Üzeyir Əlizadə - Əmimgilin məhəlləsi
07.12.20

  İç-içə yerləşən yöndəmsiz kiçik bir mərtəbəli evlərin mənzillərinə darvaza ömrü yaşadan bu məhəllə həm də  divar duruşuyla yol kənarındakı maşın gözətçilərinin “qoruduğu” hay-küylü "xəstəxana küçəsinə" qedimlik pozası verir.
     Bu məhəllənin bütün sakinləri,  hamısı bir nəfər kimi, hər gün xəyallarında tezliklə evlərinin sökülüb yerində hündürmərtəbəli bina tikiləndə hansısa  sahibkardan çoxlu pul qoparmaq arzu və ümidlərini qəzəblə silahlandırıblar. "Məhəlləmiz söküləndə biri-birimizə yaxın yerdə ev alıb qonşu olarıq" deyən yaşlı qadınlar yuyulmuş paltarlarını  məhəllənin düz ortasındakı paltar ipindən asmaq növbəsi uğrunda günaşırı dava-dalaş seromoniyalarının yeganə səbəbi  yorğun əsəblərinin dözümsüzlük zəifliyi, ya da yaşlı ömürlərinə qəfil geri  qayıtmış  gənclik səbirsizliyindəndir. Yaşları 80-85-dən yuxarı olan, ərlərini itirmiş bu 5-6 arvadın yeganə təsəllisi "dul" sözünün heç birindən yan keçməməsidir.
     Zamanlarının çoxunu məhəllələrinin düz ortasında oturub, "vacib toplantılarla" mənalandırırlar qalan ömürlərinin kəm tərəfini. Bu toplantılara  qonşu məhəllələrdəki həmyaşıd arvadlar, həqiqi üzv olmasa da, tərəfdaş tərəf kimi qatılmaq hüququ əldə ediblər. “Səs”  hüququ olmayan qonşu  məhəllənin arvadları, məhəllə arvadları tərəfindən toplantılara xəbər gətirib, xəbər aparmaq, çıxışlar etmək, rəy bildirmək, qeybətlərinin ən kuliminasiya məqamlarına qədər zəngulələr vuraraq improvizələr etmək kimi hüquq və səlahiyyətlərlə görəvləndirilmişlər...
   O yaşlı qadınsa kənarda əllərini dizləri üstünə qoyub , köhnə, alçaq dördayaqlı taxta oturacaqda oturub, başını aşağı salaraq, dodağı altında bu sözləri pıçıldayır:
    -Allah sənə min şükür, külli aləmin sahibisən, verən də sənsən, alan da sənsən.., Adilsən, Vəkilsən, Baissən...,  99 adına şükr olsun. Sonra:  "Ya Allahın bir adı "deyib ,əlləriylə dizlərindən kömək istəyərək ayağa durur.
   Siyasət-məqsədə nail olmaq sənətidir.
  ...Siyasi hadisələrin təhlili yığıncaqlarının  ana mövzusu olmasa da, bəzən dünyada baş verən hadisələrə də biganəlik göstərmirlər. “Siyasi təhlilər” zamanı özlərinəməxsus xüsusi "terminologiyalardan" geninə-boluna yararlanmağı bacarırlar. Dünya siyasətinə baş vurub, sonra bu dərinlikdə boğulmaq təhlükəsini  hiss edən kimi mövzudan  yayınmaq  bəhanəsiylə  canlarını götürüb   gülməli vəziyətdə  çullarını sudan çıxarmağa  çalışırlar...
   İnsan o zaman gülünc vəziyyətinə düşüb, gülüş obyektinə çevrilir ki, o, istər əqli, istərsə də fiziki olaraq gücü çatacağından  daha ağır yükü qaldırmaq iddiasında olur. Eynən ruhi bir xəstənin  "Mən Napaleonam, mən Nyutonam"  və bu tip deyimləriylə özünü hansısa tarixi səxsiyyətin  timsalinda reallaşdırmaq istəyi, ya da hansısa bir adamın ağır yük altındakı bədəninin gülməli pozası  kimi. Başqa halda, bu kimi iddialarda bulunmayan ruhi xəstələrə mərhəmət hissi  yaranır, ağır  fiziki  yük qaldırmaq  istəyən  adamın ehtiyacı olanda isə  kömək  nümayiş etdirirk, gülüş yox.
