Rövşən Xasayoğlu - Xoş gəldin Şuşaya igid əsgərim
07.12.20
Dağın zirvəsində qartal yuvası, Qartallar yuvaya döndü, ay Şuşam. Türklərin illərdir namus davası, Düşmənin ocağı söndü, ay Şuşam.
Güllə səslərində “Cəngi” duyuldu, Dağlarım “Cəngi”ni yaydı hər yana. Türk coşdu, qanımız qanla yuyuldu, Qəhraman oğullar fəxrindir, ana!
Düşməni atından saldı əsgərim, Şuşada azadlıq günəşi doğdu. Türkün qisasını aldı əsgərim, Azğın düşmənləri qanında boğdu.
Ordumun önündə duran tapılmaz, Şəhitlik eşqilyə gələrlər cuşa. Dünyada Şuşatək məkan tapılmaz, Uğrunda can vermək şərəfdir, Şuşa.
Qorxmaz qəhramandır Türkün əsgəri, Gavurtək uşağa əl qaldırmadı Bozqurtdur, aslandır Türkün əsgəri, Çaqqaltək məzara o saldırmadı.
Əsgərim, səndəki qeyrətə qurban. Üzümü ağ edib, dastan yaratdın. Sənə şükür olsun ulu Yaradan, Şuşamı görməyə imkan yaratdın.
Şuşama xoş gəldin igid əsgərim, Bu torpaq Məkkətək əzizdir bizə. Dünyaya səs saldı azman zəfərin, Azğın düşmənləri gətirdin dizə.
Düşməni məhv edib geriyə döndük, Alındı gavurdan Şuşa qalası. Tarixə yazıldı adın şanlı Türk, Şuşamı bürüyüb bayram havası.
Minbərdən duyuldu azanın səsi, Səmaya yayılrı “Allahu Əkbər” Məciddə oxundu Quran surəsi, Şükür namazında saf tutdu əsgər.
Səslənsin Şuşada ölkəmim himi, Dahi Üzeyirin ruhu şad olsun. Koroğlu əsəri çoşdurmaz kimi? Bülbülün səsiylə bir də oxunsun.
Bu gün “Cıdır düzü” toy libasında, Türklər dövrə vurub çəksinlər “Halay”. Elə “Halay” çəkək Türk obasında, Yallını çaldığın xatırlasın hay.
Payızda gül açdı xarıbülbülüm, Göylərdən yerlərə gülab səpildi. Dil açıb oxudu susqun bülbülüm, Payız yaza döndü, bu necə sirdir?
“İsa” bulağının sel oldu yaşı, Sevinc göz yaşında boğuldu aləm. Cənnət Qarabağın ay üzük daşı, Sevinc ərşə çıxdı, yox oldu ələm.
Dalğalan vüqarla üç rəngli bayraq, Şuşamın səması çox çəkib həsrət. Dalğalan kölgənlə öpüşsün torpaq, Çox şükür Şüşama gəldi hürriyət!
11.11.2020.Ardahan
|