Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Giriş
Bir ədəbi əsərin və yabirşeirin modern vəya postmodern olduğunu düzgün müəyyənləşdirmək bəzən çox asan və bəzən çox çətindir. Azərbaycan poeziyasında və ədəbiyyatında modernism və postmodernizmin əlamətlərini tanımaqda səhvlərə yol verməmək üçün diqqətli olmalıyıq. Bu qısa qeyddə bir sıra Amerika və Avropa mənbələrini araşdıraraq modernist və postmodernist əsərləri ayırd etmək üçün qısa bir bələdçi verməyə çalışdım. Modernizmlə postmodernism arasında bu qeydin məzmununun xaricində başqa oxşar və fərqli cəhətlər olsa da, əminliklə deyə bilərəmki, modernizmlə postmodernism arasındakı ən vacib oxşarlıq və fərqlər bu qısa qeyddə ümumiləşdirilmişdir.
Modernizmlə postmodernizmin müqayisəsi
Modernizm 17-ci əsrdə feodalizmdən kapitalizmə keçidlə başlayan bir dövrdi. Elmi, dünyəvi bir dünya görüşü və tərəqqi və rasionallaşdırma ifadələri ilə xarakterizə olunur.
Postmodernlik, Modernizmdən sonrakı dövrdı. (Bəzi tənqidçilər modernizmin İkinci Dünya Müharibəsindən sonar başqa şərtlərlə davam etdiyinə inanırlar ki, bu da ayrı bir məsələdir və buna başqa bir zamanda toxunacağam.) Bəzi tənqidçilər Postmodernizmin İkinci Dünya Müharibəsindən sonar başladığını iddia edir, bəziləri isə 1980-ci illərdə və hətta 1990-cı illərdə başlanıb, deyirlər.
Modernizm və Postmodernizmin ən önəmli fərqləri
Modernizm özgələşmədən danışır. Postmodernizm kollektiv səslərdən danışır.
Modernizm müəllif üzərində dayanır. Postmodernizm oxucu üzərində dayanır.
Modernizmin dili xüsusidi. Postmodernizmin dili gah xüsusi və çox vax tsadədir.
Modernizmdə dastançı etibarsızdır. Postmodernizmdə dastançı kinayədən daha çox istifadə edir.
Modernizm çox vaxt daxilə diqqət yetirir. Postmodernizm çox vaxt xaricə diqqət yetirir.
Modernizm çox vaxt gerçekligi inkar etməkdədir. Postmodernizm qeyri-müəyyənliyin əksidir.
Modernizm “Metafictional”ola bilər. Modernizmdə “Metafictional”ola bilər.
Modernizmin müstəqil bir ədəbiyyatı var. Postmodernizm açıq və mətnlərarası ədəbiyyata malikdir.
Modernizm görkəmli növ və növlərlə məşğul olur. Postmodernizm eniş-yoxuş, aşağı və yuxarının birləşməsidir.
Modernizm quru ədəbi məclislərdən çəkinir. Postmodernizm ədəbi cəmiyyətin ədəbi məclislərini lağa qoyur.
Modernizm Qərb hegemoni dəyərlərinə sadiqdir. Postmodernizm Qərb hegemoni dəyərlərinə qarşı çıxır.
Modernizm tutarlı bir məna verməkdən imtina edir. Postmodernizm həqiqətlər və mənalar barədə iki yönlü mövqeyə malikdir.
Modernizm subyektivləşməyə meyllidir. Postmodernizm obyektivləşməyə meyllidir.
Modernizm zaman bölgüsünə meyllidir. Postmodernizm zamanı parçalamağa meyllidir.
Modernizm şəxsiyyətləri bölməyə meyllidir. Postmodernizm bir çox perspektiv təklif etməyə meyllidir.
Modernist ədəbi əsərlər və şeirlər çox vaxt aşağıdakı istiqamətlərə malikdir: 1- Sevilmək və böyük olmaq 2- Fərqli növlərdə rəd və tərd olmaq 3- Qurtarmaq (qaçmaq)
Postmodernizm ədəbi əsərlər və şeirlər çox vaxt aşağıdakı istiqamətlərə malikdir: Dünya qismən qeyri-müəyyəndir. Cisimlər duyğusal rəng və imtiyazlı bir yerə sahib ola bilərlər. Bəzi əşyani təsviredən cümlələr bəlirsiz olsa, o əşya da bəlirsiz ola bilərlər.
|