   ...İlan udduğu qidasının həzmi üçün ağaca, daşa sarıldığı kimi, bu məhəllənin yaşlı arvadları da toplantılarındakı mövzulara sarılıb, konfliktlərini, daxili münaqişələrini, biri-birilərinə olan şəxsi hikkə və acıqlarını zahiri mehribanlıq davranışları altında gizlətməyə çalışsalar da, biri-birilərini "həzm" edə bilmirlər.
    Məhəllədə oynayan uşaqların paltarlarına göydə bioloji tələbatını ödəyən bir quşun zılı düşüb bulaşdıranda arvadların  "göydən gələn nə varsa müqəddəsdir"  inanclı, amma heç bir elmi, tioloji, mifoloji əsasa söykənməyən "Bala, böyüyəndə pullu olacan, quş zılı bərəkətdir" deyimləri, uşaqlarla yanaşı  həm də analarını  sevindirir ki: oğlu boyüyəndə pullu olacaq...
  Ziyalısı olmayan məmləkətin  taciri varlı olar.
...Girişindəki inzibatçılıq, içərisindəki natamamlıq vəziyyətindən xəbər verən,  həkim qəbuluna gələn xəstələrin, xəstəsiylə görüşə can atanların mühafizəçiləri tərəfindən mənasız, bürokratık əngəllərlə bezdirilən bir xəstəxanaya da qonşuluq  edir bu  məhəllə...
   Bədənin daşıyacağı ən ağır yükün adı ölümdür.
   Pompey xarabalıqlarında yeganə uçub-dagilmayan evlərdən birinin  qarşısındakı uzun növbə diqqətimi çəkir. Turistlərin bu evə daha çox maraq göstərmələrinin səbəbi  isə sən demə pozğun  həyat tərzi keçirən qadınların kışı müştərilərinə iki min il öncə  bu evdə xidmət göstərmələri imiş. Bu evə baxmaq üçün növbə gözləyən turistlərin içərisində aileli ve nişanlı cutluklər daha çoxluq  təşkil edir. Şəhərin uçub-dağılmış xarabalığında salamat qalmış bu evin təyinatı barədə məlumatım bir el deyimini  xatırlatdı: “pozgun ol, bəxtin olsun”
    Bank yarıb pul aparmaq-cinayət ənənəsi ölməz məzmununu dəyişməyib, sadəcə  üslub formasını dəyişərək silahı klaviyatura düyməsiylə əvəzləyib.
     ...Balaca qızcıgaz arvadların toplantılarının birində ağlayır,səbəbi qəfəsdəki bir cüt tutquşundan  birinin ölməsidir. Nənələrin təskinlik vermə məqsədiylə səfərbər etdikləri "bilik və bacarıqları" balaca qızcığazın kədərinə qəti aidiyyatı yoxdur. Tutuquşu cütlüyünün tamamlanması-bır ədəd quş alınması üçün tərəfimdən uzadılan pul  körpə qızcığazın kədərini həmən sevinclə əvəzləyir.  Tələsik ayağa qalxıb tutquşu almaq üçün küçəyə şığıyanda arxasınca: "Qızım, dişisin alacaqsan, ya erkəyini? Bax gör ölən dişi, ya erkəkdir?" sualımdan  diksinib ayaq saxladı, başını nazik boynu ile geriyə döndərib, dodaqlarını büzərək, çiyinlərini "bilmirəm" işarəsi ilə yuxarı dartdı. Nənələrin məsləhətinə görə, cinsin fərqi yoxdur: “təki birin al gətir” nəticəsiylə yekunlaşacaqdı sonluq. Amma arvadlar qızcığaza dediyim bu sözlərdən nəinki hirslənirlər, əksinə, gülməkdən  üz qırışlarını gizlədə bilmirlər: -Qızım, erkəyin al, ölən erkək olacaq. Görürsənmı, hamısı ərlərini çərlədib oldürüb,özləri isə sağ-salamat  oturublar burada.
