Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin kitabı macar dilində nəşr edilib. Anadan olmasının 150 illiyi münasibəti ilə çap olunan kitabda yazıçının seçilmiş hekayələri yer alıb.
"Uca dağ başında" adlanan kitabdakı hekayələri orijinaldan Mariya Kenessay çevirib. Səfir Vilayət Quliyev nəşrə Əbdürrəhim bəy Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən bəhs edən ön söz yazıb.
Bu barədə məlumat verən səfir qeyd edib ki, Əbdürrəhim bəy millətin ürəyində daim işıqlı duyğularla yaşamağı haqq etmiş şəxsiyyət və sənətkarlardandır. /525.az/
|