Koreyalı türkoloqun kitabı Azərbaycanda nəşr olunub
14.08.20

Bu günlərdə tanınmış koreyalı türkoloq Eunkyung Ohun “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” adlı monoqrafiyası Azərbaycan dilində nəşr olunub. “Nurlar” nəşriyyatında nəfis şəkildə nəşr olunan monoqrafiyada XX yüz il Türkiyə və Koreya romanlarında qadın problemi müqayisəli ədəbiyyat kontekstində – feminist yöntəmdə təhlil obyektinə çevrilib.

Kitabı Azərbaycan dilinə gənc ədəbiyyatşünas Aygün Ali çevirib. Monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlıdır.

Eunkyung Oh Seuldakı Donkduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi, Özbəkistan Elmlər Akademiyasının üzvü, nazir səviyyəsində Koreya Prezidentinin müşaviridir.

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan müəllifin nəşr olunmuş elmi araşdırmaları içərisində “Türk ədəbiyyatında Koreya savaşı” (türkcə), “XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” (türkcə), “Örtü içində islam qadını”, “Psixo-analitik baxımdan islamda qadın kimi yaşamaq” (Koreya dilində), “Türkiyə və Koreya qəhrəmanlıq dastanlarının müqayisəli təhlili: “Alpamış” və “Jumong” (özbəkcə və rusca) kitabları xüsusi yer tutur.

Eunkyung Oh, Yaşar Kamalın “İlanı öldürsələr”, “Ağrı dağı əfsanəsi”, “Minboğalar əfsanəsi”, “İncə Məmməd”, Murad Tuncelin “İnanna” romanlarını, Bəxtiyar Vahabzadənin şeir və poemalardan ibarət “Gülüstan” adlı kitabını Koreya dilinə çevirib.

“XX yüz il Türkiyə və Koreya ədəbiyyatında qadın” monoqrafiyası müəllifin Azərbaycanda nəşr olunan ilk kitabıdır.

İlk dəfə 2005-ci ildə Ankarada yayımlanan monoqrafiyada feminist səpkidə aparılan təhlillər iki ölkənin bədii nəsr örnəkləri – roman janrı fonunda gerçəkləşib. Müəllif istər Türkiyə, istərsə də Koreya ədəbiyyatında qadın problemlərini səciyyələndirmək üçün ən uyğun yazarları və əsərləri seçməyə çalışıb. Belə ki, araşdırıcı Xalidə Ədib Adıvar, Rəşad Nuri Güntəkin, Orxan Kamal, Yaşar Kamal, Ədalət Ağaoğlu, Ayla Kutlu, Əminə İsinsu kimi Türkiyə nasirlərinin əsərlərinə müraciət edib. Eyni zamanda, XX əsr Koreya nəsrinin İncik Yi, Gvangsu Yi, Kyungri Par, Hun Şhim, Seokyung Kang, Vanu Kim, Jiyong Gong kimi bir sıra görkəmli nümayəndələrin romanları müqayisəli təhlilə cəlb olunub.

Monoqrafiyada təhlilə çəkilən hər bir romanın qısa özəti verilib, daha sonra əsər bəlli problem fonunda araşdırmaya cəlb olunub. Müəllif feminist təhlil kontekstində, həmçinin digər yaradıcılıq metodlarının prinsiplərindən də yetərincə yararlanıb, bu isə məsələyə fərqli baxış bucağından yanaşma imkanları yaradıb.

Tədqiqatçı Türkiyə və Koreyada qadınların təhsili, hüquqları, ailə inkişafı ilə bağlı dövlət qanunlarına diqqət yetirib, onların məzmunu və mahiyyəti haqqında bilgi verib və bu yöndə də müqayisələr aparıb. Romanlarda yaranan qadın obrazlarının dəyərləndirilməsində ölkədə qadınlara yönəlik fəaliyyətin bədii mətnə yansımasını səciyyələndirib.

Zəngin qaynaqlar əsasında yazılan monoqrafiya elmi-nəzəri tutumu ilə qarşılaşdırmalı ədəbiyyat araşdırmaçılığının mükəmməl örnəklərindən biri kimi səciyyələnir. Araşdırıcının qadın olması təhlilə çəkilən problemin ən incə və qapalı məqamlarının üzə çıxarılmasına imkan verib.

Əsərin Azərbaycan türkcəsində nəşr edilməsinin səbəbi, ilk növbədə, bu sahədə araşdırmalara ciddi ehtiyacın olmasından qaynaqlanır. Həmçinin monoqrafiyada qaldırılan problemlərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı ortaq özəlliklərə malik olduğu unudulmamalıdır. /Azərtac/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.