Nadir Əzhəri - Tapılmayan sərxoş
21.12.20
Tapılmayan sərxoş
Necə olduğumu sorma, məni bayırlarda yağış götürüb və bu şəhərdən pasportun itirmiş bir yabancı tək tələsirəm getməyə.
Necə olduğumu sorma, Sanki içimdə ölümə gedir birisi, məndə bir nisgil, məndə bir ölən var, qırxı çıxmayır! (1)
Necə olduğumu sorma, məndə bir fərari yaşayır... Gahdan gecələr beynimdəki dağlarla-daşlarda atışır, tutuşur, gahdan yuxudan oyadır məni, sigara istir!
Necə olduğumu sorma Dəniz üzərində içgi qutusu…!
Mənə ey tapılmayan sərxoş, Mənə ey tapılmayan dostum, Bardağından bir qurtum, Siqarından bir nəfəs saxla...
(1)- Qırx günlük matəmi bitmir.
|