavuşu mənəvi paklıq, alicənablıq, insanpərvərlik, sülhpərvərlik nümunəsidir. Səyavuş müharibələrə, qırğınlara qarşı olub. O, insanpərvərlik duyğularına görə taxtı-tacından, ata yurdundan əl çəkib, qürbətə getməyə məcbur olur. Əli bəy Hüseynzadə Puşkinin poeziyasında Qafqaz xalqlarına, onların müstəmləkə əsarətlərinə qarşı apardıqları mübarizələrə həsr etdiyi şeirlərindəki türk obrazlarını yüksək qiymətləndirmişdir. Puşkinin yaradıcılığındakı humanizm onun Qafqaz xalqlarının həyatından, əsarətindən, üsyanlarından bəhs edən əsərlərində özünü daha çox göstərmişdir. Tolstoyda bir şəxsiyyət kimi Türkü, müsəlmanı  sadə, açıq ürəkli, yalandan, hiylədın, saxtakarlıqdan uzaq, mərd, doğruçu, əxlaqlı təsvir etmişdir. Tolstoy Türkləri ağalardan asılı olmayan, muti təhkimçilik etməyən, qul, kölə olmayan bir millət kimi qiymətləndirir. Tolstoy yazır ki, Türklər  öz adət, ənənələrindən başqa heç bir qanuna tabe olmurlar. Tolstoyun Türklərə olan sevgisini “Hacı Murad” əsərində açıq bir şəkildə görmək olur. Tolstoy “Hacı Murad” əsərində Rusiyaya qarşı uzun müddət mübarizə aparan Şeyx Şamil və onun naibi Hacı Murad obrazı ilə çarizmin müstəmləkəçilik siyasətini tənqid etmişdir. Dostoyevski “Ölülər evindən qeydlər” əsərindəki türk obrazları Omsk həbsxanasında dustaq olan qafqazlılardır. Bu qafqazlılar mehriban, cəsur, vətənpərvər, təmiz və saf insanlardır. Cinayətkar, quldur, at oğrusu deyillər. Məhbus qafqazlılar siyasi görüşlərinə görə məhbus olublar. Dostoyevski qafqazlıların qəhrəmanlıq xüsusiyyətini əsərində rəğbətlə təsvir etmişdir. Əli bəy Hüseynzadə İngilis şairi Corc Bayronun “Don Juan” poemasında yaratdığı türk obrazlarını müsbət hisslərlə işıqlandırılmışdır. Bu Türk obrazları epizodik və arxa planda verilməsinə baxmayaraq, onların müsbət cəhətləri o qədər məharətlə tərənnüm olunmuşdur ki, hafizələrdən silinmir. Ruslarla müharibədə 5 oğlu ilə döyüşən bir türk xanını məharətlə oxucunun xəyalında canlandıra bilmişdir. Heç  nə bir Türkü ruslarla müharibədən döndərə bilməz. O, müharibədə 5 oğlunu şəhid verməsinə razı olur, ancaq torpaqların itirilməsinə razı olmur. Bayronun əsərində verilən türk qızı Leylanın dini mənəviyyatı, inamı möhkəmdir. O, əsir düşür, bütün əzablara dözür, xaçı öpmür, çünki Leyla Türk idi. O, müsəlman idi və onun peyğəmbəri Hz.Məhəmməddir.
Bayron Rusiyada yaşamamışdı, ancaq o, Rusiyanın xalqları qırmaq ehtirasını bütün dolğunluğu ilə təsvir edə bilmişdir. Əli bəy Hüseynzadə Portuqaliya şairi Kamoensin “Luziada” poeması ilə İtaliya şairi T.Tassonun “Qurtarılmış Qüds” əsərlərində Qərbin türklərə, müsəlmanlara münasibəti təhlil edir. Ukrayna yazıçısı, şərqşünas-alim olan Aqafangel Yefimoviç Krımskinin “Azərbaycanşünaslığa dair Nizami və müasirləri”, “Şimali Qafqaz Azərbaycanı tarixindən səhifələr”, “Şəki” oçerki və s. qiymətli əsərlərdir.
Əli bəy Hüseynzadə İstunbulun fəthini 1453-ili Türk dünyası üçün xüsusi əhəmiyyətli sayırdı. İstunbulun fəthi nəticəsində İstanbul boğazı türklərin əlinə keçdi. Qara dəniz ticarət yolu Osmanlı dövlətinin nəzarəti altına düşdü. Türklər Şərqə gedən dəniz və quru yollarına sahib oldular. Əli bəy Hüseynzadə yazırdı ki, Səlib müharibələrinin XI əsrin ortalarından başlamasının başlıca səbəbi Türklərin güclənməsi olmuşdur. Səlcuq türklərinin müqəddəs Qüds şəhərini tutmaları səlib yürüşlərinin başlaması üçün bəhanə olur və bu müharibə xristianların müsəlmanlarla mübarizəsi adı ilə tarixin səhifələrində qaldı. Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsərində Səlib müharibələrinin (1099-1270) əsl mahiyyətini açıq bir şəkildə əks etdirə bilmişdir. Ümumiyyətlə, Qüds şəhəri müsəlmanlar üçün Məkkə və Mədinə şəhərlərindən sonra ən müqəddəs şəhərdi. Səlib müharibəsi zamanı Qüds Türklərdən alınır və katoliklərin mərkəzi olur. Səlib müharibəsi tarixdə Türklərə çox böyük ziyanlar vurmuşdur. Əli bəy Hüseynzadə Firdovsinin “Şahnamə” əsərində İran-Turan müharibələrindən yazıb. “Şahnamə” də Firdovsi İranın qonşusu olan Turanla apardığı müharibələrin səbəbini turanlıların, türklərin ən güclü hökmdarı olan Əfrasiyabda görürdü. İranlılar Alp Ər Tunqadan yəni, Əfrasiyabdan çox qorxurdular, buna görə də onu qədim iranlıların şər, pislik allahlarına verdikləri adla adlandırırdılar. Rus ədibləri olan Puşkin, Lermontov öz şeirlərində Qafqaz Türklərinin azadlıq hisslərini rəğbətlə tərənnüm etmişdirlər. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində rusların Türkləri Qafqazda sıxışdırmaq məqsədi ilə Oktyabr inqilabından sonra erməni daşnakları ilə birləşdiklərini yazır. Rus çarlarının apardığı siyasəti davam etdirən Lenin Böyük Ermənistan yolu ilə Qafqazı sovetləşdirmək istəyirdi. Sovet Rusiyasına kömək etmək müqabilində ermənilər Türklərin yaşadıqları və əzəli Türk torpaqları olan Türkiyənin Şərq vilayətlərini və Azərbaycanın Zəngəzur, Naxçıvan, Qarabağ torpaqlarını istədilər. Bu məkirli siyasətə qarşı 1918-ci il 28 may Azərbaycan Müstəqilliyini elan etdi və 1918-ci il iyunun 4-də Türkiyə ilə sülh və dostluq müqaviləsi bağladı. Ə.Hüseynzadə 1918-ci ildə qanlı mart hadisələrində Türklərin erməni vəhşilərinin əli ilə qırıldığını yazırdı. Türkiyə türkləri Azərbaycana kömək etmək məqsədilə gəldilər. 1918-ci ilin sentyabrında Türklər Bakıya daxil oldular. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində Şaumyanın başçılıq etdiyi erməni bolşeviklərinin 1918-ci il mart ayında 17000 azəri türkünü qəddarlıqla qətlə yetirdiyi o qanlı soyqırım hadisələrini qələmə almışdır. Bakıdakı bu soyqırıma, milli qırğına vətəndaş müharibəsi adı verilməsini qeyd edirdi. O, eyni zamanda 1918-ci il mart soyqırımında ermənilərin Bakıda, Qubada, Şamaxıda, Şəkidə və s. Azərbaycan torpaqlarında vəhşi cinayətlərini təsvir etmişdir. Böyük Ermənistan xülyasına düşən ermənilər Şaumyanın başçılığı altında Azərbaycan Demokratik Respublikasını devirmək üçün əllərindən gələn hər şeyi etdilər. Əli bəy qeyd edirdi ki, Bakıda, Gəncədə ermənilər 10.000-dən çox türkü qəddarlıqla öldürmüşdülər. Nəriman Nərimanov Azərbaycan türklərinin ermənilər tərəfindən öldürülməsi cinayətlərini Stalinə çatdırırdı, amma heç bir tədbir görülmürdü və beləliklə, Azərbaycan türkləri məhv olunurdu. Qərbin türkləri sevməməsinin bir səbəbi də türklərin müsəlman olmaları idi. Qərbə köç edən oğuz türkləri İslam dinini burda yaymağa nail ola bildilər. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində hun sərkərdəsi Atillanı böyük hörmətlə qeyd edir. Hunlar köçəri türk tayfaları idilər. Atilla Avropaya Türkün gücünü göstərən bir qəhrəman idi. Atilla Qərbi Romanı süqut etdirmişdir. Atilla Qərbin və Şərqin hökmdarı olmuşdu. Avropa Türk Atillanı yüzillərlə unuda bilmədi. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsəri Türk milləti üçün çox qiymətlidir. Əli bəy Hüseynzadənin Türk soyuna bəxş etdiyi böyük bir töhvədir.

