Nadir Əzhəri: “Uçan buludlar” hekayəsində modern baxışın izləri
14.11.20
Əsas marağım şeirdir, amma illərdir tənqid də yazıram. Bu notu yazmaq istəmirdim, amma “Uçan buludlar” hekayəsi gözəl bir hekayə olduğu üçün hekayənin quruluşundakı kiçik bir qüsur nəhayət məni kiçik bir eleştiri olan bu notu yazmağa vadar etdi. Kiçik bir tənqid dedim, çünki bu notda bu hekayəni hərtərəfli tənqid etmək niyyətində deyiləm, ancaq yalnız bir çox vacib və bir-iki başqa mövzunu qeyd edəcəyəm. “Uçan buludlar” hekayəsi “Rəhman” adlı tək-tənha müəllimdən bəhs edir. Rəhman müəllim işləməyi çox sevsə də, təqaüd yaşına çatdığı üçün təqaüdə çıxmaq məcburiyyətində qalır və az-çox hörmətsizcəsinə oxuldan (məktəb) həməşəlik yalnız qaldığı evə dönür və xəstə olaraq içməyə (araq içməyə) başlayır… Hekayə bir növ insan tənhalığının, əslində insanların dəyərsizliyi və bir ömür boyu səy göstərdikləri, müasir dövrdə rədd edilmələrinin (digərləri tərəfindən dışlanan) hekayəsidir. Keçmişdə modernizmlə postmodernizmi müqayisə edən bir qeyddə müasir ədəbi əsərlərin, o cümlədən müasir hekayələrin aşağıdakı vəziyyətləri ifadə etdiyini yazmışam: Modernist ədəbi əsərlər və şeirlər çox vaxt aşağıdakı istiqamətlərə malikdir: 1- Sevilmək və böyük olmaq 2- Fərqli növlərdə rədd və tərd olmaq 3- Qurtarmaq (qaçmaq) Rədd elementi və boşluq hissi modern hekayələrin əsas elementlərindəndir, bu da “Təranə Vahid”in hekayəsindəki vəziyyətdir və hekayəsinin mahiyyəti müasir bir mövzu ilə qidalanır. Təbrik edirəm. Amma bu hekayə indikindən daha güclü modern bir hekayə ola bilər. Mənim bu notumun mövzusu, qəhrəmanın bu hekayədəki obyektlər, yerlər və insanlarla əlaqəsi tipidir. Bu hekayədə T.Vahid, qəhrəman ilə əşyalar və yerlər (ev, divar, divar kağızı) arasında modern və cəlbedici bir əlaqə yaradır ki, bu da çox yaxşı cilalanmışdır. Yazarın "Ev", "Divar kağızı" və “divar”lardan olan təsəvvür və konseptləşdirilməsi qeyri-adi və yeni bir konseptdir, bu sətirlərə diqqət yetirin, (Rəhman mülləm tək-tənha təqaüddən sonra evində): “Gözü divara sataşdı. Köhnə, soluxmuş divar kağızlarında uçan buludun şəkilləri vardı. Buludlar gözünə birtəhər dəydi, elə bil buludlar tala-tala olub uçmağa hazırlaşırdı. 27 il əvvəl bu divar kağızını özü seçib almışdı. Mavi buludlar uşaq vaxtı obalarında gördüyü buludlara oxşayırdı. Bu kağızı seçmişdi ki, hər dəfə buludlara baxanda düşmən tapdağı altında olan kəndlərinin qoxusunu alsın. Nə vaxt istəsə yağsın, nə vaxt istəsə, günəşin qabağından çəkilsin, bircə uçub getməsin, bircə tərk etməsin onu. Amma elə bil özü kimi buludlar da yorulmuşdu. Bu evdən uçub getməyə xırım-xırda bəhanələr gəzirdilər. Sadəcə, pəncərələri açmaq lazım idi...” Eyni zamanda, müəllif müsbət bir konsepsiya sayılan "ev" anlayışını parçalayıb sual altına alıb və onun bu sənəti hekayəsinə dəyər verən bir şeydir. Bu modern və hətta postmodern şüphəsi yaradn bir konseptdir. Bu sətirlərə diqqət yetirin: “Divardan gözünü çəkib qədəhə araq süzdü. Dilinə gətirməsə də, ilk badəni divarların sağlığına içdi. İnsanlar bir ömür dörd divarın arasında yaşayır. Yaxşı günləri də, pis günləri də dörd divarın arasında keçir. Arzuları hərdən divaraları aşsa da, gec-tez geri dönüb dörd divra sığınır. Adamlar divarların arasında doğulub, divarların arasında ölür. O, ağlı kəsəndən divarları sevmirdi. Dəfələrlə bu divarları didib-parçalmaq, dağıtmaq, yerlə-yeksan etmək istəmişdi. Çox istəmişdi. Amma bir ömür çabalasa da, bacarmamışdıdı, doğrudu, zəhləsi getdiyi, nifrət etdiyi, ürəyini bulandıran mütiliyi heç vaxt yaxına qoymamışdıdı, hər şeylə razılaşmamışdı, maymaq yerində qalmamışdı, başqaları kimi olmamışdı. Vəhşi at arzusuyla yaşayıb ələbaxım yabıya dönməyin acısını yaşamaq ağır idi...” Başqa sözlə, bu hekayədə "ev" anlayışları; "Divar kağızı" və "Divar" tamamilə yazara həsr olunmuş və modern formatda ifadə edilmişdir. Burada qəhrəmanın divarları, divar kağızı və ümumiyyətlə evlə əlaqəsi və evin divarları konsepsiyası addi və klişeli bir münasibət deyil, bu müasir dövrdə insan həyatının xüsusiyyətləri ilə birbaşa əlaqəli yeni və xüsusi bir sözdür.
