Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda nəşr edilib
17.11.20
Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda çap olunub.
“Pergament” Yayın Evi tərəfindən ərsəyə gətirlən 150 səhifəlik kitabı Müşfiq Məmmədov tərcümə edib.
Kitabdan 1 parçanı təqdim edirik: Problemləri həll edərkən nəzərə alınması vacib olan üsullar Problem həllində aşağıdakı 7 addımı məsləhət görürəm: Birinci addım: Problemi təyin edin. Pis xəbərləri gizlətməyin! Gizli qalan problemləri həll etmək olmur. İkinci
addım: Düzgün suallar verin. Problemi həll etmək və ya bir işi görmək
üçün lazım olan bütün informasiyanı öyrənin. Bunu düzgün suallar verərək
edin, yanlış suallarla deyil. Yanlış sual – Bu xaosun səbəbi kimdir? Düzgün sual – Sizin təklifiniz nədir? Yanlış sual – Con və ya Syudan soruşmalıyıq? Düzgün sual – Növbəti addımımız nədir Üçüncü
addım: Həqiqətə etibar edin, fikirlərə deyil. Əgər insanlar sizə
həqiqəti demək yerinə məsləhət verərək yola verəcəklərini düşünürlərsə,
hər dəfəsində eyni şeyi təkrar edəcəklər. Sizin informasiyaya və sənəd,
sübuta ehtiyacınız var. Həqiqəti öyrəndikdən sonra fikirlərə qulaq
asın. Həqiqətdən əvvəl fikirləri dəyərləndirmək ölümcül xəta olar! Fikir
və düşün-cələri dəyərləndirəcək çox vaxtınız olacaq. Dördüncü addım:
Bəhanələri görməməzliyə vurun. Problem yarandığında, bəhanələri
müzakirə edərək vaxt itirməyin. Bəhanələri bir tərəfə qoyub problemə
fokuslanın. Əgər biri sizə problemin həllinə maneə yaradıldığını
söyləyərsə, ona: ”Niyə maneə yaranmasına imkan verdin” sualını verməyin.
Bunun yerinə: ”Yaxsı. Bəs indi vəziyyət nədir və nə zaman həll
edəcəksən?” – deyə soruşun. Beşinci addım: Səlahiyyətlərini paylaş.
Qəribə səslənə bilər, amma səlahiyyəti paylaşaraq qazana bilərsiniz.
Problem yarandığında, bundan birbaşa təsirlənəcək insanlara həll
tapmaqda iştirak etməyə şərait yaradın. İşin içində olanlar, problemin
səbəbləri haqqında daha çox məlumat sahibidirlər. Həm də şəxsi
xeyirlərinə görə – işə hakim olmaq və müvəffəq olmaq arzusu – həll yolu
tapmaqda səy göstərməyə könülləri var. Problemin həlli qarşılarına hazır
şəkildə sərilməz: fəaliyyətlərinə özləri qərar verməlidirlər. Əksər
hallarda qarşımıza daha optimal həll yolları ilə çıxarlar. Onların
təkliflərinə qulaq asın. Altıncı addım: Əsas problemi həll edin, əsas
olmayanı deyil. İlk düşüncəniz bir işə yaramasa, məyus olmayın. Sizi
həllə aparacaq addımları bir-bir kağıza yazın. Birincini bacarsanız,
ikinci rahatca arxasından gələcəkdir. Yeddinci addım: Problemdən qaçmayın. Ən ciddi problemlər belə yavaş-yavaş həllini tapır! Futbol
qarşılaşmalarında tez-tez baş verən və həll tələb edən çətin
vəziyyətlərdə məşqçilərin maraqlı bir həll üsulu var. Duke Universiteti
basketbol məşqçisi Mayk Krjijevski deyir: “Böyük miqyaslı dəyişiklik
etmək lazım olduğunda, əlimizdəki imkanlara baxaraq bu problemi necə
həll edə bilərik deyə düşünürəm. Hava günəşli, yağışlı və ya necə olursa
olsun, oyunda qalib gəlmənin yolunu tapa bilərsiniz. Pessimizmlə vaxt
itirirsinizsə, deməli əsl axmaqsınız”. Problemlərə münasibət tərzi hərbi
akademiyada oxuduğu illərdə formalaşmışdır. • Problemlər niyə həllini tapmır • Əməkdaşlar müdirlərini tənqid etməkdən çəkinirlər. • İnsanlar hazırkı vəziyyətlərini və ola biləcək vəzifə artışını xilas etmək üçün özlərini qoru-yurlar. • Texniki mənada professionalların olmağı, məlumatsızlığını qəbul etməkdən qorxanlar üçün sakitliyə qərq olmaq səbəbidir. • Tələsmək səhv mühakimələrə səbəb olur. • Şəxsi anlaşılmazlıqlar, müsbət düşünməyə və həll axtarmaqda ortaq hərəkət etməyə mane olur. • İnsanlar problemləri daha geniş perspektiv-dən görmək yerinə öz nöqteyi-nəzərlərindən baxarlar. • Diqqəti xoşagəlməz vəziyyətə yönəltmək gər-ginliyə, qorxuya və hər iki tərəf üçün qeyri-müəyyənliyə səbəb olur.
Hər insan bir neçə dəfə müvəffəqiyyətsizliyə uğraya bilər, amma başqalarını günahlandırmağa başlayana qədər məğlub sayılmaz. - C. Pol Getti -
Kitabın nəşr və yayım hüquqları “Pergament” Yayın Evinə məxsusdur. Nəşriyyatın razılığı olmadan kitabın təkrar nəşri və yayımı qadağandır. © Pergament Y.E., 2020 ISBN: 978-9954-0101-0-5
Kitabı əldə etmək üçün: Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54 Baku Book Club: (012) 489-84-69, (050) 404-91-13
-------------------------------
|