Çağdaş özbək şeirinin görkəmli nümayəndəsi: Osman Əzim
17.08.20

70-ci illər özbək ədəbiyyatının ən önəmli isimlərindən biri olan Osman Əzim Məhəmməd Rəhman, Yoldaş Eşbek, Xurşid Dövran, Şövkət Rəhman, Tilək Cörə, Mətnəzər Əbdülhəkim, Sədrəddin Səlim, İkram Atamurad kimi istedadlı şairlər nəslinə mənsubdur. Şair, yazıçı, dramaturq, publisist, kinossenarist Osman Əzim 1950-ci ildə Surxandərya vilayətinin Boysun rayonunda dünyaya gəlib. İlk və orta təhsilini doğma yurdunda alan Osman Əzim daha sonra Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Osman Əzim müxtəlif qəzet və jurnallarda jurnalist kimi fəaliyyət göstərib, müxtəlif nəşriyatlarda redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb, respublika radiosuna verilişlər hazırlayıb, 1976-1989-cu illərdə dövlət radiosunda redaktor, böyük redaktor və baş redaktor vəzifələrində işləyib.

Osman Əzim 1989-1990-cı illərdə Özbəkistan Yazıçılar İttifaqının Daşkənd vilayət bölməsində məsul katibi olub, 1991-1994-cü illərdə Özbəkistan Respublikası Prezidentinin Aparatında şöbə müdiri, məsləhətçi və nəhayət, dövlət müşaviri vəzifələrində çalışıb. 2003-cü ildən bu günə qədər Özbək Milli Akademik Dram Teatrında ədəbi əməkdaş kimi işləməkdə və yaradıcılıqla məşğul olmaqdadır.

Osman Əzim ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb, hələ tələbəlik illərində yazdığı əsərləri ilə ədəbi-ictimaiyyətin rəğbətini qazanıb, gənc şair və yazıçılar arasında özünəməxsus üslubu, dəsti-xətti ilə seçilib. "İnsanni tuşiniş" adlı ilk şeirlər kitabı 1979-cu ildə çap edilib. Sonralar şairin "Aqibət", "Güzgü", "Surat", "Dairə", "İkkinçi aprel", "Baxşıyanə", "Qaroyib əjdərha", "Oyanış azabı", "Fucca", "Uzun gecə", "Var imiş, yox imiş" kimi kitabları işıq üzü görüb, şeirlərinə mahnılar qoşulub. Yeni əsrin əvvəllərində də yaradıcılıqla məşğul olan Osman Əzimin "Payız" şeirlər kitabı və "Cadu" nəsr əsəri nəşr edilib. O, XX əsrin sonu, XXI əsrin əvvəllərində daha çox dram əsərləri, hekayə, roman və kinossenarilər yazıb. Osman Əzimin yaradıcılığı tənqidçilər və ədəbiyyatçılar tərəfindən yüksək qiymətləndirilib. 1982-ci ildə V.Mayakovski adına Ümumittifaq mükafatına layiq görülən Osman Əzimə 2000-ci ildə Özbəkistan Xalq şairi fəxri adı verilib. Onun yaradıcılığı respublikanın sərhədlərini də aşaraq şeirləri ingilis, fransız, alman, polyak, makedon, türk, rus, gürcü, eston, Litva, tacik, qazax, qırğız və Azərbaycan dillərinə tərcümə edilib, şeirlərinə musiqilər bəstələnib.