Yenililklər
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
14.09.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın təxribatları ilə bağlı bəyanat verib
14.09.22
Bəsirə Əzizəli - Dinlər "Qəlb gözü" üçün nə deyir?
12.09.22
"Ulduz" jurnalının avqust sayı çap olunub
31.08.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlıq əlaqələrinin sərhədləri Qətərə qədər genişlənir
15.08.22
Günay Əfəndiyeva: “Hun-Türk Qurultayı kimi tədbirlərin Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühüm önəm daşımaqdadır”.
04.08.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müxtəlif mədəniyyətləri bir araya gətirməyə davam edir
02.08.22
“Ulduz” jurnalının iyul sayı çap olundu
01.08.22
Bədirxan Əhmədli - Gəncə üsyanı ədəbi-bədii düşüncədə
01.08.22
Günel Natiqin "Siz səfehsiniz?" kitabı çap ounub
01.08.22
Azərbaycanlı olmaq asanmı?
01.08.22
Azad Qaradərəli - Camalın ağ kitabı
27.07.22
Günay Əfəndiyeva: Reza Deqatinin fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyur
25.07.22
Gülnar Səma -  Əkbər Qoşalının şeirləri
21.07.22
ANAİB media nümayəndələri ilə görüş keçirdi 
20.07.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanla əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
20.07.22
Azərbaycanda ilk dəfə “Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi” keçirilib
18.07.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti Avropada geniş yayılmağa davam edir
18.07.22
AMEA-da Pakistana aid nəşrlərin təqdimatı olub
15.07.22
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilir
15.07.22
İsveç səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

06.07.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
04.07.22
"Ulduz" jurnalının yeni sayı işıq üzü görüb.
04.07.22
Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib
29.06.22
Əlirza Zihəq - Bakıya səfər
29.06.22
Azad Qaradərəli - Federiko Qarsiya Lorka və Eldar Baxış II
25.06.22

Günay Əfəndiyeva: TÜRKPA ilə birgə keçiriləcək layihələrə dəstək verməyə hazırıq

23.06.22
Mübariz Örən - Qum adası
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.