   Məhəllənin bu yaşlı sakinləri təfəkkürlərinin  qədim xəbərlərdən qidalanıb qol -budaq atmış mentallıqlarına ömürləri boyu mövsimi budanma və aqrotexniki qulluq göstərmədiklərinə baxmayaraq mühafizəkarlıqları hec bir yad təsirdən  zədələnməyib...
  Şüurun vahidi yaddaşdır.
Yayın qızmar havalarında  köhnə, nimdaş  jaket, palto geyimli ruhi xəstələrin zibil yeşiklərindəki eşələnməsi dünyanın her yerinde qarşılaşa bilinən səhnədir:  bu adamlar dünyanın yeganə oxşarlarıdır.
...Məhəllənin bu 80-90 yaşlı arvadlar həyatı hamı kimi elə sevirlər ki, elə bilirlər ölməyəcəklər, ölsələrdə çox gec öləcəklər. "Mən"anlayışı onlar tərəfindən bir ad anlamındadır. "Mən" psixikası, "Mən"-ə olan reksiyaları onlarda  da  -çoxları   kimi -özünə vərdiş qavramındadır. Hər beyin eynitərkibli məhsul ifraz etdiyi halda, bəs nədən ayrı-ayrı shüurlar, "mən”lər yaranaraq, ayri-ayri fərdlər təcəlla olur? Beyinin bioloji-kimyəvi tərkib və quruluşu hamıda eyni oldugu halda  biri-birini təkrar etməyən mən-sən fərqliliyinin hikməti nədədir bəs kimi suallar...” Hər hansı bır hadisədən, obyektdən uzaqlaşıb uzaqdan müşahidə etdikdə  mənasını, yaxinından müşahidə etdkdə  isə  mahiyyətini anlamaq olar” nəzəriyyəm onların həyat düsturlarında öz mahiyyətini itirir...
   Məntiqsiz sevgi fanatlıq, məntiqli sevda aşiqlikdir.
 ...Agızlarının itmiş dadının günahlarını yediklərində, zəif görmələrinin günahlarını isə havanın bulanıqlığında axtarırlar. Onlara elə gəlir ki, dünyanın rəngi dəyişib, səma, buludlar əvvəlki rəngində deyil, heç günəş də əvvəlki işıqlığında deyil. Bu ümidlərlə səbəbkar axtarışlı mövqelərini inadcıllıqla qorumağa cəhd edirlər.
   Tarix dünya savaş meydanlarında indiyədək görmədiyi hadisəni, ordumuzun itirilmiş torpaqlarımızın geri alinması uğrunda apardığı haqq  döyüşündə  gördü:  canlı  savaşın 100-200 metir məsafəsində - Araz çayının cenubundan təhlükəsiz, eygili şəraitdə cənublu soydaşlarımızın savaşı tamaşa edərək videoya almalarını. Hollivud kino adamlarının həsədinə səbəb ola bilən: canlı müharibənin lap içərisindən çəkilən kino kadrlar kimi. Hələ bu savaşın ürək dağlayan, qəlbi tarimar edən tərəfləri:  iki qardaşdan birinin vətən üçün qüzeydə  candan keçməsi , digərinin isə vətən üçün  güneydən  seyr etməsi kimidir bu məhəllə arvadlarınin hadisələrə mövqeləri.
  Məhəllənin  yaşlı arvadlarının hərflərlə ünsiyəti, mənim qədim gil, daş yazıları üzərindəki hərflərlə olan ünsiyətim kimidir. Əks təqdirdə bu yazımla o məhəllə darvazasının üzümə taybatay bağlı olardı  reallığına şübhəniz  olmasın...
  Torpağı  irəliyə  hərəkət edib  şumlayan traktor,  torpağı geriyə  hərəkət edib  bellə qazan kəndlı...

 "Hərəkət zamana görə deyil, zaman hərəkətə görə müəyyən olunur". Ə.Bəhmənyar.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.