Balaxanı qəsəbəsinin yeni turizm məkanına çevrilməsi istiqamətində işlər davam etdirilir
04.09.20
Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün işlər davam etdirilir.
Bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” MMC birgə əməkdaşlıq edirlər. Əməkdaşlıq çərçivəsində hər üç qurum qəsəbənin yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması üçün səylərini birləşdiriblər.
Tarixi-mədəni abidələrlə zəngin olan qəsəbədə turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və digər sahələri təşviq etmək üçün imkanlar mövcuddur. /Azərtac/
|