Bütün Sovetlər İttifaqında olduğu kimi, 60-cı illər özbək ədəbiyyatında da yeni bir dövr idi. 60-cı illərin gətirdiyi nisbi sərbəstlik, müxtəlif sosial təbəqələrə müraciət yeni bir ədəbiyyatın yaranmasına səbəb oldu. XX əsrin 60-cı illərində ədəbiyyata yeni nəfəs gəldi. Bu dövrdə özbək ədəbiyyatına Erkin Vahidov, Abdulla Aripov, Aman Mətcan, Rauf Pərfi, Məhəmməd Əli, Maruf Cəlil, Çolpan Erqaş, Camal Kamal kimi şairlər gəldilər. Onlar ötən əsrin 30-cu illərində repressiya edilən Çolpan və Fitrətin yolunu davam etdirdilər. 60-cı illər şairlərinin müstəqil təfəkkürü yeni nəsil milli şairlərin yetişməsi üçün zəmin oldu, 70-80-ci illərdən sonra özbək ədəbiyyatına həqiqət və ədalət çeşməsindən su içən yeni bir dalğa gəldi: Şövkət Rəhman, Osman Əzim, Tahir Qəhhar, Osman Qoşqar, Əzim Süyün, Məhəmməd Yusuf, Xurşid Dövran, Rauf Sübhan, Əbdüzəli Qütbiddin, Əziz Səid, Yəhya Tağa və başqaları idi. Həqiqəti açıq demək, milləti müstəqillik üçün ayağa qalxmağa, savaşmağa çağırış bu dövrün şair və yazıçılarına məxsus başlıca özəllik idi. Belə ki, millət dərdini açıq-açıq deyən Osman Əzim "Saratanda" adlı şeirində deyirdi:

Sonğeklere kadar işlemiş kış soğuklarına
baharda isyan eder bir yaprak
Ama baharı karşılamağa bizde yok bir kuvvet

Osman Əzim poeziyası özünün milliliyi, sadəliyi və ən əsası da səmimiyyəti ilə seçilir. Şeirin bütün janrlarında və həm sərbəstdə, həm klassik əruz üslubunda, həm də hecada yazan şair eyni dərəcədə uğurlu olmuşdur. Onun şeirlərində hiss və həyəcan yüksək səviyyədədir. Şeirlərində döyüşkənliklə və hüzn-kədər, sevinc, ümumbəşəri olanla milli ünsürlər iç-içədir. Buna görə də, Osman Əzimin hər şeir kitabı oxucular üçün yeni bir dünya olmuşdur, çünki şair şeirlərinin ruhuna daxili aləmini, insan sevgisini, həyəcanını qata bilmişdir.

Osman Əzimin 1995-ci ildə çapdan çıxan "Saylanma" adlı şeirlər kitabı ədəbi mühitdə böyük əks-sədaya səbəb oldu. Kitabda gedən şeirlər Osman Əzimin XX əsrin son rübündəki özünəməxsus şairlərdən biri olduğunu göstərdi. Onun 2001-ci ildə işıq üzü görən "Kuz" ("Payız") şeirlər kitabı isə ədəbi tənqid tərəfində böyük rəğbətlə qarşılandı. Bu kitabdakı şeirlər özbək poeziyasının son illərdə nəşr olunan yaxşı nümunələri kimi oxucular tərəfindən qarşılandı. Osman Əzimin onlarca şeir kitablarına girən şeirləri, poemaları duyğularla, cazibədarlıqla dolu olub oxucuların qəlbini fəth etdi.

Osman Əzim ilk şeirlərindən başlayaraq 1990-cı illərə qədər insanın daxili dünyasını riqqətə gətirən əsərlər yazdı. Bu əsərlərində dövr, ictimai həyat, insanın cəmiyyətdəki yeri, zamanın ağır şərtləri və s. kimi mövzular ön plana çıxdı. Onun "Sərbədarlar qoşugu" adlı şeiri bu cəhətdən spesifikdir. Bu şeirdə başını dar ağacına söykəyən bir qrup xalq qəhrəmanının həyatı və onların ən ağır zamanlarda, ölümlə üz-üzə qaldıqları anda keçirdikləri hiss və həyəcanı verilmişdir. Bu qəhrəmanların haqq yolunda, ədalət uğrunda mübarizələri, bu yoldan dönmədikləri adıçəkilən şeirdə bədii boyalarla təqdim edilmişdir:

"Qayt", dedingiz, "qalb", dedik,
"Ayt", dedingiz, "haq", dedik.
Boshimiz dorda turib,
"Jon", demadik, "xalq", dedik,
"Jon", demadik, "xalq", dedik.

