"Axtarışlar" jurnalının yeni sayı çıxıb
10.09.20
AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi "Axtarışlar" jurnalının növbəti sayı çap olunub.
Topluda ədəbiyyatşünaslıq, folklor, dilçilik və sənətşünaslıq sahələrində müxtəlif səpkili mövzularda aparılan tədqiqatlar, elmi araşdırmalar yer alıb.
Yeni sayda "Naxçıvanda humanitar elmlərin inkişafı məsələləri", "Arzu-Qəmbər" dastanının struktur təhlili (Dobruca türklərinin epik folklor materialları əsasında)", Azərbaycan xalq bayramlarının etnokulturoloji semantikasının nəzəri əsasları", "Aza qədim türk tanrı mifinin Naxçıvan ərazisi toponimlərində izləri", "İbrahim Səfiyevin yaradıcılığında mövzu və janr müxtəlifliyi" və digər məqalələr dərc olunub.
Həmçinin, jurnalın Biblioqrafiya bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın görkəmli dilçi alim, türkoloq, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illiyinə həsr olunan "Fədakar alim ömrü" adlı məqaləsi əksini tapıb. /525/az/
|