Yazarın hekayəsinin bu hissəsinin gücü ilə maraqlanmıram və müzakirə etmirəm, əsas mənam, sitat gətirdiyim hekayə hissələrində bu müəllifin modern bir baxışa sahib olmasıdir. T.Vahid öz zehniyyətinə aid olanı yazmış və klişe mövzular axtarmamışdır. Yazar pozitiv olan “ev” konsepsiyasını bir qədər nihilist mənada pozub (Post sturacturalism) və bu, öz fikirləri ilə edildiyi üçün sənət əsəridir. Baş qəhrəmanın özü ilə münasibətləri də araşdırma və narahatlıqla doludur və modern hekayə xüsusiyyətlərinə əsaslanır. Baş qəhrəman Rəhmanın vidalaşarkən və təqaüdə çıxmaq məcburiyyətində qaldığı yerdə digər müəllimlərlə vidalaşdığına diqqət yetirin: “Mən getdim əfsanə olmağa, özünüzə yaxşı baxın, çalışın qocalmayın” Bu ifadənin istehzası budur ki, çağdaş insanların problemlərindən biridir; Hər insana gec-tez baş vermiş kimi görünən hörmətsizcəsinə və ya hörmətlə tərd olmaq, məhv olmaq alın yazısı var. (Bu hekayənin qəhrəmanına görə) Əsas məqama qayıtsaq, qəhrəmanın digər insanlarla əlaqəsi (özü ilə əlaqəsi xaricində) xüsusi deyil, stereotip bir münasibətdir. Bu Yazarın “divarkağızı”, “divar”ları və “ev”in konsepsiyasını yaratdığı təsvirlərə toxuna bilməzsən, bu hissələrin ifadələrini asanlıqla dəyişdirə bilməzsən, ancaq bir az səy göstərərək hekayənin qəhrəmanının digər müəllimlərlə və məktəb müdiri və şagirdlərlə danışdığı hissələri dəyişə bilərsən. (Hekayədə əhəmiyyətli bir dəyişiklik olmadan) Yenə də müəllifin məktəbdaxili dialoq hissəsini bir səhv kimi nəzərdə tutmuram, amma demək istəyirəm ki, bütün məktəb mənzərələri yaradıcılıqdan çox, klişelidir, şagirdlərin, müəllimlərin və bə’zi qısqanc iş yoldaşlarının davranışları klassik və olduqca proqnozlaşdırılıb. Bəlkə də burada müəllifin hekayəyə yeni bir fikir daxil etməsi; modern insan münasibətlərini ifadə edən bir texnikadan istifadə etməsi lazımdır. Müasir insan münasibətləri baxımından, qəhrəmanın hekayəsinin izah edildiyi hissə bir ara vəziyyətə sahibdir və tamamilə klişeli bir səhnə olaraq qəbul edilə bilməz, qəhrəmanın qadını xərçəng xəstəliyinə tutulub və əri xəstəliyindən əziyyət çəkməsin deyə ərini xəbərsiz tərk edib. Düşünürəm ki, burada hekayə biraz şişirdilmiş görünür. Bəlkə də bu düşüncəmin səbəbi bu hekayədəki hekayə elementlərinin çox olmasıdır. (Əlbətdə ki, Qabriel Qarsia Markes dediyi kimi, yazıçı qəhrəmanını qəfildən dovşana çevirə bilər, ancaq oxucu inana bilsə.) Müəllif çox bacarıq sərf etsə də, hekayədəki hadisələrin indiki şəkildə bir qədər sıx olduğunu düşünürəm, bəlkə də qəhrəmanın iki uşağın əvəzinə yalnız bir uşağı olsa, telefonda yalnız bir uşaqla bütün sözləri deyə bilər və belə dəyişikliklər hekayənin tematik trafikini azaldacaq. Ancaq əsas vurğu izah etdiyim hekayə elementlərinin əlaqələrinin vahidliyinədir. Yazar, gözəl hekayəsində yazdığı modern münasibət növünün vahidliyinə daha çox diqqət yetirməlidir. Mən bu hekayəni indiki halda da gözəl və Azərbaycanın modern bir hikayəsi kimi dəyərləndirirəm.
Nadir Əzhəri – Təbriz 2020
|