Ancaq 80-ci illərin sonlarından başlayaraq şeirlərindəki hadisələrin və zaman-məkan qavramının üstünlük təşkil etdiyi mövzuların yerini aşiqanə ruhlu şeirlər alır:

Her gece
Dışarı çıkarım
Xatıran kalbime döner
gece aydınlık...
Fetheder
O anda
Bir anda                                                                                                
Ağlarım
Can ve cismimi
Söylerken ismini...

Aşiqanə şeirlər şairin ilk dövr yaradıcılığında da güclü idi. Ona görə də zamanla bu şeirlər yerini fəlsəfi dərinlikli poeziyaya buraxdı. Osman Əzim yaradıcılığının bu ikinci dövrü tamamilə yeni ruhlu şeirlərlə, insan varlığının müxtəlif tərəflərini ortaya qoydu. Bu, onun yaradıcılığının yeni bir dövrə qədəm qoyduğundan xəbər verirdi.

Osman Əzimin yazdığı yüzlərcə şeir və poemaları sadəcə mövzu, janr, üslub, poetik formasına görə deyil, həm coşqunluğu, romantikliyi və eyni zamanda, mübarizliyi ilə əlahiddə əhəmiyyətə malikdir. Bununla bərabər, onun əsərlərində güclü dramatizm, estetiklik, faciəvilik kimi xüsusiyyətlər oxucunu həyəcana gətirir. Onun şeir və poemalarında vətən eşqi, ana yurda heyranlıq, vətən sevgisinin xalq təsəvvürü, gələcəkdə ola biləcək hadisələrdən doğan təşviş, gah müasir mövzularda, gah tarixi-müqayisəli tərzdə, gah folklor ənənələri ruhunda özünün dərin realist ifadəsini tapmışdır:

Vatan sevgisinde birinci ada,
Birinci çatmaga pay yeter manqa.
Burda birincilik: Vatan yolunda
Birinci ölmegi öyretir manqa.

Bunu onun bir az avtobioqrafik ruhlu şeiri də təsdiq edir:

Oynaq-oynaq, ağır-ağır axmaqda ömrüm.
Gah göz yumub, gah üfüqdə batmaqda ömrüm
Var canını sədəqə eylə şeirə, qoşuğa
Siz yox edən sururları tapmaqda ömrüm.

Osman Əzim bəzən çox sadə görünən həqiqətlərdə də dərin mətləblər axtarır, məsələləri fəlsəfiləşdirir. Aşağıdakı nümunədə onun 1 aprel gününə həsr etdiyi şeirində olduğu kimi:

Men yorulub sanqa söykəndim, hakiket,         
Keçti, bitti bir günlük dehşet
Saat zil çalmakta
Bugün İkinci aprel,
Ayıtışım, gel.
Gerçek
Qorkma,
İkinci aprel...

Onu da qeyd etmək lazımdır ki, müstəqillik dövrü Azərbaycan və özbək ədəbiyyatlarının milli mövzular baxımından ən zəngin dövrlərindən biridir. Bu dövrdə ədəbiyyatın, konkret olaraq poeziyanın əsas mövzusunu Sovetlər İttifaqını tərifləyən bayağı şeirlərin yerinə həqiqi həyat, cəmiyyət məsələləri, xalqın əsl duyğu və düşüncələri, milli məsələlər təşkil edir. Osman Əzim bir şeirində sərbəstlik, azadlıq fikirlərini poetik simvollarla belə anlatmışdır:

Men şunday yaraldim: Sumbatim egri,
Gullarim qalblarga solmas həyajon.
Mevamqa heç kimninq tuşmaqan mehri,
Barqim çumoliqa bolmas sayabon.

