Üzeyir Əlizadə - İçindən qurd çıxan təxəllüs
06.12.20

Çoxdan görüşmədiyim yazar dostlardan birini təsadüfən məclislərin birində görəndə, salamsız-kəlamsız, ilk sorüşduğum söz bu oldu:
- Təxəllüsün qalırmı, istəyən var, satmırsan?  
Elə bu sualı təzəcə vermişdim ki, ağlımda təxəllüs biznesinə girişmək qənaəti hasil oldu: özü də Uruset bazarına ixrac. Vaxt itirmədən həmin dosta təklif etdim ki, təxəllüsündən nə qədər sata bilərsə  satsın,  bir tır alıb Rusiyaya  göndərmək istəyirəm. Bəri başdan xəbərdar da elədim ki, baha qiymət “oxuyub” siftəmi korlamasın. Fikirləşdim ki, Rusiya bazarlarında Azərbaycan mallarına tələbat olduğu kimi, urusetin sənət  mühitində, valideyinlərin öz övladlarına ad-soyad secimində, sevgililərin bayramlarında, ad günlərində bu məhsula da hədiyyə qismində tələbat ola bilər. Masanın ətrafında oturan dostlardan biri bu biznesə onu da qoşmağımı xahiş edərək bildirdi ki, nə qədər təxəllüs lazımdırsa, maşınlara yükləyib göndərə bilər. Dərhal razılıq verdım və xeyli maraqlı təkliflərlə çıxış edərək söz verdi ki, yaxın zamanlarda bır tır yükü hazırlayıb göndərəcək. Elə oradaca qollarını çirməyib təxəllüslü bəxtəvər tanışlarına zəng vurmağa başladı. Onlardan bırı satmadığını, amma saatı 20 manatdan icarəyə verə biləcəyini dedi. Digəri isə təxəllüsünün rominqə çıxışı olmadığı üçün “xaricdə işləmir” bəhanəsiylə satmaqdan boyun qaçırdı. Təzə şərikimin ilk  bazarlığı baş tutmasa da, məni inandırdı ki, ayda neçə tır təxəllüs istəsəm,  göndərə biləcək.
Doğrudan da, bir neçə gündən sonra bir tır  təxəllüs yükünü hazırlayıb  göndərdi. Amma bu partiyadan ziyana düşdüm: bir səbəbi sənədlərdən çatışmayanı olduğu üçün  Rusiya  gömrüyünün  rüşvət  istəməyi   idisə, digər səbəbi təxəllüslərin keyfiyyətsiz olmasydı. Mən mal göndərən dostumuza çatışmayan sənədlərdən əqli mülkiyyət sertifikatının gələn partiyada qaydasında  olmasını tapşırdım və bazarın tələbatını bilmək üçün coxsaylı təxəllüs çeşidlərinin vacibliyini  bildirdim.
Qısa müddətdən sonra gələn ikinci tır 6-7 adda təxəllüslə ağzına qədər doluydu. Düzdür, bu təxəllüslərin bəzilərini bəyənməsəm də, o birilərinin gözunə qatıb, bir yerdən verdım getdi.
Beləliklə, bazarın tələbatını yavaş-yavaş öyrənməyə, həm də alıcıların zövqünü formalaşdırmaq üçün hec bir titulu olmayan, nadir hallarda çap olunan, hec bir kitaba müəlliflik imzası atmayan yazarların yeni-yeni təxəllüslərini təbliğ eləməyə başladım. Taninmayan, məşhur olmayan təxəllüsləri buradan ucuz  alıb orada baha  satmaqla coxlu pul qazanmaq  istəyirdim.
Təxəllüs ticarətinin də özünəməxsus çətinlikləri varmış. Çox vaxt satılmayan təxəllüsləri yer tutmasın deyə yaxşı təxəllüslərin üstündə hədiyyə verib canımızı qurtarmağa calışırdıq.
Bazar qanunları öz sözünü  bu sahədə də deyır.  Məsələn, müştəri qıtlığı,  vaxtı kecmış, istifadəyə yararsız, qüsurlu, görünüşü yaxşı içi xarab, qurumuş, çürümüş  təxəllüslərin anbarda  yığılıb qalması adamı bezdirir.
Birdən görürsən ki, oturduğun yerdə hansısa müştəri  girdi içəri. Nə vaxtsa aldığı  təxəllüsü əlinə  alıb qaytarmağa  gətirib: “Bu nədir, satmısan, ayıb deyıl? Apardım  evə, içindən qurd çıxdı”. Nə qədər başa salmağa çalışırsan  ki, vallah-billah, bunun sortu belədir – elə tumurcuqlayan kimi ağacdaca qurdlanır, inanmır ki,  inanmır.  
  Başqa bıri isə aldığı təxəllüsü qoltuğuna vurub gətirir ki, evə çatmamış əridi. Ha izah edirsən ki, bunun tərkibi belədir, əriməyə meyillidir... nə faydası?!
    Biri də o boyda təxəllüsü çantasına basaraq  gətirib ki, oxucularımın  ağız dadına uyğun  deyil, dəyiş bunu, başqasını ver.  Hirslənib ona da deyirsən ki, a yoldaş, sənin oxucun oxucudur, bizimki yox? Neçə illərdir bizim oxucular  bu imzanı  yeyirlər, ölməyiblər ki? Apar yedizdir, qorxma ölməzlər.