Alvida! Men endi maqsadqa yetdim
Baqdaşlar, sonq yolqa kuzatinq, qani...
Men atin bolqani uzlatqa ketdim,
Men ketdim, dostlarim, alov bolqani.

80-90-cı illər şeiriyyətindəki yeniliklərə diqqəti yönəldən müəllif fikirlərini Abdulla Arif,  Erkin Vahidov,  Rauf Pərfi Öztürk,  Həlimə Xudaverdiyeva,  Osman Əzim,  Şövkət Rəhman,  Dilək Çörə,  Yoldaş Elçibəy,  Məhəmməd Yusif,  Xurşud Dövran və başqa istedadların ciddi poetik uğurları ilə əsaslandırır.  Məqalənin özünəməxsus bir cəhəti ondan ibarətdir ki,  onda müəllif qardaş ölkə şairlərinin Azərbaycan xalqının taleyinə münasibətini də yaddan çıxarmır.

Osman Əzimin yaradıcılığının başlanışı 70-80-ci illərə təsadüf etsə də, o, bir şair kimi üçüncü dövrün, yəni müstəqillik dövrünün şairidir. Sovetlər dövrünün rus təsirindən qurtarmaq, milli haqları müdafiə etmək, 1960-1990-cı illərin şeirinə məxsus üstü qapalı ifadə tərzindən sözü sərbəst söyləməyə keçid; azadlıq, türklük, vətən sevgisi kimi mövzuları işləməklə milli poeziyanın yeni mərhələsinin əsasını qoymaq Osman Qoşqar, Tahir Qəhhar, Həlimə Xudayberdiyeva, Yoldaş Eşbek, Osman Əzim kimi sənətkarlara qismət oldu. Bir sözlə, ədəbiyyat, konkret olaraq poeziya rəmzi-metaforik dildən sərbəst deyim tərzinə keçdi. Düzdür, Osman Əzim lirik bir şair kimi daha çox sevgi, təbiət təsviri, aşiqanə və sufiyanə şeirləri ilə seçilən bir şair olduğu üçün siyasi mövzulara o qədər də aşina olmadı. Onun şeirləri Həlimə Xudayberdiyeva, Yoldaş Eşbek, Şövkət Rəhman, Osman Qoşqar kimi türklük davası ilə yoğruldu. Ancaq yeni nəsil şairlərinin çoxu kimi, Osman Əzimin də şeirlərində milli düşüncələr hər zaman ön planda olmuşdur:

Asmanqa ham atqum taş,
Gunahkar bolsa quyaş.
Gunahkar bolsa quyaş,
Qaytib tuşmaqaydir taş.
Asman ham bolib qanim,
Qaytib tuşsa, ne qamim!
Bir taş tuşsa tuşibdi,
Tağdek başimqa manim.

Müasir özbək ədəbiyyatının tanınmış şairi, dramaturqu, nasiri və ssenaristi Osman Əzim ömrünün ən məhsuldar dövrünü yaşayır. Onun yaradıcılığı çoxəsrlik özbək ədəbiyyatının zirvələrindən birini təşkil edir.

Xatirə BƏŞİRLİ
professor
/525.az/

Yenililklər
05.05.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyi poster müsabiqəsi elan edib
04.05.21
“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
03.05.21
“Hədəf Nəşrləri”ndə müəllif tenderi iştirakçıları ilə görüş keçirilib
28.04.21
Balkan türklerinden İlhami Emin’in anısına
25.04.21
Türkiyədə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi keçirilib
25.04.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısı keçirilib
21.04.21
Milli Televiziyamızın bu günü
20.04.21
Üzeyir Əlizadə - Taleyə düşən 5-lər       
15.04.21
Tovuz döyüşləri haqqında sənədli film çəkilib
13.04.21
Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.