   Ya da  qar  kimi ağ, gözəl  bir rus  qadını – qara üzüm yesə, boğazında görünər – təxəllüsü qaytarıb deyir: “Sevgilim mənə hədiyyə alıb, amma özünü yaxşı aparmır, güvənli deyil  bu məhsul”. Təskinlik verib deyirəm: “Narahat olma, bu  mal  elə oralarda da özünü belə aparır”.
   Ya da  “axşambazarı” gələn müştəri ucuz təxəllüslərdən  birini istəyir ki, sabah televiziyada çıxışım var. Bu zaman “Nədir, ucuz mal alıb bahalı-bahalı danışmaq istiyirsən?” demək keçir adamın ağlından.
  Bəzi haqlı müştərilərlərin “Vaxtı keçmiş təxəllüsdür, qaytarıram- tələblərinə” ürəyində deyirsən: “Guya bu yetimin normal  müddəti olan vəziyyəti olub?!  Elə həmişə vaxtı  keçmiş məhsuldur da”.
   O gün də biri səhərin gözü  açılmamış qapını kəsdirib ki, guya  arvadının ad gününə hədiyyə almaq istəyir. Ürəyimdə dedim: “Ayə, tülküyə toyuq  yeməyi öyrətmə, hansı köpəyoğlu sübh tezdən yerindən durub arvadına hədiyyə almağa gedir?!  Kiminçün alırsan, al da... kimə gəlirsən”   
    Bax belə axmaq alıcıların əlindən bezib təxəllüslərin pərakəndə satışından keçmək istiyirsən topdansatışına.
  Malı tırlara yükləyib göndərən dostumuzdan  təxəllüslərin vəziyyəti, alış qiymətiylə bağlı tez-tez məlumat öyrənirdim. Elə yazarlar vardı ki, təxəllüslərini satmırdılar, hərçənd satsaydilar, yaxşı pul tutmaq olardı. Elələri də vardı, pulsuz versəydi də, almağa dəyməzdi. Bazar “dartmayan”, yəni satilmayan  mal kimə lazımdır?  
Vaxt olurdu,  tırda bir adda, vaxt da olurdu,  çox adda təxəllüs göndərirdi. Bəzən bir adda  iyirmi-otuz min təxəllüs gəlirdi. Yaxşı təxəllüsün alıcısı başının üstündəydi. Cox adda təxəllüs olanda isə iş bir az çətinləşirdi: ayırmaq, çeşidləmək, hər birinin öz müştərisiylə ayrı-ayrılıqda bazarlaşmaq  çox vaxt aparırdı.  
Malı uzaq məsafəyə daşıyarkən,  hər təxəllüsün özünəməxsusluğu olduğu ücün qablaşdırarkən, maşına yükləyərkən diqqətli olmaq lazımdır. Təxəllüslərdən isti-soyuğa davamlısı-davamsızı, nəmişlikdən qorxanı-qorxmayanı var. Ona görə də daşınma zamanı malların xarab olmaması üçün gərək yol boyu maşının hərarət, nəmlik dərəcəsini daim diqqətdə saxlayasan.  
    Bəzən maşını boşaldarkən görürsən ki, bir axmaq təxəllüsün kaprizindən  digərləri bezərək yoldaca intihar ediblər.  Bəzən də sakit bir təxəllüs yaxınlaşıb deyir ki, yol boyu  filan təxəllüslər qruplaşıb məni  təkləmişdilər, xahiş edirəm,  daha məni onlarla bir maşına yükləməyin. Ən pisi isə hansısa təxəllüsün maşından boşaldılan kimi səs-küy, qışqırıq salmağa başlamasıdır. Bu zaman onu qırağa çəkib başa salmaq lazım gəlir: bura qərib ölkədir, zatını biruzə vermə, özünü adam balası kimi apar, abır-həyan olsun...
  Hec gözləmədiyin halda  sahibindən zəng gələn təxəllüs də olur. Deyir,  təxəllüsə söz demisən, xətrinə dəyib.
Razı qaldığın qabiliyətli təxəllüslər da olur. Zəng vurub sahibinə təşəkkürünü bildirərək “belə təxəllüs tərbiyə etdiyinə görə halal olsun sənə” deyirsən.
Zəng vurub, təxəllüslərinin tələbata uyğunluğu ilə maraqlananlar  da olur.  Bu illər ərzində bir nəfər də alıcı görmədim ki, “məni dünya tanıyır” qışqıran təxəllüslərdən istəsin. Keçən il məhəllə, əyalət təfəkkürlü bir tır mal kiflənmişdi, açıq havaya sərdim ki, bəlkə gün vursa, düzələr. Xeyiri olmadı, zay oldu getdi o boyda mal.
Bir ara Çindən də bir-iki maşın təxəllüs vurdum Urusetə. Çin təxəllüsləri qısa olduğu üçün  qiyməti  də aşağı  idi.  İmkanı  olmayanlar  bu mala üstünlük verirdilər. Düzdür, bizimkilər qədər keyfiyyətli olmasa da, ucuzluğuna görə bir müddət yaxşı satıldılar. Sonra müştərilərin “dabanı tez yeyilir, sapı tiftiklənir, açan kimi qazı uçur,  tez göyərir, qabığından yaxşı ayrılmır, səs kimi şikayətləri ucbatından  Çin təxəllüsünə  tələbat  xeyli azaldı.
  Danışmaqla bitən söhbət deyil. Xülasə, koronovirus söhbətindən sonra işlər dayandı. Qapısı  bağlanmış  Rusiya yalnız  bunların girişinə qadağa qoydu:  adamların və təxəllüslərin.

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.